Qəzetə
ünvanlanmış təbriklər
"Azərbaycan
müəllimi" - 80
İlk nömrəsinin nəşrə başlaması və 60-70 illik yubileyləri münasibəti ilə "Azərbaycan müəllimi" qəzetinə müxtəlif təbriklər ünvanlanıb. Onlardan bəzilərini təqdim edirik.
Mədəni inqlabın yeni mübarizinə!
Bolşevik mətbuatının
sırasına yeni daxil olan mübariz "Qommunist Məarifi"nə
"Qommunist" ğəzetəsinin işçi-kəndli
müxbirləri və əməkdaşları tərəfindən
alovlu bolşevik salamları.
"Qommunist"
ğəzetəsi əmin olur ki, "Qommunist Məarifi"
bütün qüvvəsini birinci nömrəsindən
başlayaraq XVII firqə qurultayının qərarlarının
yerinə yetirilməsi, xalq məarifi dəyərinin yüksək
pilləyə qaldırılması, dərslərin kəmiyyət
və keyfiyyətinin yaqşılaşması, yeni dərs ilinin
bolşeviq hazırlığı ilə
qarşılanması, Azərbaycanın başdan-başa
savadlılar cümhuriyyətinə verilməsi və müəllimlərin
Marks - Engels - Lenin - Stalin inqlaği nəzəriyyələrilə
silahlanması uğrunda məarif kütlələrinin həqiqi
və kütləvi təbliğatçısı, təşviqatçısı
və təşkilatçısı olacaqdır.
"Qommunist" redaksiyası
"Qommunist Məarifi",
2 sentyabr 1934-cü il, ¹ 1
"Qommunist Məarifi" ğəzetəsi redaksiyasına!
Marks - Lenin məktəb quruluşu cəbhəsinin,
sosyalizm nəslinin internasional tərbiyəsi uğrunda yeni
döyüşçüsü və dərs ili
ərəfəsində çıqan "Qommunist Məarifi"
ğəzetəsinə bolşevik səlamları!
Ğəzetənin, Stalin yoldaşın göstərişlərinin
və məktəb haqqında ÜİQ(b)F
MQ-si qərarlarının həyatə tətbiqində kitlələri
səfərbərligə alacağına əminik.
Məktəb işini bilən
ustadların təcrübələrini gəridə qalanlara
verməgə çalışın. Onları ÜİQ(b)F MQ və ZÖQ-çi qərarlarının
bolşevikcəsinə realizə edilməsi nümunələri
əsasında ögrədin.
Bolşevik firqəsi və dahi Stalinin bizə, 2-nci beş illikdə sınıfsız sosializm cəmiyyətinin
gələcək üzvilərini tərbiyə edəcək
LENİN məktəb quruluşu yolunda maniçilik göstərənləri
amansızcasına ifşa edin.
"BAK.RABOÇİ"
"Qommunist
Məarifi",
2 sentyabr
1934-cü il, ¹ 1
Biz
inanırıq
Elmimizin, maarifimizin zəngin nailiyyətlərinin,
qabaqcıl ənənələrinin təbliğində
görkəmli rol oynayan, xalqımızın
ziyalandırılmasında müstəsna xidmətləri olan
"Azərbaycan müəllimi" qəzetinin 60 yaşı
tamam olur. Bu şərəfli yubiley münasibətilə 75
yaşlı Bakı Dövlət Universitetinin çoxminli
professor-müəllim və tələbə kollektivləri
adından "Azərbaycan müəllimi" qəzetini, onun
yaradıcı heyətini ürəkdən təbrik edir,
tutduğu şərəfli yolda ona uğurlar
arzulayırıq.
"Azərbaycan müəllimi" qəzeti
30-cu illərdə çətin bir şəraitdə
savadsızlığa qarşı gərgin mübarizə
aparıldığı, milli ziyalı kadrlara çox
böyük ehtiyac olan bir dövrdə fəaliyyətə
başlamışdır. İlk
nömrəsindən başlayaraq maarif və mədəniyyətin,
təhsilin təbliğatçısı olmuş, elmi və
pedaqoji biliklərin ən yeni nailiyyətlərini geniş
kütlə içərisində yaymışdır.
Onun 60 illik dövrdə çıxan
nömrələri maarif və mədəniyyətimizin
canlı salnaməsinə çevrilmişdir. Qəzetin səhifələrində təhsil
sisteminin bütün problemləri, qabaqcıl təcrübə
nümunələri, ömrünü, əməyini maarifə,
xalqın savadlanmasına həsr edən pedaqoqlar, gəncliyin,
yeniyetmələrin təlim-tərbiyəsi həmişə
yüksək səviyyədə, sənətkarlıqla əks
etdirilmişdir.
