Ümumi təhsil müəssisələrinə və
peşə liseylərinə
müəllimlərin işə qəbulunun tənzimlənməsi
barədə
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
Ümumi təhsil müəssisələrinə
və peşə liseylərinə müəllimlərin yerdəyişməsini
və işə qəbulunu mərkəzləşdirilmiş qaydada, müsabiqə yolu
ilə təşkil etmək məqsədilə "Azərbaycan
Respublikası Təhsil Nazirliyi
haqqında" Əsasnamənin 8.30-cu, 8.39-cu və 13.5-ci bəndlərini
rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. "Azərbaycan Respublikası Təhsil Nazirliyi
sisteminə daxil olan ümumi təhsil müəssisələrində
və peşə liseylərində müəllimlərə tələbatın
müəyyənləşdirilməsi, pedaqoji
kadrların yerdəyişməsi və işə qəbulu
Qaydaları" (Əlavə 1)" və "Müsabiqə
yolu ilə müəllimlərin yerdəyişməsi
və işə qəbulu
qaydalarının tətbiqini tənzimləyən sənədlər
toplusu (Əlavə 2)" təsdiq edilsin (əlavə olunur).
2. 2014-2015-ci tədris
ilində ümumi təhsil müəssisələrinə
və peşə liseylərinə müəllimlərin
işə qəbulunun keçirilməsi üçün
müsabiqə və apelyasiya
komissiyalarının tərkibi təsdiq edilsin
(əlavə olunur).
3. İnsan
resursları şöbəsi (F.Qədirov), İlk
peşə və orta ixtisas
təhsili şöbəsinin İlk
peşə-ixtisas təhsili sektoru (N.Məmmədov):
3.1. Ümumi təhsil müəssisələrindən
və peşə liseylərindən daxil olan vakant yerləri təhlil
etsinlər və müəllimlərin yerdəyişməsi və
işə qəbulu üzrə müsabiqələr üçün iyun
ayının 1-dək müvafiq qaydada elan verilməsini təmin
etsinlər.
3.2. 01-10 iyun 2014-cü il tarixlərində iş yerinin dəyişdirilməsi üzrə, 01-15 iyul 2014-cü il tarixlərində isə müəllimlərin işə qəbul üzrə elektron ərizələrin qəbulunu təşkil etsinlər.
4. Təhsil
sisteminin
informasiyalaşdırılması idarəsi (S.Məmmədov)
müəllimlərin yerdəyişməsi və işə qəbulu
üzrə müsabiqələrin keçirilməsi ilə
bağlı elektron proqram
təminatı üzrə texniki
hazırlıq işlərinin və
zəruri təşkilati məsələlərin yerinə
yetirilməsini təmin etsin.
5. İnsan resursları şöbəsi (F.Qədirov), Daxili nəzarət şöbəsi (K.Quliyev) müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqələrin müsahibə mərhələsində namizədlərin təhsil sənədlərinin yoxlanılmasını təmin etsinlər.
6. İnsan resursları şöbəsi (F.Qədirov):
6.1. İşə qəbul
üzrə müsabiqənin
keçirilməsi üçün
müvafiq ixtisaslar üzrə test tapşırıqlarının
hazırlanmasını və
onların məxfiliyini
təmin etsin.
6.2. Müəllimlərin yerdəyişməsi və
işə qəbulu ilə bağlı müsabiqələrin nəticələrinin
Nazirliyin rəsmi İnternet saytında yerləşdirilməsini, təsdiq
olunmuş siyahıların
müşayiətedici məktubla
yerli təhsili idarəetmə orqanlarına
və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə göndərilməsini
təmin etsin.
7. Yerli təhsili idarəetmə orqanlarının,
ümumi təhsil müəssisələrinin və
peşə liseylərinin
rəhbərləri:
7.1. 2014-cü il
may ayının 15-dək yeni
tədris ili üçün vakant yerlər barədə məlumatı müəyyənləşdirilmiş
forma üzrə kağız
və elektron variantda Təhsil Nazirliyinə təqdim etsinlər.
7.2. Müsabiqə nəticəsində
yerini dəyişən
və işə qəbul olunan müəllimlərlə əmək
müqavilələrinin bağlanılmasını
təmin etsinlər.
7.3. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
"Pedaqoji profilli ixtisaslar üzrə ali və orta
ixtisas təhsili müəssisələrini bitirmiş
və ümumi təhsil müəssisələrində
işə başlamış
gənc mütəxəssislər
üçün əlavə
güzəştlər və
stimullaşdırıcı tədbirlərin müəyyən
edilməsi haqqında"
14 aprel 2010-cu il tarixli 67 nömrəli Qərarına uyğun həvəsləndirmə tədbirləri
tətbiq olunan yerlərə işə qəbul olunacaq müəllimlər üçün
ilkin yaşayış
şəraitinin yaradılmasını,
nəzərdə tutulmuş
stimullaşdırıcı tədbirlərin vaxtında
verilməsini təmin
etsinlər.
7.4. Nazirliyin keçirdiyi
müsabiqələrin nəticəsi
olaraq yerini dəyişən və yeni işə qəbul olunan, həmçinin dərs ili başlandıqdan sonra mövcud vakant yerlər haqqında sentyabrın 20-dək
Təhsil Nazirliyinə
yazılı məlumat
təqdim etsinlər.
8. İnformasiya şöbəsi (E.Əliyev) Nazirliyin İnternet saytında
"Müəllimlərin işə
qəbulu üzrə müsabiqə" səhifəsində
bu əmrin, işə qəbul üzrə müsabiqədə
iştirak edən namizədlər üçün
nəzərdə tutulmuş
digər məlumatların
və müsabiqələrin
nəticələrinin yerləşdirilməsini,
vakant yerlər haqqında məlumatın
"Azərbaycan müəllimi"
qəzetində dərc
olunmasını təmin
etsin.
9. Azərbaycan Respublikası təhsil nazirinin
"2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili
müəssisələrinə müəllimlərin işə
qəbulunun tənzimlənməsi
barədə" 28 iyun
2013-cü il tarixli 712 nömrəli əmri qüvvədən
düşmüş hesab
edilsin.
10. Əmrin icrasına nəzarət Aparat rəhbərinə (M. Eynullayev)
həvalə edilsin.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil
naziri
21 aprel 2014-cü il
Azərbaycan
müəllimi.- 2014.- 25 aprel.- S.2.