Tanınmış imzalar
Ədəbiyyat dərsliyini yaxşılaşdırmalı
...Ədəbiyyat dərsliklərinin
yaradılmasında Azərbaycan
ədəbiyyatşünaslığının
böyük xidməti
vardır. Neçə illərdir ki,
görkəmli ədəbiyyatşünaslarımızın
yaratdıqları dərsliklər
yeni nəslin yetişməsinə yaxından
kömək edir.
Ancaq xalqımızın getdikcə
artan mənəvi tələbləri ölkəmizin
qarşısında duran
yeni, böyük vəzifələr... bu dərslikləri nəzərdən
keçirmək, keyfiyyətini
daha da yaxşılaşdırmaq
ehtiyacını irəli
sürür.
1955-ci ildə orta məktəbin VIII sinfi üçün Həmid Araslı yoldaşın yazmış
olduğu ədəbiyyat
dərsliyinin yeni, dördüncü çapı
nəşr edilmişdir. Məlum olduğu üzrə, VIII sinifdə Azərbaycan ədəbiyyatının geniş
və zəngin tarixinin əsasları öyrədilir. Eyni zamanda
rus və Qərbi Avropa ədəbiyyatının mühüm
hadisələrinə burada
yer verilmişdir.
Bu dərslik VIII sinif şagirdlərini dünya
ədəbiyyatı ilə
tanış etmək üçün yeganə ciddi və əsaslı bir mənbədir. XIX əsrə qədər
ədəbi inkişaf,
klassiklərin ən görkəmli əsərləri,
bədii əsərlərin
mətnlərinin müfəssəl
öyrənilməsini, bədii
ədəbiyyatın tərbiyəvi
təsirinin təmin edilməsi, ədəbiyyat
tarixi və nəzəriyyəsinin əsasları
ilə tanışlıq
bu dərslikdən tələb olunan ən mühüm məsələlərdir.
Bu nöqteyi-nəzərdən
dərsliyə yanaşdığımız
zaman, hələ onun sovet məktəbləri
üçün yaradılmış
olan yeni tipli dərsliklərdən
xeyli geridə qaldığını etiraf
etməyə məcburuq. Təəssüf ki, dərslikdə rus ədəbiyyatı dərsliklərinin
yaradılması işində
əldə edilən nailiyyətlərdən çox
az istifadə
olunmuşdur. Məsələn,
keçmiş illərdə
rus məktəblərində
N.Pospelov və P.Şablonskinin "Russkaya
literatura" dərsliyi
işlədildiyi halda,
üçüncü ildir
ki, bunun əvəzində S.M.Florinskinin
yazdığı daha
mükəmməl və
daha əlverişli yeni bir dərslik
yaradılmışdır. VIII
sinif dərsliyinin müəllifi H.Araslı yoldaş rus ədəbiyyatı haqqındakı
fəsilləri orijinal
və müstəqil surətdə yazmaq əvəzinə, köhnəlmiş
və artıq istifadə edilməyən
bir dərsliyə əsaslanmışdır. Nəticədə kitabda bir çox ciddi səhvlərə yol verilmişdir...
M.RƏFİLİ,
filoloji elmlər doktoru, professor
"Azərbaycan müəllimi",
2 fevral 1956-cı il,
¹ 5
SSRİ xalqlarının sevimlisi
Mirzə
Ələkbər Sabirin
böyük sənətkar
olduğunu sübut etməyə ehtiyac yoxdur. Azərbaycan xalqının böyük
satirik şairi Yaxın və Orta Şərqin bir çox ölkələrində, sosialist
Vətənimizdə yaşayan
çoxmilyonlu xalqlar arasında sönməz şöhrət
qazanmışdır. SSRİ
xalqları indi nəinki Sabirin əsərlərinin tərcüməsini
öz ana dillərində sevə-sevə
oxuyur, eyni zamanda şairin yaradıcılığı haqqında
qardaş respublikaların
elm ocaqlarında elmi əsərlər yazılır,
tədqiqat işləri
aparılır.
Belə bir
faktı qeyd etmək kifayətdir ki, bu il may ayının
25-də M.V.Lomonosov adına
Moskva Dövlət Universitetinin SSRİ xalqları
ədəbiyyatı kafedrasında
son kurs tələbələrindən
Tamara Aleksandrovna Romaniy
"Sabir satirasının
xüsusiyyətləri" mövzusunda yazdığı
diplom işini müvəffəqiyyətlə müdafiə etmişdir.
Əsər
haqqında çıxış
edən dosent Xalıq Hüseyn oğlu Koroğlu və başqaları gənc diplomçunun bu əsərinə yüksək qiymət vermişlər. Əsər "əla" qiymətə layiq görülmüşdür.
Kafedra həmin
diplom işini Bakıya, Nizami adına Dil
və Ədəbiyyat
İnstitutuna göndərməyi
qərara almışdır.