"Azərbaycan müəllimi" qəzeti
bütün səmərəli fəaliyyəti dövründə
orta təhsil sistemi ilə yanaşı, ali
təhsilə, gənc mütəxəssislərin
hazırlanmasına, ali məktəblərin elmi-pedaqoji
kadrlarına xüsusi diqqət və qayğı ilə
yanaşmışdır.
Onun səhifələrində Bakı
Dövlət Universitetində görülən zəngin elmi-tədqiqat
və pedaqoji işlərdən dəfələrlə
yazılmışdır. Buna
görə də "Azərbaycan müəllimi" qəzetini
universitetimizin kollektivi özünün doğma qəzeti hesab
edir və həvəslə oxuyur.
"Azərbaycan müəllimi" qəzeti
müxtəlif ictimai-siyasi şəraitlərdə maraqlı,
çətin yol keçmiş, bir sıra sınaqlarla
üzləşmiş, lakin özünün müqəddəs
amalına, ənənələrinə sadiq
qalmışdır. Biz inanırıq ki,
müstəqillik, suverenlik yolunda inamla addımlayan Azərbaycan
Respublikasının hazırki çətin sosial-siyasi və
iqtisadi vəziyyətində də öz nəcib yolundan
dönməyəcək, məsləkinə, əqidəsinə
sadiq qalacaqdır.
M.N.ƏLƏSGƏROV,
M.Ə.Rəsulzadə
adına BDU-nun rektoru, professor
"Azərbaycan
müəllimi",
25 noyabr
1994-cü il, ¹ 27
"Azərbaycan
müəllimi" qəzetinin kollektivinə
"Azərbaycan
müəllimi" respublikamızın mətbuat aləmində
özünəməxsus yaradıcılıq yolu
keçmiş, Azərbaycanda təhsilin inkişafında
silinməz izlər buraxmış pedaqoji nəşrlərdən
biridir. Bu qəzet Azərbaycanda təhsil,
elm və mədəniyyətin inkişafı yolunda əvəzsiz
xidmətlər göstərmiş, maarifimizin dəyərli
salnaməsinə çevrilmişdir.
"Azərbaycan müəllimi" gənc
nəslin təlim-tərbiyəsində, pedaqoji kadrların
elmi-metodiki biliklərinin zənginləşməsində
mühüm rol oynamış, çoxminli pedaqoji ictimaiyyətin
sevimli qəzetinə çevrilmişdir.
Bu gün "Azərbaycan müəllimi" öz səhifələrində
ölkəmizdə təhsilin vəziyyəti, müstəqil
dövlətimizin təhsil siyasətinin əsas istiqamətləri
və gələcək inkişaf yolları, dünya təhsil
sisteminin təcrübəsi ilə tanışlığa dair
analitik yazılar çap etdirməklə yanaşı,
müharibənin təhsil işinə vurduğu zərbələrin
dünyaya çatdırılması, gənclərdə Vətənə
məhəbbət, düşmənə sonsuz nifrət hisslərinin
aşılanması yolunda öz imkanlarından bacarıqla
istifadə edir.
İlk nömrəsinin çapdan
çıxmasının 60 illiyi münasibətilə "Azərbaycan
müəllimi" qəzetinin bütün əməkdaşlarını
ürəkdən təbrik edir, onlara xalqımızın
maarifinin daha da çiçəklənməsi və
inkişafı naminə yeni-yeni uğurlar diləyirəm.
L.X.RƏSULOVA,
Azərbaycan
Respublikasının təhsil naziri
"Azərbaycan
müəllimi",
17 noyabr
1994-cü il, ¹ 26
Keçmişinə
cəsarətlə baxan qəzet
Yubiley günündə istəsən də,
istəməsən də arxaya baxmalı olursan, ötən
illərə bir-bir nəzər salırsan. Həmin yolda üzağardan işlər
görmüsənsə rahatlıq tapırsan,
başını dik tutursan. Təsəllin
bu olur ki, xalqına, millətinə imkan daxilində xidmət
göstərmisən.
Belə fəxrlə dayanmağa 60
yaşlı "Azərbaycan müəllimi" qəzetinin də
haqqı var. O, zərurətdən doğuldu. Respublikamızda savadsızlığın ləğvində
geniş təbliğat, təşkilat işi apardı.
Məktəblərdə qabaqcıl təcrübənin,
iş üslubu və metodlarının ən ucqar rayonlara
çatdırılmasında böyük rol oynadı. Səhifələrində
təcrübə mübadiləsinə geniş yer verdi. Respublikamızda elm və təhsilin bu səviyyəyə
çatdırılmasında xidmətləri az
olmadı. Ötən müddətdə "Azərbaycan
müəllimi"
təkcə elm və təhsil sistemində
çalışanların deyil, daha geniş kütlənin
sevimli qəzetinə çevrildi.
