Ümummilli lider
Heydər Əliyevin Azərbaycan
müəllimlərinin XI qurultayındakı nitqindən
10 may ümummilli lider Heydər Əliyevin doğum günüdür
...Mən hesab edirəm
ki, Azərbaycan dövlət müstəqilliyini
əldə edəndən
sonra respublikamızda təhsilin, maarifin inkişafı üçün
daha da gözəl
imkanlar yaranıbdır.
Doğrudur, bizim maliyyə,
maddi vəziyyətimiz
bu imkanlardan istənilən səviyyədə
istifadə etməyə
imkan vermir. Amma, eyni zamanda bu,
müvəqqəti bir
haldır. Biz müstəqil dövlət
olaraq özümüzün
təhsil sistemimizi istədiyimiz kimi qururuq. Bütün dünya ölkələrinin
mütərəqqi təcrübələrindən
istifadə edirik.
Hesab edirəm ki, indiyə qədər yaranmış
təməlin, əsasın
üzərində Azərbaycanın
təhsili, məktəbi
bundan sonra daha da təkmilləşəcək,
inkişaf edəcək
və Azərbaycan uşaqları, gəncləri
bu inkişaf dövrümüzdə ilbəil
daha da geniş,
yüksək təhsil
alacaqlar.
Bizim
bugünkü qurultayımızın
məqsədi, mənası
məhz bundan ibarətdir. Bu gün mən sizinlə birlikdə müstəqil Azərbaycan
Respublikasının ilk müəllimlər
qurultayında olmağımı
özüm üçün
böyük xoşbəxtlik
hesab edirəm. Buradakı çıxışlarda bildirildi,
hər kəs öz tərcümeyi-halı,
öz həyat yolu ilə məktəbin,
müəllimin insanın
həyatında nə
kimi rolu olduğunu bilir və onu qiymətləndirməlidir.
Mən isə bütün varlığımla
keçdiyim həyat yolu ilə həmişə
məktəbə, müəllimə
borcluyam...
...Bu gün biz müstəqil
Azərbaycanda bütün
təhsilin - orta, texniki peşə, orta ixtisas məktəblərinin
və ali
məktəblərin işinin
yaxşılaşdırılması sahəsində ciddi tədbirlər görməliyik.
Mən hesab edirəm ki, bunlar da
həm qəbul olunacaq təhsil qanununda, həm də təhsil islahatı ilə əlaqədar qəbul ediləcək qanunda və qərarlarda öz əksini tapacaqdır. Əmin
ola bilərsiniz
ki, mən indiyə qədər topladığım təcrübəmdən
istifadə edərək
və Azərbaycanın
Prezidenti kimi müstəqil ölkəmizin
gələcəyi haqqında
daim düşünərək
bu məsələlərlə
müntəzəm məşğul
olacağam. Respublikamızda məktəb, təhsil
bundan sonra da mənim daim
qayğılarım altında,
diqqət mərkəzimdə
olacaqdır.
Mənim
haqqımda siz də çox sözlər demişsiniz,
mən də öz fikirlərimi indiyə qədər bildirmişəm. Amma bu gün müstəqil Azərbaycanın müəllimlərinin
ilk qurultayıdır. Biz
XX əsri sona çatdırırıq, XXI əsrə
doğru gedirik. Mən bəyan edirəm ki, bizim müstəqil
respublikamızda, Azərbaycan
cəmiyyətində müəllim
bu gün də, gələcəkdə
də ən hörmətli insan kimi qəbul edilməlidir və müəllimlik peşəsi
ən yüksək qiymətə layiq olan peşədir.
Həyatını
müəllimliyə həsr
edən insanlar, həqiqətən, fədakar,
xalqına, millətinə
sədaqətli və
eyni zamanda qəhrəmanlıq göstərən
insanlardır. Müəllimlik peşəsi asan peşə deyil. Bəziləri hesab edirlər ki, hər adam
müəllim ola bilər. Bəzən olur ki, müəllimliyə
layiq olmayan adam da müəllimlik edir. Belə hallar bu gün də
var, gələcəkdə
də ola
bilər. Ancaq Azərbaycan müəllimlərinin
tam əksəriyyəti layiqli
müəllimdir. Əgər
bunlar belə olmasaydı, Azərbaycanın
bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti,
yüksəlişi ola bilərdimi? Biz bunların hamısını
məktəblərdən, universitetlərdən,
müəllimlərdən, sizdən almışıq.
Mən
müəllimlərimi həmişə
böyük hörmət
və ehtiramla xatırlamışam. Bunu bu gün bir daha
bildirmək istəyirəm.
Arzu edərdim ki, müəllim elə müəllim olsun ki, bax, mənim
hafizəmdə orta məktəbdən indiyədək
yaşayan duyğular hər bir gəncin
hafizəsində qalsın.
Xatirimdədir, biz müəllimi görəndə həmişə
özümüzü yığışdırırdıq.
Müəllimdən həm qorxurduq,
həm də ona hörmət edirdik. Biz müəllimin
hər sözünü
qanun kimi qəbul edirdik. Şəxsən mənim həyatımda müəllim
ən ali
sima olmuşdur. Mən tək deyiləm, hesab edirəm Azərbaycan vətəndaşlarının
əksəriyyəti mənim
kimi belə düşünür. Hər kəs
öz həyatında
müəllimlə özünün
əlaqəsi haqqında
fikirlər söyləyə
bilər. Ancaq mənim
çoxillik həyatımda,
dünyanın çox
mərhələlərini keçib
gəldiyim həyatımda
ən çox yadımda qalan mənim üçün əziz olan müəllimlərdir. Mən onları
bu gün də böyük minnətdarlıqla xatırlayıram.
