Xüsusi məktəblərdə loqopedik

sənədləşmənin aparılma qaydası

 

Xüsusi qayğıya ehtiyacı  olan uşaqlar, o cümlədən nitq qüsurlu uşaqlar dövlətimizin,  xüsusilə də Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın  birinci xanımı Mehriban  Əliyevanın daim diqqət mərkəzindədir.

 

Nitq  qüsurlu  uşaqların korreksiyası  ilə  məşğul  olan loqoped təlimin  qısa  müddətdə  öz bəhrəsini  verməsi  üçün məşğələyə  ilk  öncə  loqopedik sənədləşmə  işindən  başlamalıdır. Təlimin  elmi cəhətdən əsaslandırılmış    praktikada öz  təsdiqini  tapmış  bu  metodika əsasında  təşkili  nitq qüsurlu uşaqlarla aparılan işi tənzimləməyə,  onların  bu sahədə inkişaf xüsusiyyətlərini ardıcıl  olaraq  izləməyə    qüsurların  həlli  yollarını araşdırmağa  imkan  verir.

Loqopedik sənədləşmə işlərinə əsasən  hər  bir  nitq  qüsurlu  uşaq  üçün nitq xəritəsinin tərtibi, loqopedik    planının tutulması,    fərdi  dəftərin  açılması  məsələləri  aiddir.

Loqopedik  sənədləşmə işində ən  mühüm  məsələlərdən  biri ilk öncə nitq xəritəsinin  tərtib edilməsidir. Nitq  xəritəsində  uşağın  nitq qüsurları və  onu yaradan səbəblər: artikulyasiya aparatının  bütün üzvləri, o  cümlədən dodaqlar (dodağın ətli,  qalın və  az  mütəhərrik olması), çənələr (üstyaxud alt çənənin irəli çıxması),  dişlər (əyri,  xırda,  seyrək,  çənə  qövsündən  kənarda  və aralarında  boşluğun  olması, altya üst kəsici dişlərin yoxluğu), dil (həddindən  artıq  böyük,  enli,  yaxud  nazik    qısa olması),  damaq (dar,  hündür    ya  əksinə aşağı,  yastı  olması),  dilçək (balaca,  böyük, çox böyük, qısa, pərdəli  olması)  dəqiq   müayinə  olunaraq nitq   xəritəsinə  fərdi  qaydada qeyd  olunmalıdır.

Artikulyasiya aparatının mütəhərrikliyi-quruluş patologiyası  yoxlanılan  zaman  uşağa  nitq  təlimatına  uyğun  tapşırıqların  verilməsi    vacibdir:  dili  buruna,  sağa    sol  qulağa  tərəf  aparmaq,  dili enliləşdirmək,  yastılamaq,  dodaqları  irəli  uzatmaq,  onu  boru  şəklinə  salmaq,  yanlara  dartıb "gülüş" vəziyyəti  almaq,  alt  çənəni  irəli    yaxud geri  aparmaqs.

Bununla yanaşı, loqoped  hər  bir  uşaqda  nitqin inkişafı, xüsusilə  eşitmə  diqqəti,  yaddaşı,  uşaqdakı leksik səhvləri də  yoxlayıb  nitq  xəritəsində  qeyd  etməlidir.

Nitq  xəritəsinin hər  bir  qrafasında  uşağın  ən  azı 3-4 nitq  nümunəsi və  qrafanın axırında  isə loqopedik  nəticələrə  dair  yekun məlumatlar  öz  əksini  tapmalıdır.

Loqopedik sənədləşmə  işində  ikinci  vacib məsələ loqopedik    planının  tutulmasıdır.  İş  planında  məşğələnin  mövzusu,  məqsədi  və nümunəvi  təşkili  qaydası, məşğələyə  ilk  dəfə  cəlb  olunmuş  uşağın  nitq  qüsurları    onunla  hansı  istiqamətdə  təlim  aparılacağına  dair  məlumatlar öz əksini tapmalıdır, sonda isə aparılmış işlərin qısa məzmunu göstərilməlidir (material mənimsənilibmi,  kimdə  hansı  çətinliklər   olmuşdur   s.).

Loqopedik  məşğələ  zamanı  hər  bir  uşağa fərdi  dəftər də açılmalıdır. Dəftərin  birinci  səhifəsində uşağın  adı,  soyadı    nitq  qüsurunun  inkişaf səviyyəsi göstərilməlidir. Sonrakı səhifələrdə isə mütəmadi şəkildə məşğələnin  əsas məzmununa dair qeydlər aparılır: artikulyasiya aparatını aktivləşdirən çalışmalar; səslərin qoyuluşudeyilişi; düzgün səs tələffüzünün möhkəmləndirilməsi; diqqətin və yaddaşın inkişafı; fonematik eşitmənin, səs vərdişlərinin analizisintezi. Bununla yanaşı leksik ehtiyata, nitqin qrammatik cəhətdən düzgün formalaşmasına və əlaqəli nitqin inkişafının genişləndirilməsinə dair də qeydlər aparılmalıdır.

Loqopedik işin valideynlərlə birgə aparılmasının da mühüm rolu vardır. Valideyn loqopedin verdiyi tapşırıqları və çalışmaları evdə uşaqla birlikdə təkrarlamalıdır (artikulyasiya aparatının hərəkətliliyi və tənəffüsün düzgün olması, tənəffüs, dildodaqs. gimnastikalar). Uşaqlarda bu gimnastikalar və çalışmalara maraq oyatmaq üçün onun həm canlı, həm də şəkillər vasitəsi ilə təşkil olunmasına diqqət verilməlidir. Məsələn:

- Şamı söndürmə oyunu;

- Pambıqdan futbol oyunu;

- Köpüklərin üfürülməsi;

- Dodaqların yalanması;

- Dili şaqqıldatmaq və s. oyunları canlı şəkildə aparılan oyunlara misal göstərmək olar.

Valideyn həmçinin uşağa qulluq zamanı onunla hərtərəfli ünsiyyətdə olmalıdır. Bu uşağın inkişafına müsbət təsir göstərir. Yəni hər hansı işi icra edərkən (yemək yedirərkən, gəzdirərkən və s.) uşağı  məlumatlandırmalı, onunla ünsiyyət qurmalıdır.

 

Xumar QAFAROVA,

Bakıdakı 11 nömrəli xüsusi məktəbin loqopedi,

psixoloji-tibbi-pedaqoji komissiyanın üzvü, qabaqcıl  təhsil  işçisi

 

Azərbaycan müəllimi.- 2014.- 18 aprel.- S.11.