Uşaqlarda nitq qüsurları
Uşaqların psixi inkişafında nitq çox böyük rol oynayır. Tərbiyə işi
düzgün təşkil edildikdə
onların nitqinin inkişafı əsasən
4 mərhələni əhatə edir.
1-ci nitqin
inkişafının hazırlıq mərhələsidir. Bu uşağın anadan olduğu gündən 1 yaşa
qədər olan dövrü
əhatə edir.
2-ci şifahi
nitqin inkişafı mərhələsidir.
1 yaşdan 3 yaşa qədər
olan dövrü əhatə
edir.
3-cü şifahi nitqin zənginləşməsi
mərhələsidir. 3 yaşdan 7 yaşa qədər olan dövrü əhatə edir.
4-cü nitqin təkmilləşməsi və
yazılı nitqin inkişafı mərhələsidir.
7 yaşdan sonrakı dövrü
əhatə edir.
Nitq uşağın dünyaya
gəldiyi gündən etibarən tədricən ünsiyyət
vasitəsi kimi inkişaf
edir və başqalarının emosional vəziyyəti, uşaq
tərəfindən onun mimikası jest və pantomimikaları vasitəsilə
anlaşılır.
3 yaşlı
uşağın nitqində 1000-1500, 4 yaşlının
nitqində 1600-1926, 5 yaşlı uşağın nitqində
isə 2500-3000-ə yaxın söz
ehtiyatı olur. Ona
görə də istər valideynlər, istərsə də tərbiyəçilər
və müəllimlər uşaqlara düzgün tələffüz
qaydalarını elə öyrətməlidirlər ki, onların nitqi inkişaf etsin. Məktəb
təlimi üçün zəruri olan səviyyəyə çatmasına
müsbət təsir göstərsin.
İnsan təfəkkürünün
inkişafında nitqin rolu
çox böyükdür.
Nitq vasitəsilə insanlar
nəinki öz fikirlərini bir-birinə çatdırır, həm də onların
təfəkkürü nitqli ünsiyyət
prosesində təşəkkül
edir və formalaşır.
Nitq qüsurları çox
zaman uşaqlarda kompleks, özünə inamsızlıq da yaradır. Bu xüsusiyyətlərə
görə uşaqlar bağçaya
və ya məktəbə getmək istəmirlər.
Elə psixika var ki, nitqi və yaxud da əksinə elə
qüsurlu nitq var ki, psixikanı geri salır. Yəni uşağın nitqində
qüsur varsa və ya ümumiyyətlə, nitq
yoxdursa, bu onun psixoloji aləminə
təsir edir. Belə ki,
nitq vasitəsi ilə uşaq
ünsiyyətə girir, lüğət
ehtiyatı artır, təsəvvürləri formalaşır.
Nitq inkişafında ləngimə varsa, bu xüsusiyyətlər
də ləngiyir. Psixoloji olaraq
uşaqda ləngimə varsa,
bu onun nitqinə mənfi
təsirsiz ötüşməyə bilməz. Belə ki, uşaq deyilən
müraciəti anlamırsa, onun nitqində,
lüğət ehtiyatında qüsurlar olacaq. Buna görə də
uşaqla defektoloji-loqopedik
iş aparılarkən mütləq onun psixoloji səviyyəsi,
bacarığı, yaşı, diqqəti və aktivliyi nəzərə alınmalıdır.
Nitq kommunikativ
funksiyadır və ancaq insana
məxsusdur. Ünsiyyət vasitəsilə insanın şüuru inkişaf edir və zənginləşir.
Yaşadığımız müasir zamanda uşaqların çoxu
ünsiyyətdən qaçır. Hazırkı dövr texnika dövrü olduğundan uşaqları televiziya,
kompüter, İnternet daha çox cəlb edir. Uşaqlar televiziyaya
baxır və fikri tamamilə orda olur. Əksər hallarda bu zaman
uşaqlarda iki dillilik yaranır. Nitq
qüsurlarının yaranmasının əsas 2 səbəbi
var. Orqanik və sosial-psixoloji. Orqanik səbəblərə
bətndaxili dövrdə doğuş
zamanı və ya doğuşdan
sonra beynin inkişafdan qalması və zədələnməsi,
nitq orqanlarının müxtəlif cür orqanik pozğunluqları
aiddir. Sosial-psixoloji səbəblərə
ətraf mühitin nitqə müxtəlif
cür mənfi, arzuolunmaz
təsirləri aid edilir.
Buna
eşitmə qüsurlu valideynlərin tərbiyə
etdiyi eşidən, həmçinin uzun müddət xəstə olan
və ya hospitalizasiya
edilən uşaqların nitqlərinin
inkişafdan qalmasını, ailədə
uzun müddət psixotravmatik
şəraitdə uşaqda kəkələmənin
yaranmasını və s. misal
göstərmək olar.
