Azərbaycan təhsilinin
uğurları
Fəridə HACIHƏSƏNLİ,
Azərbaycan Respublikasının Prezidenti
yanında
Dövlət İdarəçilik Akademiyasının tələbəsi
1995-ci ildə Şəki
rayonunun Oxud kəndində anadan olub. 2013-cü ildə Oxud kəndindəki 1 nömrəli tam
orta məktəbi bitirib. Ali məktəblərə qəbul
imtahanında III qrup üzrə 696 bal toplayaraq Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının siyasi
idarəetmə fakültəsinə
daxil olub.
DİA-nın tələbəsi olmağı
ilə fəxr edir. Prezident təqaüdünə layiq görülən
tələbələrin siyahısında adını
görəndə qürur
hissi keçirib. Ən böyük arzusu ona göstərilən etimadı doğrultmaqdır.
Arif
SADIQLI,
Bakı
Ali Neft Məktəbinin
tələbəsi
1996-cı ildə Bakı şəhərində
anadan olub. 2013-cü ildə 291 nömrəli lAraz» Ekologiya Liseyini qızıl medalla bitirib. Məktəblilər arasında
keçirilən fənn olimpiadalarının
iştirakçısı olub.
Ali məktəblərə qəbul imtahanında 685
bal toplayaraq
Bakı Ali Neft Məktəbinin neft-qaz mühəndisliyi ixtisasına
qəbul olub.
Dövlətimizin təhsilə və gəncliyə xüsusi diqqət və qayğısından ruhlanan
Arifin arzusu valideynlərinin
və
müəllimlərinin etimadını doğrultmaqdır.
Elgün
HƏSƏNOV,
Qafqaz Universitetinin tələbəsi
1996-cı ildə Ağdaş rayonunun Ləki qəsəbəsində
anadan olub. 2013-cü ildə Bakıdakı 221 nömrəli
tam orta məktəbi bitirib. Orta məktəbdə oxuduğu
illərdə
olimpiadalarda iştirak
edib.
Ali məktəblərə qəbul
imtahanında 685 bal toplayaraq Qafqaz Universitetinin kimya mühəndisliyi fakültəsinə daxil olub.
Prezident təqaüdünə
layiq görüldüyünə
görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə öz
təşəkkürünü bildirir.
Məqsədi ixtisas təhsilini ingilis dilində almaqdır.
Yunis
ŞIXƏLİYEV,
Azərbaycan Tibb Universitetinin
tələbəsi
1996-cı ildə Masallı rayonunda anadan olub. 2001-ci ildə rayonun Mollaoba kənd məktəbinə daxil
olsa da, təhsilini 2008-ci ildən
Bakı Özəl Türk Liseyinin Lənkəran filialında davam etdirib. 2013-cü ildə
oxuduğu təhsil ocağını bitirib.
Ali məktəblərə qəbul imtahanında 681
bal toplayaraq Azərbaycan
Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə qəbul olub.
Prezident
təqaüdünə layiq
görüldüyünə görə fərəh hissi keçirir.
Şəhla ALXASOVA,
Azərbaycan Tibb Universitetinin
tələbəsi
1996-cı ildə Şəki
şəhərində anadan
olub. 2013-cü ildə Şəki
şəhərindəki 5 nömrəli
tam orta məktəbi bitirib.
Ali məktəblərə qəbul imtahanında 686
bal toplayaraq Azərbaycan
Tibb Unversitetinin müalicə-profilaktika fakültəsinə
qəbul olub.
Prezident təqaüdünə layiq görülən Şəhla
üzərinə düşən
məsuliyyəti ciddi
dərk edir və təhsildə daha böyük uğurlar qazanmaq üçün səylə çalışır.
Hazırladı: Şakir CƏFƏROV
Azərbaycan müəllimi.-
2014.- 18 aprel.- S.9.