Məktəblilər ulu öndər Heydər
Əliyevin siyasi
irsini maraqla öyrənirlər
10 may ümummilli lider Heydər Əliyevin doğum günüdür
KÜRDƏMİR. Məlum olduğu kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 31 yanvar
2014-cü il tarixli tövsiyə məktubuna əsasən XI sinif şagirdlərinə dərsdənkənar
vaxtlarda müstəqil
Azərbaycan tarixinə
dair "Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi
inkişafının təminatçısıdır"
və "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır"
mövzularında dərslər
keçilir.
Gənclərin dünyagörüşünün
formalaşmasında və
mənəvi tərbiyəsində
mühüm rol oynayan bu tədbirin
yüksək səviyyədə
həyata keçirilməsi
məqsədilə Kürdəmir
rayonunda zəruri işlər görülüb.
Qeyd
edək ki, fevralın 4-dən başlayan
dərslər mayın
19-dək davam edəcəkdir.
Rayonda fəaliyyət
göstərən Heydər
Əliyev Mərkəzində
keçilən dərslərdə
43 tam orta məktəbin
XI sinfində təhsil
alan 945 nəfər
şagirdin iştirak edəcəyi nəzərdə
tutulub. Dərslər xüsusi hazırlanmış
qrafik əsasında 2
akademik saat ərzində keçilir.
Bu işə rayonda qabaqcıl pedaqoji təcrübəsi ilə tanınan
10 nəfər tarix müəllimi cəlb olunmuş, onlara hər mövzu üzrə tezislər və bütövlükdə
prosesin səmərəli
tənzimlənməsinə dair yazılı tövsiyələr verilmişdir.
Hazırda davam edən
dərslərdə indiəyədək
795 nəfər şagird
iştirak edib.
Dərslərdə ulu öndərin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı,
1994-cü ildə "Əsrin
müqaviləsi"nin imzalanmasının
ölkədə iqtisadi
dirçəlişə səbəb
olması, Azərbaycanda demokratik dövlət quruculuğunun
həyata keçirilməsi,
ordu quruculuğu, xarici siyasətdə uğurlar, təhsil, mədəniyyət və
idmanın inkişafı,
xarici ölkələrdə
Azərbaycan diasporalarının
yaradılması, Azərbaycanın
dövlət müstəqilliyinin
bərpa edilməsinin
XX əsrdə tariximizin
ən böyük nailiyyəti olması
və s. kimi məsələlərdən bəhs
olunur. Bundan əlavə, dərslərdə
ümummilli liderin Azərbaycanda bazar iqtisadiyyatına keçidi
şərtləndirən fəaliyyəti,
milli neft strategiyasının yaradıcısı
olması, iqtisadiyyatın
liberallaşdırılması və özəlləşdirilməsi,
aqrar sahədə islahatların həyata keçirilməsi, sosial siyasət, təhsil siyasəti ilə əlaqədar mövzuların
da tədrisi nəzərdə tutulub.
Artıq
3-cü aydır ki, davam edən bu tədbir valideynlər və ümumiyyətlə, rayon ictimaiyyəti
arasında müsbət
rezonans doğurub.
Müəllimlərdən İnqilab Rəsulov, Əhsən Xankişiyev, Elnarə Eminbəyli, Nizami İsmayılov və Gülbəniz İbrahimovanın keçdiyi
dərslər məlumatlılıq
səviyyəsinə, şagirdlərlə
canlı ünsiyyətə
görə xüsusilə
fərqlənir.
Müvafiq
istiqamətdə təlimin
keyfiyyətinin yüksəldilməsi
və məktəblilərin
potensial imkanlarının
üzə çıxarılması
baxımından mühüm
əhəmiyyət kəsb
edən dərslər,
eyni zamanda şagirdlərin milli mənəvi dəyərlərə
malik, sağlam əqidəli, vətənpərvər,
müasir dünyagörüşlü
şəxsiyyətlər kimi
formalaşmasına və
yetkin vətəndaş
kimi müstəqil həyata hazırlanmasına
xidmət edir.