Klinik pedaqoji təsnifatda
göstərilən nitq pozuntuları 2 əsas
qrupa bölünür:
1. Şifahi
nitq pozuntuları.
2. Yazılı nitq pozuntuları.
Şifahi nitq pozuntusuna
disfaniya (afoniya), bradilaliya, texilaliya, kəkələmə,
dislaliya, dizartiriya, rinolaliya, afaziya, alaliya aiddir.
Yazılı nitq pozuntusuna disleksiya və disqrafiya aid edilir.
Disleksiya
oxu prosesinin qismən pozuntusu deməkdir. Hərflərin tanınmaması, hecalarda və hecaların sözlərdə birləşməsi
ilə bağlı çətinliklər oxunun
ləngiməsinə, sözün
səs formasının
səhv əks olunmasına, hətta ən sadə mətnin səhv başa düşülməsinə
səbəb olur.
Ağır dərəcəsi aleksiya adlanır.
Disqrafiya
isə yazı prosesinin qismən pozuntusu deməkdir. Ağır dərəcəsi aqrafia adlanır.
Nitq inkişafının geriliyi
Nitq
ilkin yaş dövrlərində əmələ
gələn lazımi
funksiyadır. Nitqin
inkişafi bir neçə faktordan asılıdır: uşağın
özünün xüsusiyyətindən,
cinsindən (qızlar
oğlanlara nisbətən
daha tez danışmağa meyillidirlər),
valideynlərlə ünsiyyətdən,
fizioloji xüsusiyyətdən
və s. Böyüklərin
nitqi uşaq üçün çox vacibdir. Nitq inkişafinın ləngliyi (NİL) uşağın
nitqinin digər uşaqların nitqinə nisbətən gecikməsidir.
NİL zamanı uşaq danışa bilir, amma yaşıdlarına
nisbətən nitqində
geriləmə olur.
Xüsusi ilə qeyd
etmək lazımdır
ki, nitq inkişafinın ləngliyi ümumi psixikaya da təsirsiz
ötuşmür. Bu zaman uşaq ətrafdakı insanlarla ünsiyyətdən qaçır
və ya çətinlik çəkir,
emosiyaların əmələ
gəlməsində və
formalaşmasında gecikmə
müşahidə olunur,
hətta davranışa
da mənfi təsir göstərir.
Uşaqlarda
nitq inkişafının
geriliyinin yaranma səbəbləri:
- Uşaqla danışılmır
və ya uşaq öz dilində danışır,
valideyn buna fikir vermir. Uşaq isə öz ampulasında davam edir.
- Travma, baş-beyin
zədələnməsi nəticəsində,
həmçinin bətn
daxilində, sonrakı
yaş dövrlərində
xəstəliklərin olması.
- Uşağın eşitməsində
problemlər olanda. Uşağın nitq inkişafinda
ləngliyi 3-4 yaş aralarında müəyyən
etmək olar. Həmin diaqnozu qoymaq üçün nevropatoloqun,
psixoloqun və loqopedin rəyi üst-üstə düşməlidir.
Bu zaman loqopedlə
yanaşı psixoloqun
işi də vacib sayılır. Hər iki mütəxəssisin
birlikdə çalışması
sonda daha effektiv nəticə verir. Uşaqda nitq inkişafının ləngliyi
zamanı əsasən
aşağıda qeyd
olunan problemlər ortaya çıxır:
1. Nitqin hərtərəfli
pozuntusu.
2. Deyilişi zamanı
səs pozuntusu.
3. Qrammatik cəhətdən
düzgün olmayan deyiliş.
4. Lüğət ehtiyatının
zəifliyi.
5. Tempin və ahəngin pozuntusu.
6. Deyilən müraciəti
anlamaması.
Nitq
inişafının ləngliyinin
aradan qaldırılmasında
valideynlər daha çox maraqlı olmalıdırlar. Valideynlər mütəxəssislərin tapşırıqlarını
evdə mütləq yerinə yetirməli, övladı ilə sıx ünsiyyət qurmalı, onları televizordan, kompüterdən
uzaqlaşdırmalıdırlar. Ən əsası da uşağı bağçaya qoymaq bu
problemin aradan qaldırılmasında valideynlərə
yaxından kömək
edə bilər.
Kəkələmə
Kəkələmək
insanın qəsdsiz olaraq damaq səsləri
ilə başlayan sözləri və hecaları təkrarlamasına,
uzatmasına və ya kəsilməsinə verilən təsvirdir. Əsasən
evin kiçik uşaqlarında rast gəlinir. Ən çox 2-7 yaş
arasında olur. Ortalama 5 yaşdır.
