Təhsil naziri Koreya
Respublikasının
nümayəndə heyəti
ilə görüşüb
Aprelin 11-də təhsil naziri
Mikayıl Cabbarov Koreya
Respublikasının Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Çoi Suk-in və Koreya İxrac-İdxal Bankının icraçı
direktoru Seong-Hyeoung Yimin rəhbərlik etdiyi
nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı "Azərbaycan Respublikası
hökuməti və Koreya Respublikası
hökuməti arasında Peşə Tədris Mərkəzinin
yaradılması layihəsi üçün
İqtisadi İnkişaf
Əməkdaşlıq Fondundan alınan
kreditə dair razılaşma" və
"Azərbaycan Respublikası hökuməti və Koreya İxrac-İdxal
Bankı arasında Peşə Tədris Mərkəzinin yaradılması layihəsi
üçün Kredit
Sazişi" imzalanıb.
Layihə əmək
bazarının tələblərinə uyğun
yüksək ixtisaslı kadrların hazırlanması və qeyri-neft sektorunun
inkişafına dəstək vermək məqsədlərinə
xidmət edir. Layihənin əsas
hədəfləri ən yüksək müasir
standartlara cavab verən
peşə tədris sisteminin, gənclər
və qadınlar da daxil
olmaqla, bütün vətəndaşlar
üçün yüksək səviyyəli
peşəkar hazırlığın və iş
imkanlarının yaradılmasını, yoxsulluğun
azaldılmasına dair
siyasətə dəstək verilməsini, ölkənin əmək
bazarının xarici işçi
qüvvəsindən asılılığının
azaldılmasını, həmçinin, xırda və orta sahibkarlığın inkişafına təkan
verilməsini təmin etməkdən ibarətdir.
Layihənin maksimal
büdcəsi 39,28 milyon ABŞ dolları təşkil edir. Bu vəsaitin 22 milyonu
Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu
tərəfindən maliyyələşdiriləcəkdir.
Müasir
peşə təhsili
sisteminin yaradılmasına
təkan verəcək
layihə çərçivəsində
elektrik mühəndisliyi,
mexanika, avtomatlaşdırma,
sənaye quraşdırılması,
elektrik enerjisi, elektronika, avtomobil və inşaat sahələri üzrə
kadrlar hazırlanacaqdır. Mərkəzdə 8 ixtisas üzrə
tədris otağı,
yeməkxana, yataqxana, mühazirə və ümumi iclas zalları inşa olunacaqdır. Bakı şəhərində
yerləşən ilk peşə-ixtisas
təhsili müəssisələrindən
birinin bazasında yaradılacaq mərkəzdə
800 nəfər müvafiq
ixtisaslara yiyələnə
bilər.
Koreyalı
mütəxəssislər Peşə
Tədris Mərkəzinin
tikintisində, təchizatında,
idarə olunmasında,
eləcə də mühəndis-pedaqoji heyətin
və müvafiq vəsaitlərin hazırlanmasında
iştirak edəcəklər.
Azərbaycan müəllimi.-
2014.- 18 aprel.- S.5.