"Türksoylu
xalqların musiqi mədəniyyətinin
tədqiqi problemləri"
mövzusunda konfrans
Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetində
"Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri"
mövzusunda Beynəlxalq konfrans
keçirilib.
Konfransda Türkiyənin Azərbaycandakı səfirliyinin
nümayəndələrinin, Türkiyənin Batman
Universitetinin Gözəl Sənətlər
fakültəsinin, Qazıantep Universitetinin
Türk Musqisi Dövlət
Konservatoriyasının, İsrailin Təl-Əviv
Konservatoriyasının, Bakı Musiqi Akademiyasının,
Azərbaycan Milli Konservatoriyasının,
AMEA-nın, Azərbaycan
Dövlət Pedaqoji Universitetinin
və ADMİU-nun professor-müəllim
heyəti və tələbələri iştirak
edirdilər.
Konfransı
giriş sözü
ilə açan ADMİU-nun
rektoru, professor Timuçin Əfəndiyev qonaqları salamlayaraq bu kimi konfransların keçirilməsinin
vacibliyinə diqqət çəkdi və türksoylu
xalqların timsalında iki qardaş ölkənin - Türkiyə və
Azərbaycanın zəngin tarixə və mədəni irsə
malik olduğunu
vurğuladı.
ADMİU-nun elm və
yaradıcılıq işləri üzrə prorektoru,
professor, əməkdar incəsənət
xadimi Maral Manafova öncə tədbirin bu
cür yüksək səviyyədə
keçməsinə şərait yaratdığı üçün
universitetin rektoru,
professor Timuçin
Əfəndiyevə minnətdarlığını bildirdi və mövzu
haqqında geniş və əhatəli çıxış etdi. Qeyd edildi
ki, bu kimi
mövzuların müzakirəsi hər birimiz
və ictimaiyyətimiz üçün
önəm daşıyır. Bu xalqların təbii, üzvi xarakterli əməkdaşlığı son zamanlar humanitar
elm sahəsində fəaliyyət göstərən
çoxsaylı alimlərin müzakirə predmetinə çevrilmiş, türkşünaslıq və
regionlararası əlaqələri, onların fərqli və oxşar cəhətlərini araşdıran
müqayisəli sənətşünaslıq kimi elmi istiqamətlərin
meydana gəlməsinə şərait
yaratmışdır. Vurğulandı ki,
respublikamızda bu sahədə elmi araşdırmalar keçən əsrin
90-cı illərindən rəvac tapmışdır. Tarixi vərəqləyərkən biz dahi Üzeyir
Hacıbəylinin türkçülük
ideyası uğrunda nə qədər
mübarizə apardığının şahidi
oluruq. Dövrümüzün
nailiyyətlərindən biri də bu ideyanın artıq bir
varlıq, həqiqət kimi qəbul
olunmasıdır. Ümumtürk musiqi aləmi çox zəngin
və dərin qarşılıqlı əlaqələr
tarixinə malikdir. Bu tarixi mənbələrin öyrənilməsi
Azərbaycan humanitar elmi
qarşısında duran ən önəmli
problemlərdəndir.
ADMİU-nun "Musiqişünaslıq"
kafedrasının müdiri, əməkdar
incəsənət xadimi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent Kamilə Dadaşzadə "Epik sənətin araşdırılmasında
konsept anlayışının tətbiqinə
dair", Batman Universitetinin Gözəl Sənətlər
Fakültəsinin professor assistenti, dosent, sənətşünaslıq üzrə
fəlsəfə doktoru Seyran
Qafarzadə "Milli musiqi
çalğı aləti balaban: adlanma və yayılma məsələsinə
dair bəzi təsbitlər", Batman Universitetinin Gözəl
Sənətlər Fakültəsinin professor
assistenti, Dok. Rohat CEBE
"Yezidi dini müziği",
Türkiyənin Qazıantep Universitetinin
Türk Musqisi Dövlət
Konservatoriyasının dosenti Yalçın Abdulla,
AMEA-nın doktorantı Hafiz Kərimov
"Aşıq vokal
ifaçılığında "qoşma"
janrının tətbiqinə dair" məruzələrlə
çıxış etdilər.
Universitetdə təhsil
alan türk tələbə
Oğuzhan Mercimek Qaradəniz
kamançasından, türk tələbə
Alparslan Yeşilbaş
isə türk zərb alətlərindən
bəhs etdi.
Azərbaycan müəllimi.- 2014.- 18 aprel.- S.8.