Hesab edirəm ki, mənim öz daxili istedadımla yanaşı, müəllimlərimin
mənə verdikləri
bilik, tərbiyə, müəllimlərimin mənə
göstərdiyi yol bütün həyatımı
həmişə uğurlu
edibdir və bu gün də
uğurlu edir.
Əziz
dostlar, siz fəxr etməlisiniz ki, müəllimsiniz və müəllimlik peşəsinə sadiqsiniz. Doğrudur, müəllimin
maddi vəziyyəti başqa təbəqələrə
nisbətən zəif
olur, elə keçmişdə də
belə idi...
...Mən hesab edirəm ki, insan cəmiyyətində
ən yüksək yerdə mənəviyyat durur. Maddi vəziyyət, sərvət,
bu və ya başqa şeylər
xeyli aşağıda
durur. Bununla onu demək
istəmirəm ki, müəllimlər həmişə
maddi çətinlik içərisində yaşamalıdırlar.
Yox, sadəcə, bu sözlərimlə mən
özünü müəllimlik
peşəsinə həsr
edən insanın həmin peşəyə sadiqliyini sübut etmək istəyirəm.
Ola bilər, o müəllimlər gedib başqa bir işlə məşğul
olsaydılar, bir neçə qat artıq fayda götürə bilərdilər
və maddi vəziyyətləri də
yaxşı olardı.
Ancaq onlar müəllimlik peşəsini seçiblər,
siz müəllimlik peşəsini seçmisiniz.
Buna görə də mən sizə "afərin!"
deyirəm, sizin qarşınızda, müəllimin
qarşısında baş
əyirəm.
Eyni zamanda sizi əmin edirəm ki, müəllimin maddi vəziyyətini yaxşılaşdırmaq
üçün mümkün
olan tədbirləri görəcəyik, müəllimlərin
maddi vəziyyətinin
yaxşılaşdırılmasına
nail olacağıq...
Burada
bir çox təkliflər irəli sürüldü. Mən hesab
edirəm ki, bu təkliflərin hamısı çox dəyərlidir və nəzərə alınmalıdır.
Amma təkliflərdən bir-ikisinə
öz münasibətimi
bildirmək istəyirəm.
Birincisi,
məktəblərin, ümumiyyətlə,
təhsil ocaqlarının
maddi-texniki vəziyyəti
haqqında. Doğrudur,
indi biz əvvəllərdəki
kimi məktəb binaları, ali
təhsil ocaqlarına
lazımi binalar tikə bilmirik. Çünki bu imkanlar yoxdur. Mən sizə dedim, 1979, 1980,
1981-ci illərdə biz orta
hesabla ildə 50-60 məktəb tikib istifadəyə verirdik. Yaxud da Bakı Dövlət
Universitetinin, başqa
universitetlərin tədris
kompleksləri nə qədər genişlənib,
inkişaf edibdir.
Bütün bu çətinliklərə
baxmayaraq, Tibb Universitetinin də yeni tədris korpusu hazırlanıb, istifadəyə verilmək
ərəfəsindədir. Mən yəqin ki, bu günlərdə
gedib onunla tanış olacağam. Ancaq bunlar bizim keçmişdə olan imkanlarımız deyildir, ona görə də edə bilmirik.
Açıq
demək lazımdır,
əgər mən bu respublikaya rəhbərlik etdiyim zaman ildə 50-60 məktəb tikmək mümkün idisə, bu gün yenə
də respublikaya rəhbərlik edirəm, niyə bunu tikə bilmirik? Ona görə yox ki, biz bunu bacarmırıq,
istəmirik. Ona görə
ki, bunun üçün bizim maddi və maliyyə
imkanlarımız çatmır.
Ancaq bildirirəm ki, maliyyə, maddi imkanlarımız ilbəil
artacaq və bunun nəticəsində də biz Azərbaycanda yenidən təhsil ocaqlarının tikilməsi,
istifadəyə verilməsi
prosesini aparacağıq.
Eyni zamanda burada tamamilə düzgün fikir söyləndi ki, bizim iş adamları,
ayrı-ayrı şirkətlər
ya məktəb binası tikə, yaxud da mövcud
məktəblərin təmirini
öz üzərinə
götürə bilərlər.
Burada doğru deyildi, bəzi iş
adamları məscid tikirlər, - o da lazımdır, mən bunu
çox əhəmiyyətli hesab edirəm, - ancaq bir məscid tikəndə, bir
dənə də məktəb binası tikmək
lazımdır. Ona görə də mən
burada deyilən fikirlərə şərik
çıxaraq üzümü tuturam Azərbaycanda fəaliyyət göstərən
iş adamlarına, şirkətlərə
və müraciət edirəm ki, onlar bu sahədə təşəbbüs
göstərsinlər. Bəyan edirəm ki, kim bu
sahədə təşəbbüs göstərsə,
hansısa bir məktəbi yaxşı təmir
edib müasir vəziyyətə
salmağı öz üzərinə
götürsə, şübhəsiz ki, o, dövlət
tərəfindən müəyyən qayğı altında olacaqdır. Ümidvaram ki, mənim
bu çağırışıma qoşulanlar olacaqdır. Hesab
edirəm ki, bizim Təhsil
Nazirliyi mənim bu
çağırışımla əlaqədar lazımi
işlər görməlidir. Beləliklə, biz
şirkətləri, iş
adamlarını təhsilə vəsait sərf etməyə və
təhsilin inkişafına qoşulmağa
cəlb edə bilərik...
Azərbaycan müəllimi.- 2014.- 25 aprel.- S.4.