Dünya ölkələrində
ali təhsil
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda ölkəmizdə son illər ali təhsilin inkişafı, xüsusən də ali təhsildə Boloniya Bəyannaməsindən irəli gələn başlıca prinsiplərin tətbiqi, təhsilin bu pilləsinin müasir tələblər səviyyəsində modernləşdirilməsi istiqamətlərində görülmüş işlər xüsusi qeyd olunmuşdur. Sənəddə eyni zamanda yaxın perspektiv üçün əsas strateji hədəflər və tədbirlər də müəyyənləşdirilmişdir. Ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin edən ali təhsil standartlarının tətbiqi, ali təhsil müəssisələrinə təhsilin məzmununun tətbiqi, maliyyə müstəqilliyinin verilməsi və s. kimi hədəflər nəzərdə tutulmuşdur. Yaxın gələcəkdə hər 100000 nəfərə düşən ali məktəb tələbələrinin sayına görə Azərbaycan Respublikası üzrə göstəricilər əhəmiyyətli dərəcədə artırılmalıdır. Əhali təbəqələri və regionlar arasında, xüsusən ali təhsilə çıxış imkanları genişləndirilməlidir.
Bəs bu sahədə dünya ölkələrində vəziyyət necədir? Bir sıra inkişaf etmiş ölkələrdə ali təhsilin vəziyyəti ilə bağlı həmin ölkələrin səfirliklərindən, təhsil nazirlikləri və təhsilə aid qurumlarının rəsmi İnternet saytlarından əldə olunmuş materiallar əsasında aparılmış araşdırmaların nəticələrini təqdim edirik.
Amerika
Birləşmiş Ştatlarında ali təhsil
Təhsil
sistemi dünyanın ən qabaqcıl tələblərinə
cavab verən Amerika Birləşmiş Ştatlarında
universitetlər sadəcə ali təhsil müəssisələri
deyil, həm də elmin bütün sahələri üzrə
qabaqcıl elmi-tədqiqatların aparıldığı və
böyük kəşflərin edildiyi elmi-tədqiqat mərkəzləridir.
Ali təhsil
ABŞ-da ali təhsil
müəssisəsi anlayışının dəqiq təyinatı
mövcud deyil. Orta məktəbdən sonra təhsil verən
istənilən təhsil müəssisəsi kollec, məktəb,
institut və hətta universitet adlandırıla bilər. Hər
hansı təhsil müəssisəsinin statusunu müəyyənləşdirən
yeganə meyar orada tədris olunan ixtisasların keyfiyyəti və
həyata keçirilən elmi tədqiqatlar ola bilər.
Ali məktəblərə
qəbul olunmaq üçün abituriyentlərə
qarşı vahid tələblər yoxdur. İkiillik kolleclərə
daxil olmaq üçün heç bir qəbul şərtləri
və yaş məhdudiyyəti qoyulmur. Abituriyentlərdən
sadəcə olaraq orta təhsil haqqında sənəd tələb
edilir.
Ali təhsil
müəssisəsinin növündən və nüfuzundan
asılı olaraq, qəbul olmaq istəyənlərdən
müsabiqə imtahanları, müsahibələr və test
imtahanları götürülə bilər. Əsasən
namizədlərdən aşağıdakı sənədlər
tələb edilir:
- orta məktəb nailiyyətləri
haqqında sənəd (GPA - Grade Point Average, orta bal);
- SAT (Scholastic Aptitude Test) - təhsil nailiyyətləri
testinin nəticələri;
- müəllimlərin zəmanəti;
- yazılı inşa;
- liderlik potensialının olması
haqqında və tədrisdənkənar tədbirlərdə
(məsələn, məktəb qəzetində, idman
komandalarında, yaradıcılıq müsabiqələrində,
ictimai işlərdə) iştirakı təsdiqləyən sənədlər.
Amerika ali təhsilində
çoxpilləli sistem qəbul edilib. Bu sistemə əsasən
ölkədəki ali təhsil müəyyən
dövrlərə bölünür.
Bakalavr (Undergraduate) dövrü 4 il
davam edir və humanitar (Bachelor of Arts, BA) və ya təbiət
elmləri (Bachelor of Science, BS) bakalavr dərəcəsinin
alınması ilə başa çatır. Bakalavr
kursunun proqramına təxminən 30 tədris fənni daxildir.