Əsər instituta təqdim
edilmişdir.
Bu kiçik faktla göstərmək istəyirəm ki, xalqımızın böyük
şairi Sabiri SSRİ
xalqları yaxından
tanıyır, onun həmişə təravətli
olan, duzlu, məzəli, eyni zamanda kəskin satira gülüşü
ilə dolu olan şeirlərini sevə-sevə oxuyurlar.
Mirzə
Ələkbər Sabir
bütün Sovet xalqlarının sevimli şairi olmuşdur. Bu bizim fəxrimizdir.
Böyük şairimiz Sabir
öz ölməz əsərləri ilə illər, əsrlər boyu qardaş Sovet xalqları arasında hörmətlə
yad ediləcək və onun əsərləri
sevilə-sevilə oxunacaqdır.
Əziz
ŞƏRİF,
M.V.Lomonosov adına Moskva Dövlət Universiteti
SSRİ xalqları ədəbiyyatı
kafedrasının müdiri,
filoloji elmlər doktoru, professor
"Azərbaycan müəllimi",
31 may
1962-ci il, ¹ 43
Uşaq
təxəyyülünün bəzi xüsusiyyətləri
haqqında
Kəndə
xalasının yanına
dincəlməyə gəlmiş
yeddi yaşlı Ənvər axşam üstü həyətdə
oyuncağını axtararkən
qonşu qızın ağladığını eşitdi. O, qaça-qaça evə gəlib: - Ana! Ana! Rasiməni
canavar apardı, - dedi.
Ana təəccüb etdi: - Necə yəni apardı?
Uşaq çiyinlərini
çəkdi: - Apardı
də. Axı, onun da uşaqları gəlincik istəyir.
Hamı
gülüşdü. Xalası Ənvəri qucağına alıb onu əzizləyə-əzizləyə
dedi:
- Sən nə yaman yalançısan! Bir də yalan danışsan
canavar gəlib səni də aparar.
Məktəbəqədər
yaşlı uşaqlarda
belə hallar tez-tez baş verir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bəzi valideynlər çox vaxt uşağın özündən
müxtəlif əhvalatlar
uydurmasının mahiyyətini
nəzərə almadan,
onu yalan danışma kimi qiymətləndirirlər. Bu,
ciddi səhvdir.
Yalan
danışan uşaq
başqalarını aldatmaq
və çaşdırmaq
məqsədi ilə həqiqəti təhrif edir. Qəsdən yalan danışma
uşağın insanlara
və həyata saxta münasibətlərinin
ifadəsidir. Çox vaxt
isə uşaq, əslində qarşısına
yalan danışmaq məqsədi qoymur.
O, həqiqəti qəsdsiz
surətdə təhrif
edir. Yuxarıda verdiyimiz nümunə buna misal ola bilər.
Belə
hallarda uşağı
yalan danışmaqda ittiham etmək, "yalan danışdığı"
üçün cəzalandırmaq
olmaz. Heç vaxt
yalan danışmaq haqqında düşünməyən
və bəlkə də bu sahədə
hələ təsəvvürü
olmayan məktəbəqədər
yaşlı uşağı
yalançılıqda ittiham
etdikdə, onda insanlara etibar və inam azalır,
qeyri-səmimi münasibət
yaranır. Uşaqda
qapalılıq, az danışmaq, başqa adamlarla ünsiyyətdən qaçmaq
meyli təşəkkül
tapır.
Əlbəttə,
uşaq həqiqəti
təhrif edirsə, onun səhvini düzəltmək lazımdır. Bu, həm də
uşaqları düzgün
tərbiyə etmək
üçün çox
əhəmiyyətlidir. Çünki uşaq həqiqəti
təhrif edə-edə
tədricən yalan danışmağa adət
edə bilər.
Lakin bu, valideyndən xüsusi məharət tələb
edir...
...Uşaqların həqiqəti
qəsdsiz təhrif etməsi, hər şeydən əvvəl,
onların qavrayış
və təfəkkürünün
xüsusiyyətləri ilə
əlaqədardır. Müşahidəçilik
qabiliyyəti inkişaf
etməmiş uşaq
cismin əsas xüsusiyyətlərini görə
bilmir, daha çox nəzərə çarpan ikinci dərəcəli xüsusiyyətlərə
fikir verir. Qavrayışın dəqiq və
tam olması müşahidə
şəraitindən də
çox asılıdır.
Uşaq cismi hərtərəfli qavramaq
imkanına malik olmadıqda onu adətən səthi qavrayır və gördüyü hadisəni
öz təəssüratı
səpgisində təsvir
edir...
Əbdül ƏLİZADƏ,
V.İ.Lenin adına APİ-nin psixologiya kafedrasının baş müəllimi
"Azərbaycan müəllimi",
13 dekabr 1964-cü il,
¹ 100
Azərbaycan müəllimi.-
2014.- 11 aprel.- S.4.