Mərkəzdə
dərslərin gedişi
zamanı informasiya-kommunikasiya
texnologiyalarının imkanlarından
geniş istifadə olunur. Qurulmuş monitorların birində bu gün möhtərəm
Prezidentimiz İlham Əliyevin rəhbərliyi
altında müstəqil
Azərbaycan Respublikasının,
digərində isə
Kürdəmir rayonunun
sosial-iqtisadi inkişafını,
aparılan abadlıq və quruculuq işlərini əks etdirən materiallar şagirdlərin diqqətinə
çatdırılır. Canlı diskussiya
şəraitində keçən
dərslərdə şagirdlərin
çoxsaylı sualları
cavablandırılır. Dərslər Mərkəzin
sifarişi ilə hazırlanmış "Tarixi yaradan şəxsiyyət - Heydər
Əliyev" filminin nümayişi ilə başa çatır.
Bu dərslərdə
ulu öndərin Kürdəmirə səfərləri,
rayon sakinləri ilə
keçirdiyi görüşlər
haqqında da ətraflı məlumat verilir, bu səfərləri
əks etdirən filmlər göstərilir. Şagirdlər burada, həmçinin ulu öndərin həyat və fəaliyyətinə
aid fotostendlər, kitab
sərgisi və digər eksponatlarla da tanış
olurlar.
Dərslərdə
ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi
ilə yanaşı, onbirincilərin diqqətinə
çatdırılır ki,
bu gün Azərbaycan Respublikası
etibarlı əllərdədir,
davamlı və dinamik inkişaf tempinə malikdir. Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında
ölkəmiz özünün
milli dövlət quruculuğu və idarəçiliyinin növbəti
şərəfli mərhələsini
yaşayır.
LERİK.
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin, onun zəngin irsinin ictimaiyyətin geniş təbəqələrinə, xüsusilə
yeniyetmə və gənclərə dərindən
mənimsədilməsi istiqamətində
Lerik rayonunda müəyyən işlər
görülür.
Bu məqsədlə Lerik şəhərindəki
Heydər Əliyev Mərkəzində "Heydər
Əliyev məktəbi",
"Gənc heydərçilər"
klubları, "İstedadlar"
yaradıcılıq dərnəyi,
"Mənəvi dəyərlərimiz"
kursu, "Sabaha inamla" kitabxanası,
"Dostluq" studiyası
fəaliyyət göstərir.
Heydər Əliyev
Mərkəzində "Ümummilli
lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyində
rolu", "Heydər
Əliyev və Azərbaycan gəncliyi",
"Heydər Əliyev
və Azərbaycan mədəniyyəti", "Heydər
Əliyev və ordu quruculuğu",
"Gənc nəslin
formalaşmasında Heydər
Əliyevin rolu" və digər mövzularda idarə, təşkilat və müəssisələrin kollektivlərinin,
ağsaqqalların, ziyalıların,
məktəblilərin, ictimaiyyət
nümayəndələrinin iştirakı ilə müxtəlif tədbirlər
keçirilir, iştirakçılar
ulu öndərin həyat və fəaliyyətini əks etdirən müxtəlif eksponatlarla tanış olur, sənədli filmlərə tamaşa edirlər.
Bu istiqamətdə görülən işlərdən
biri də rayonun tam orta məktəblərinin XI sinif
şagirdləri üçün
dərsdənkənar vaxtlarda
müstəqil Azərbaycan
tarixi üzrə dərslərin təşkil
edilməsidir.
Dərslərdə 36 tam orta
məktəbin 479 nəfər
XI sinif şagirdinin iştirakı nəzərdə
tutulub. Həmin dərslərin keçilməsində
məqsəd ən yeni tarixin, bu
tarixdə Azərbaycan
dövlətçiliyinin inkişaf
yolları, ulu öndər Heydər Əliyev tərəfindən
əsası qoyulmuş
sosial-iqtisadi və mədəni inkişafın
istiqamətləri, ümummilli liderin siyasi kursunun Azərbaycan xalqına qazandırdığı
uğurların şagirdlər
tərəfindən daha
ətraflı və dolğun öyrənilməsini
təmin etməkdən,
onların həyatda fəal mövqe nümayiş etdirmələrinə
yardımçı olmaqdan,
həmçinin şagirdlərdə
vətənpərvərlik, Vətənə sevgi hisslərinin aşılanmasından
ibarətdir.