Onlardan hər biri müəyyən kredit balı
ilə qiymətləndirilir. Ümumilikdə,
bakalavr dərəcəsini almaq üçün 120 kredit
toplamaq lazımdır. Əgər tələbə
müəyyən sayda mühazirədə iştirak edibsə
(akademik saatlarla ölçülən), laborator işləri
yerinə yetiribsə, müstəqil iş (referat, esse, hesabat
və s.) yazıbsa, o zaman müvafiq krediti qazanmış hesab
olunur.
Amerika təhsil sistemi özünəməxsus
çevikliyi ilə fərqlənir. Məsələn,
bakalavr proqramı üzrə təhsilin ilk iki ili
bir sıra əsas fənlərin icbari qaydada öyrənilməsi
nəzərdə tutulur. Növbəti iki ildə
isə tələbələr kifayət qədər geniş
siyahıdan istədikləri kursu seçə bilirlər.
Magistr (Graduate) dövrü magistr dərəcəsinin
(MasterTs Degree) verilməsi ilə nəticələnir. Magistraturada təhsil iki ildir. Sonda
məzunlar magistr dissertasiyası yazır və müdafiə
edirlər.
Ali təhsil
müəssisələri
ABŞ-ın ali təhsil müəssisələrinin
sayı 4480-dən çoxdur. Buraya ikiillik və
dördillik kolleclər, eləcə də universitetlər
daxildir.
Universitetlər proqram seçimində və
onların məzmununun müəyyən edilməsində sərbəstdirlər. Bundan əlavə, ölkənin ən yaxşı
universitetləri böyük maliyyə sərbəstliyinə
malikdirlər. Onların maliyyə mənbələri yalnız
tələbələrdən alınan təhsil haqları
hesabına deyil, həmçinin elmi-tədqiqat işlərindən,
sponsor yardımından əldə edilən gəlirlər
hesabına formalaşır.
Ölkənin ən qədim ali təhsil
müəssisəsi 1636-cı ildə yaradılmış
Harvard Universitetidir. 1693-cü ildən 1749-cu ilədək
ABŞ-da daha dörd ali təhsil
ocağı - Vilyam və Meri Kolleci (1693, Virciniya
ştatı), Yel (1701), Prinston (1746) və Pensilvaniya (1749)
universitetləri fəaliyyətə başlayıb.
Digər universitetlər ərazilərə
görə (Orta Qərb, Şimal, Cənub və Qərb
bölgələri) bölünürlər. Bu sıraya öz ştatlarının büdcəsindən
maliyyələşən dövlət universitetləri,
ayrı-ayrı şəxslərin və ya fondların maliyyə
vəsaiti hesabına fəaliyyət göstərən özəl
universitetlər daxildir.
Təhsilin sonunda bakalavr, magistr və doktorluq
dərəcələri verilir. Kollec və
universitetlər veriləcək dərəcələri və
onları alacaq tələbələri özləri müəyyənləşdirir.
Amerika universitetləri tədris binaları,
laboratoriyalar, kitabxanalar, yataqxanalar, müəllimlər
üçün evlər, kafe və yeməkxanalar, idman və
mədəni
kampuslar, təhsil şəhərcikləri ilə əhatə
olunur. Tədris ili 2 və ya 3 semestrdən
ibarətdir.
Mühazirələrdə, adətən,
minədək tələbə iştirak edir. Hər tələbənin şəxsi tədris
planı olur. Universitetlərdə daimi
qruplar yoxdur. Müəllimlər adətən
mühazirənin surətini tələbələrə
payladıqları üçün konspekt tutmağa ehtiyac
olmur. Hər semestrin sonunda imtahan və
zaçotlar verilir. Bu zaman nailiyyət
qazana bilməyən tələbələr universitetlərdən
çıxarılmırlar. Onlara
imtahanı bir neçə dəfə yenidən vermək
imkanı yaradılır.
Dördillik kolleclər statusuna görə
universitetlərə bərabər tutulurlar. Onların bəziləri müstəqil təhsil
müəssisələri olsa da, digərləri universitetlərin
tərkibində fəaliyyət göstərirlər. Kolleclərlə universitetlər arasında yeganə
fərq kolleclərin yalnız bakalavr proqramı əsasında
tədris aparmasından ibarətdir. Təhsilini
magistraturada davam etdirmək istəyən tələbə
universitetin magistr (Graduate) proqramına qəbul oluna bilər.