Hər
100 insanın birində
kəkələmə olur. Oğlanlarda qızlara nisbətən buna 4 dəfə artıq rast gəlinir. Uşaqların 20%-i ilk inkişaf
vaxtlarında valideynləri
narahat edir. 5%-i kəkələməyə
6 ay və daha artıq vaxt müddətində davam edir. 3/5- ü gec uşaqlıq vaxtına qədər davam edir. 1%-ə qədəri
uzunmüddətli vaxtı
əhatə edir.
Ən düzgünü erkən
müdaxilədir. Əgər
uşaq kəkələməyə 6 aydan artıq başlayıbsa,
onda mütləq nevropatoloq və loqopedə müraciət edilməlidir.
Kəkələmənin
tam yaranma səbəbi
məlum deyil. Bəzi araşdırmalar genin və ya stressin
buna yol açdığını deyir.
Digər
bir araşdırma kəkələmə və
teurətə sindiromu
arasında əlaqə
olduğunu deyir.
Kəkələyən insanlar deyilməsi
asan olanı deyirlər. Kəkələmə nitq aparatının
əzələsinin qıcolmasıdır.
İlkin
olaraq kəkələməyə
uşaq xəstəliyi
deyilir. Kəkələyən insanlar daim açıq havada gəzməli və çoxlu vanna qəbul etməlidirlər.
Kəkələyən uşaqlarla
iş uzunmüddətli
olur.
Kəkələmənin növləri:
1. Klonik
2. Tonik
3. Qarışıq
Kəkələmənin
ən yüngül forması klonikdir. Məsələn, uşaq maşın
sözünü demək
istəyir. Bu zaman
həmin sözü belə tələffüz
edir: ma.... ma.... maşın.
Uşaq bu sözü deyərkən
nitqində sanki bir "partlayış"
əmələ gəlir.
Kəkələmənin
ağır forması
tonikdir. Tonik kəkələməni
aradan qaldırmaq üçün mütləq
klonik kəkələmənin
tədricən azaldılmasına
çalışılmalıdır.
Bu zaman bir
balaca da olsa yüngülləşmə
əmələ gələ
bilər.
Qarışıq
kəkələmə kəkələmənin
ən ağır forması sayılır. Burada həm 2 eyni-tonik, tonik həm də tonik, klonik növlərinin
qarışığı ola bilər.
Kəkələməni xüsusiyyətlərinə görə
belə qruplaşdırmaq
olar: damaq kəkələməsi, nəfəs
kəkələməsi, qıtlaq
kəkələməsi, düşüncə
kəkələməsi və
s. Məsələn, uşaqda
düşüncə kəkələməsi
zamanı qəribə
bir hal yaşanır.
Belə ki, uşaq ailəsinin
yanında olduqda çox kəkələyir.
Mütəxəssis və
ya kənar şəxslərin yanında
olduqda isə bu kəkələmə hədsiz dərəcədə
az olur.
Yəni,
bu artıq düşüncənin kəkələməni
idarə etməsi deməkdir.
Nəfəs
kəkələməsi zamanı
sanki uşaq boğulur, nəfəsini düzgün istifadə edə bilmir və kəkələyir. Sürətli kəkələmədə
uşaq sürətli
nitq formasında kəkələyir, bu vaxt 5 dəqiqəyə
deyəcəyi sözü
2 və ya 1 dəqiqəyə söyləyir.
Kəkələmənin sürəti, yəni
o dərəcədə tez
olur. Xüsusilə qeyd olunmalıdır
ki, sürətli kəkələmə zamanı
uşaqlar lazım olanı deyil, onu əvəz edə biləcək asan sözü deyirlər.
Dodaq kəkələməsi
zamanı isə uşaq m, p, v, b samit səslərini tələffüz
edərkən daha çox kəkələyir.
Kəkələməni aradan qaldırmaq üçün aşağıdakı
bir neçə üsuldan istifadə edilir:
1. Artikulyar aparatın
məşğələləri.
2. Nəfəs aktının
məşğələləri.
3. Susma terapiyası.
4. Səslərin uzadılması
və s.
Kəkələyən uşaqla işləyən
zamanı onda düzgün danışacağına
inam yaratmaq üçün hər dərsdə mütləq tərifləmək
lazımdır. Kəkələmə problemi olan uşaq
və onun valideynləri tərəfindən
loqopedik məşğələlərə
ciddi yanaşılması
isə olduqca vacibdir.
Hazırladı:
Samirə
KƏRİMOVA,
"Azərbaycan müəllimi"
"Nitq İnkişaf Mərkəzi"nin materialları əsasında
Azərbaycan müəllimi.-
2014.- 18 aprel.- S.11.