"Ulu öndər
Heydər Əliyev müstəqil Azərbaycanın
memarı və qurucusudur" və "Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi
inkişafının təminatçısıdır"
mövzularında dərslərin
yüksək səviyyədə,
sistemli və planlı şəkildə
keçilməsini təmin
etmək məqsədilə
peşəkarlığı, metodik hazırlığı
ilə fərqlənən
tarix müəllimləri
cəlb edilərək
onlar üçün
xüsusi seminarlar təşkil olunub.
"Açıq dərs"lərin iştirakçıları əvvəlcə
rayonun mərkəzi meydanında ümummilli liderin abidəsini ziyarət edir, sonra Heydər Əliyev Mərkəzində
ulu öndərin həyat və fəaliyyətini əks etdirən zəngin eksponatlarla tanış olurlar. Dərslər canlı ünsiyyət
və şagirdlərin
yüksək fəallığı
şəraitində keçilir.
Dövlət müstəqilliyinin bərpası və bu barədə Konstitusiya aktının qəbul edilməsi, "Əsrin müqaviləsi"nin imzalanması ilə ölkədə iqtisadi dirçəlişin əsasının qoyulması,
1995-ci ilin mart və oktyabr aylarında dövlət çevrilişi
cəhdlərinin qarşısının alınması,
hüquqi və demokratik dövlət quruculuğu, ordu quruculuğu, xarici siyasətdə uğurların qazanılmasında,
təhsil, mədəniyyət və idmanın inkişafında
ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri şagirdlərə konkret faktlarla izah olunur.
İndiyədək "açıq dərs"lərdə
rayonun 26 tam orta məktəbinin 367 nəfər
Xl sinif şagirdi
iştirak edib.
TOVUZ. Fevral
ayının əvvəlindən
Təhsil Nazirliyinin tövsiyə məktubuna əsasən Tovuz rayonunda da ümumtəhsil
məktəblərinin XI sinif
şagirdlərinə müstəqil
Azərbaycan tarixinə
dair dərslərin
tədrisinə başlanılıb.
Dərslər rayondakı
Heydər Əliyev Mərkəzində xüsusi
tərtib olunmuş qrafikə uyğun hər
biri 2 akademik saat olmaqla peşəkar tarix müəllimləri tərəfindən
keçilir.
Bununla
bağlı bütün
zəruri təşkilati
məsələlər həll
edilib, dərslərin
gedişinə Tovuz
RİH və rayon təhsil
şöbəsi tərəfindən
ciddi nəzarət olunur.
Verilən məlumata
görə, rayonda fəaliyyət göstərən
86 təhsil müəssisəsindən 66-sı tam orta
məktəbdir və
bu məktəblərin
XI siniflərində təhsil
alan 1581 nəfər şagirdin hamısı məşğələlərə
cəlb olunub.
Fevral ayı
ərzində
30 məktəbdə təhsil
alan 930 nəfər, mart ayı ərzində isə 36 məktəbdə oxuyan
630 nəfər XI sinif
şagirdi bu dərslərdə iştirak
edib.
Məşğələlərdə
şagirdlər yüksək fəallıq nümayiş
etdirirlər. Keçilən dərslərin gedişi
göstərir ki, onbirincilər Heydər
Əliyev irsinin, müstəqil Azərbaycan
tarixinin öyrənilməsinə xüsusi maraq göstərirlər. Dərslərin daha yüksək
səviyyədə təşkil edilməsində tarix müəllimlərindən Ulduzə
Alıyeva, Tural Qasımov, Svetlana
Hüseynova və Nəriman Qurbanovun rolu böyükdür.
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.- 2014.- 25 may.- S.4.