Bundan əlavə, ABŞ-da ştatdaxili
regional kolleclər də fəaliyyət göstərir. XX əsrin əvvəllərində yaradılan
regional kolleclərdən ibarət sistemin əsas məqsədi
məktəblə universitet arasında keçid
yaratmaqdır. Bu kolleclərdə təhsil 2 il davam edir və Associate degree (Aralıq dərəcə)
alınması ilə başa çatır. Bu dərəcə
tələbələrə bakalavr dərəcəsi almaq
üçün öz təhsillərini universitetlərdə
davam etdirmək imkanı yaradır. Regional kolleclərin özünəməxsusluğu,
onların ümumtəhsil proqramları və texniki sahələr
üzrə ixtisasartırma kursları təklif etməsindən
ibarətdir.
ABŞ-da tibbi təhsil ən bahalı təhsillərdən
hesab edilir. Tələbələrin bir hissəsi
təhsil haqqı ödəmək iqtidarında
olmadıqlarından əsasən təhsil kreditləri
hesabına oxuyurlar. Statistikaya əsasən,
təhsilin sonunda Amerika Tibb Məktəbi məzunlarının
əksəriyyətinin 100 min dollardan artıq borcu olur. Buna baxmayaraq, məzunların təcrübi və tədqiqat
fəaliyyətlərinin ilk aylarında aldıqları
yüksək məvaciblər təhsilə xərclənmiş
vəsaiti ödəmək imkanı yaradır.
ABŞ-ın ən məşhur tibb məktəbləri
arasında Oreqon Tibb və Elm Universiteti (Oregon Health & Science
University), Miçiqan Dövlət Universiteti Osteopatik Tibb
Kolleci (Mich. State U. College. of Osteopathic Medicine), Minnesota
Universiteti (University of Minnesota), Con Hopkins Universiteti (Johns Hopkins
University), Kolumbiya Universiteti Terapiya və Cərrahiyyə
Kolleci (Columbia U. College of Physicians and Surgeons) və digər tədris
ocaqlarının adlarını çəkmək olar.
Amerika ali təhsilindən
danışarkən biznes təhsilini qeyd etməmək
mümkün deyil. Belə ki, dünyada ilk biznes
məktəbi - Tak Biznes Məktəbi (TuckTs School of Business) məhz
ABŞ-da yaradılıb. Bu gün
dünyanın aparıcı biznes məktəblərinin təxminən
60 faizi Amerikadadır. Bu ölkədə
alınmış MBA (Master of Business Administration) diplomu
bütün dünyada gələcək uğurlu karyeranın
zəmanəti hesab edilir.
ABŞ-da 1500-dən artıq təhsil
müəssisəsi MBA proqramları təklif edir. Amerikanın ən məşhur biznes-proqramlarına
marketinq, maliyyə, beynəlxalq və İnternet biznesi,
sahibkarlıq, pərakəndə satış və digər
sahələr üzrə proqramlar aiddir. ABŞ biznes-məktəblərində
təhsil iki il davam edir. Təhsil
haqqı ildə təxminən 50 min dollardır. Amerika biznes məktəbinə daxil olan hər kəs
qəbul komissiyasına təhsil haqqını ödəmə
qabiliyyətinin olması ilə bağlı zəmanət təqdim
etməlidir.
İlk MBA məktəbləri olan Harvard,
Stenford və Barton məktəbləri uzun illərdir ki,
dünya universitetlərinin reytinq siyahısında ilk
üç pilləni tuturlar. Bəzən
onlar reytinq siyahısında bir-birini əvəz edirlər.
Onu da qeyd edək ki, ABŞ-da 16-24 yaşlılar
arasında təhsilini yarımçıq qoyanlar 2009-cu ildə
8,1 faizə qədər azalıb. Tələbələr
arasında qızların sayı (10,9
milyon) oğlanlardan (8,3 milyon) çoxdur. Bütün tələbələrin
11,9 milyonu əyani təhsil, 7,2 milyonu isə
qiyabi təhsil alır.
Əcnəbi
tələbələr
ABŞ universitet və kolleclərdə təhsil alan əcnəbi tələbələrin
sayına görə dünya lideridir. Tələbələrin
Amerikanı seçməsinin bir sıra səbəbləri
var. Amerikada geniş ixtisas seçimi və güclü elmi-tədris
bazası mövcuddur. Amerika universitetləri sadəcə
ali təhsil müəssisələri
deyil. Onların hər biri elmin müxtəlif
sahələri üzrə qabaqcıl tədqiqatların
aparıldığı və kəşflərin edildiyi mərkəzlərdir.
ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət
İşləri üzrə Bürosunun dəstəyi ilə
Beynəlxalq Təhsil İnstitutunun
(Institute of International Education, IIE)
hazırladığı illik hesabatına əsasən
2009-2010-cu tədris ilində ABŞ universitetlərinə 202
mindən çox əcnəbi tələbə qəbul
olunub. Ümumilikdə, 2009-2010-cu tədris ilində ABŞ
universitetlərində 700 minə yaxın əcnəbi tələbə
təhsil alıb ki, bu da 2008-2009-cu ilin tədris ili ilə
müqayisədə 2,9 faiz çoxdur.
Beynəlxalq Təhsil İnstitutunun (Institute of International Education,
IIE) məlumatına görə, 2008-2009-cu tədris ilində
Amerikadan olan 260 mindən artıq tələbə xarici
ölkələrdə təhsil alıb. Bu ölkələr
arasında liderliyi Böyük Britaniya (12 faiz), İtaliya (10,5 faiz), İspaniya (9,3 faiz), Fransa (6,5 faiz) və
Çin (5,3 faiz) tutur. Xarici dövlətlərdə
oxuyan amerikalılar əsasən sosial elmlərə, biznes və
idarəetmə, humanitar, tətbiqi incəsənət, rəssamlıq,
fizika və yer haqqında elmlərə üstünlük
verirlər.
Təhsil
və yaşayış haqqı
ABŞ universitetlərində təhsil
haqqı bir sıra meyarlardan asılıdır. Bu baxımdan təhsil ocağının statusu
(dövlət və ya özəl, kollec və ya universitet),
nüfuzu və konkret fakültə əsas
götürülür. Ən
aşağı qiymətlər dövlət kollecləri və
universitetlərindədir. İlk ildə təhsilin məbləği
orta hesabla 7 min, ikinci il 9-10 min ABŞ
dolları ola bilər. Məsələn, Berkli
Universiteti kifayət qədər tanınsa da, burada təhsil
haqqı ildə təxminən 14-20 min dollar təşkil edir.
Özəl ali təhsil müəssisələrində
isə (məsələn, Stenford və ya Harvard universitetlərində)
qiymətlər 30 min dollardan (qiymətlər tədris ilinə
görə fərqlənə bilər) başlayır. Texniki ixtisaslar bahalı laboratoriya
avadanlıqlarından istifadəni nəzərdə tutduğu
üçün humanitar elmlərə nisbətən daha
çox xərc tələb edir. Qeyd
etdiyimiz kimi, Amerikada ən yüksək təhsil haqqı tibb
ixtisası üzrədir.
Yaşayış qiymətləri isə
universitetin yerləşdiyi ərazidən asılıdır. Həyat səviyyəsinə görə ölkənin
ən bahalı şəhərləri Nyu-York, Los-Anceles və
Çikaqodur. Ən ucuz yaşayış
ölkənin kiçik əyalət şəhərlərindədir.
Tələbələrin xərclərinin
əsas hissəsini yaşayış xərcləri təşkil
edir. Universitet kampusundakı yataqxanalardakı
otaqlarda qalmaq ildə 5-12 min dollara (universitetin yerləşdiyi
ərazidən asılı olaraq) başa gəlir.
Təqaüd
proqramları
ABŞ hökuməti Amerikada təhsil
almaq istəyən əcnəbi tələbələr
üçün xeyli sayda təqaüd təklif edir. Onların böyük hissəsi magistr və doktor
proqramlarının iştirakçıları
üçün nəzərdə tutulub. Lakin
bakalavrlar üçün də təqaüdlər
mövcuddur.
Qlobal Bakalavr Mübadiləsi Proqramı
(UGRAD) çərçivəsində təqaüd I-III kurs tələbələrinə
verilir. Bu, 1 və ya 2 il ərzində
kənd təsərrüfatı, biznes, informatika, pedaqogika,
iqtisadiyyat, beynəlxalq əlaqələr və digər
istiqamətlər üzrə təhsil almaq imkanı
yaradır.
Fulbrayt Proqramı (Fulbright Program) çərçivəsində
magistraturada təhsil üçün incəsənət,
humanitar və ictimai elmlər, texniki və təbiət elmləri,
eləcə də ABŞ tarixi, hüquq, jurnalistika, psixologiya,
kinematoqrafiya, teatr və incəsənət, sosiologiya,
memarlıq və digər sahələr üzrə təqaüd
ayrılır. Eləcə də bu proqram
çərçivəsində Amerika universitetlərində
magistr (MA- Master of Arts) dərəcəsinin alınması
üzrə ikiillik qrantlar təklif edilir. Bundan
əlavə, proqram Amerika universitetlərində və arxivlərində
namizədlik dissertasiyası üçün material toplamaq məqsədilə
elmi-tədqiqat işləri aparmağa birillik qrantlar
ayırır.
