"Nə? Harada? Nə zaman?" intellektual
oyunu üzrə 2014-cü ildə regional məktəb
çempionatının keçirilməsi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan
Respublikası Prezidentinin 7 iyul
2011-ci il tarixli 1621
nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan gəncliyi
2011-2015-ci illərdə" Dövlət Proqramı"ndan
irəli gələn vəzifələrin icrası ilə
bağlı Azərbaycan Respublikası təhsil nazirinin 08.08.2011-ci il tarixli 1454 nömrəli əmri ilə təsdiq olunmuş Tədbirlər Planının yerinə
yetirilməsi, məktəblilərin intellektual
və yaradıcı inkişafına təkan verilməsi,
şagirdlərin intellektual fəaliyyətə
daha geniş miqyasda cəlb edilməsinin və asudə
vaxtlarının səmərəli təşkilinin təmin
olunması məqsədilə "Azərbaycan
Respublikası Təhsil Nazirliyi haqqında
Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Azərbaycan İntellektual Klublar
Assosiasiyası ilə birlikdə respublikanın ümumi təhsil müəssisələri
şagirdləri arasında "Nə? Harada? Nə zaman?" oyunu üzrə
2014-cü ilin regional məktəb
çempionatı keçirilsin.
2. "Nə? Harada? Nə zaman?" oyunu üzrə
2014-cü ilin regional məktəb
çempionatının ictimai
əsaslarla fəaliyyət
göstərən Təşkilat
Komitəsi yaradılsın
və onun tərkibi təsdiq edilsin (əlavə 1).
3. Təşklilat Komitəsi "Nə? Harada? Nə zaman?" oyunu üzrə
2014-cü ildə regional məktəb
çempionatının keçirilmə
qaydalarını müəyyən
etsin.
4. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Gəncə Şəhər Təhsil İdarəsinin, rayon (şəhər) təhsil şöbələrinin müdirləri çempionatın keçirilmə qaydalarına ciddi əməl etməklə "Nə? Harada? Nə zaman?" oyunu üzrə 2014-cü ilin regional məktəb çempionatının keçirilməsini təmin etsinlər.
5. Tərbiyə və
məktəbdənkənar müəssisələrlə iş şöbəsi (H.Əliyev)
çempionatın keçirilməsi üçün
lazımi təşkilati işləri həyata keçirsin.
6. İqtisadiyyat şöbəsi (R. Orucov) çempionatın
keçirilməsi ilə bağlı tələb olunan xərclərin ödənilməsini təmin
etsin.
7. İnformasiya şöbəsi (E.Əliyev) əmrin
"Azərbaycan müəllimi" qəzetində dərc
olunmasını və nazirliyin İnternet səhifəsində yerləşdirilməsini,
əmr və əlavələrin çoxaldılaraq yerlərə
göndərilməsini təmin etsin.
8. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil
naziri
21 aprel 2014-cü il
Azərbaycan
müəllimi.- 2014.- 25 aprel.- S.2.