Şamaxıda şahmat turnirinə yekun vurulub
Şamaxı Rayon Uşaq-Gənclər Şahmat Məktəbində "Novruz turniri" adı
altında məktəbli şahmatçılar arasında
şəhər birinciliyi keçirilib. Hər
il ənənəvi keçirilən turnir oğlan və qız
şahmatçıların
iştirakı ilə İsveçrə sistemi üzrə təşkil olunub. 9 turdan ibarət
yarışda 96 şahmatçı 5 yaş qrupunda mübarizə aparıb.
Şamaxı şəhər
1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Ülvi Xudiyev və
şəhər 2 nömrəli
tam orta məktəbin
IX sinif şagirdi Niyaz Məmmədov ümumi turnirin qalibi elan olunublar.
Qızlar arasında müvafiq yaş
qruplarında şəhər 2 nömrəli tam
orta məktəbin
I sinif şagirdi Xədicə Əhmədova (8 yaş), həmin
məktəbin IV sinif şagirdi Aytac Şirəliyeva ( 10 yaş),
Şamaxı Avropa liseyinin V sinif şagirdi Fəridə Rəhimova
(12 yaş),
Mədrəsə qəsəbə VII sinif şagirdi Səfiyyə Əlləzova (14 yaş), Şamaxı Avropa liseyinin VIII sinif şagirdi
İzzət Ağayeva (16 yaş) bütün rəqiblərini qabaqlayaraq qalib gəliblər.
Oğlanların mübarizəsində isə şəhər
2 nömrəli tam orta məktəbin II sinif şagirdi Cəlil Əliyev
(8 yaş),
həmin məktəbin IV sinif şagirdi Mirəziz Babayev (10 yaş), şəhər 9 nömrəli tam orta məktəbin VI sinif şagirdi Ramazan Məcidov
(12 yaş), Mədrəsə
qəsəbə tam orta məktəbinin VIII sinif şagirdi
Gülməmməd Xəlilli
(14 yaş) çempion
adına layiq görülüblər. Çempionlara
və II-III yerləri tutan
şahmatçılara diplomlar və hədiyyələr təqdim
olunub.
Yarışın nəticələrinə əsasən şahmat məktəbləri komandalarının zona birinciliyində iştirak edəcək oğlan və
qızlardan ibarət rayon komandasının üzvləri də
müəyyənləşdirilib.
Turnir təsnifat xarakterli olduğundan şahmatçılara müvafiq idman dərəcələri də
verilib.
A.AĞAYEV,
Şamaxı Rayon Uşaq-Gənclər
Şahmat Məktəbinin direktoru
Azərbaycan
müəllimi.- 2014.- 4 aprel.- S.10.