İndi "Azərbaycan müəllimi"nin qarşısında daha məsul vəzifələr
durur. O, Təhsil Qanununun tətbiqində, dünya
standartları səviyyəsində kadrlar yetişdirilməsində
yaxından iştirak edir.
"Xalq qəzeti"nin kollektivi
"Azərbaycan müəllimi"ndə çalışan
həmkarlarını ürəkdən təbrik edir, onlara
bugünkü çətin və şərəfli işlərində
uğurlar arzulayır.
"Xalq
qəzeti"nin yaradıcı kollektivi
"Azərbaycan
müəllimi",
17 noyabr
1994-cü il, ¹ 26
Baş
redaktora
Altmış ildə "Azərbaycan
müəllimi" şərəfli yol keçmiş və
bu günkü böyük, habelə gənc nəslin tərbiyələnib
yetişməsində əhəmiyyətli rol
oynamışdır. Qəzet respublikada təhsil
sisteminin təkmilləşdirilməsinə təkan
vermiş, müəllimlərimizin istiqamətləndirilməsi
kimi mühüm bir işi özünün əsas vəzifəsi
hesab etmişdir.
Qəzetin tarixinin digər önəmli cəhəti
bundan ibarətdir ki, onun əməkdaşları
sırasında görkəmli jurnalistlər və tədqiqatçılar
yetişmiş və onlar pedaqoji elmin inkişafında fəal
iştirak etmişlər.
Vətənimizin ağır zamanlar
yaşadığı indiki dövrdə "Azərbaycan
müəllimi" qəzetinin əməkdaşlarına və
oxucuları olan müəllimlərimizə səbr, inam
arzulayırıq və ümid edirik ki, qəzet bundan sonra da
müəllimin müqəddəs adının yüksək
tutulması uğrunda apardığı mübarizəni
dönmədən davam etdirəcəkdir.
Azərbaycan Jurnalistlər Birliyi yubiley
münasibətilə "Azərbaycan müəllimi" qəzetinin
əməkdaşları və oxucularını təbrik edir,
onlara ağır, şərəfli işlərində
uğurlar arzulayır.
H.HACIYEV,
Azərbaycan
Jurnalistlər Birliyinin sədri
"Azərbaycan
müəllimi",
17 noyabr
1994-cü il, ¹ 26
Yeni
uğurlar diləyirik
Əziz həmkarlar!
Pedaqoji mətbuatımızın inkişafında səmərəli
fəaliyyətinizə, qabaqcıl müəllimlərin və
təhsil müəssisələrinin iş təcrübəsinin,
təhsilin əsas problem və istiqamətlərinin hərtərəfli
işıqlandırılmasında fəal mövqeyinizə və
60 illik şərəfli yol keçdiyinə görə Sizi
ürəkdən təbrik edir, yaşadığımız məsuliyyətli
və tarixi bir anda kollektivinizə ən səmimi
arzularımızı bildirir, təhsil sisteminin daha da
inkişafı sahəsində apardığınız
yaradıcı işdə yeni-yeni uğurlar diləyirik.
Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqının
Azərbaycan Respublika Komitəsi
"Azərbaycan
müəllimi",
25 noyabr
1994-cü il, ¹ 27
Müəllim
də yazıçıdır
Azadlıq, müstəqillik yoluna çıxmış
doğma respublikamızın milli maarifinin dirçəlişi
və yüksəlişi işində Sizə ən səmimi
istəklərimizi çatdırırıq.
Müəllim və yazıçı
bir-birinə çox yaxın, əslində eyni qayə və
məqsəd daşıyan anlayışlardır. Sizin qəzetiniz 60 illik ömründə həmişə
söz-sənət sahibləri, ədiblər,
yazıçılarla həmrəy olmuş,
bütünlükdə ədəbiyyatımızın
araşdırılması, öyrənilməsi və
yayılması üçün səylərini əsirgəməmişdir.
"Ədəbiyyat qəzeti" Sizin 60
yaşınızı yaxın yaşıdının əlamətdar
günü kimi qiymətləndirir. Bütün
əməkdaşlarınıza xeyirxah, nəcib işinizdə
cansağlığı, yazıb-yaratmaq arzulayırıq.
"Ədəbiyyat
qəzeti" əməkdaşları adından baş
redaktor
Sabir
Əhmədli
"Azərbaycan
müəllimi",
25 noyabr
1994-cü il, ¹ 27
Azərbaycan
müəllimi.- 2014.- 11 aprel.- S.4.