Fulbrayt Proqramı üzrə təqaüdlər
Azərbaycan vətəndaşları üçün də
verilir. Bu proqram üzrə təqaüdlərin
verilməsi açıq müsabiqə yolu ilə
ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən
hər tədris ilində həyata keçirilir. Ali təhsili (ən azı bakalavr dərəcəsi)
olan, ingilis dilini bilən Azərbaycan vətəndaşları
bu proqrama qoşulmaq üçün ərizə verə bilərlər.
ABŞ Konqresi tərəfindən 1992-ci
ildə təsis edilmiş Edmund S.Maski Magistr Proqramının
(Edmund S.Muskie Graduate Fellowship Program) məqsədi Avrasiya ərazisində
iqtisadiyyatın və demokratiyanın inkişafına
yardım göstərməkdir. Bu, ABŞ Dövlət
Departamentinin Təhsil və Mədəniyyət İşləri
üzrə Bürosunun
proqramı olsa da, IREX tərəfindən həyata
keçirilir. Proqram Azərbaycan, Rusiya, Gürcüstan,
Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan,
Türkmənistan, Özbəkistan və Ukraynadan olan
aspirantlara və mütəxəssislərə
ABŞ-da 1 il dərəcəsiz, 1 və ya 2 il müddətində
isə dərəcə almaq üçün təhsil təklif
edir.
1998-2008-ci illər ərzində təqribən
280-ə yaxın azərbaycanlı gənc bu proqramda
iştirak edib. Proqram
iştirakçıları magistr dərəcəsi almaqla
yanaşı, bitirdikləri universitetdə ixtisasları
üzrə 12 həftəlik təcrübə keçmək
imkanı da qazanırlar. Ali təhsili (ən azı
bakalavr dərəcəsi) olan, ingilis dilini bilən və
biznes idarəçiliyi, iqtisadiyyat, hüquq, ictimai idarəetmə,
ictimai siyasət, ətraf mühit, beynəlxalq əlaqələr,
kitabxanaçılıq, təhsil və jurnalistika
ixtisaslarından birinə yiyələnmək istəyən
istənilən Azərbaycan vətəndaşı proqram
üzrə təqaüd almaq üçün müraciət
edə bilər.
Gənc Müəllimlərin İnkişafı
Proqramı (JFDP) gənc ali məktəb
müəllimləri üçün nəzərdə
tutulur. Bu layihə tədris proqramlarının
hazırlanması və tədris metodikasının təkmilləşdirilməsi
sahələrini əhatə edir. Həmin proqram çərçivəsində
müəllimlər ABŞ və Azərbaycanın ali məktəbləri ilə sıx əməkdaşlıq
əlaqələri yaradırlar. Birillik akademik
proqramda 2 aylıq stajkeçmə də nəzərdə
tutulur. Qeyd etmək lazımdır ki, bu
proqram elmi dərəcə alınmasını nəzərdə
tutmur. 1999-2007-ci illərdə Azərbaycandan
35 nəfər bu proqramda iştirak edib.
Bunlardan əlavə, Amerikada hər
universitetin öz təqaüd proqramı mövcuddur. Bir çox hallarda onlar əcnəbi tələbələrə
də şamil edilir. Bəzən təhsildə və ya
idmanda yüksək göstəricilər qazanmaq təqaüd
almaq üçün əsas ola bilər. Adətən, bu cür təqaüdlərin məbləği
yüksək olmur və təhsil xərclərinin yalnız
bir qismini ödəyir.
Rusiyada ali təhsil
Keçmiş SSRİ-nin varisi olan Rusiya
Federasiyası Boloniya prosesinə ilk qoşulan ölkələrdəndir.
Ali təhsil
Rusiyada ali təhsil iki pilləyə
bölünür: bakalavriat və magistratura. Ali təhsil
proqramlarının normativ müddətləri
aşağıdakı kimidir:
- bakalavr dərəcəsi almaq
üçün təhsilin əyani forması üzrə
bakalavriat proqramı - 4 il;
- mütəxəssis dərəcəsi
almaq üçün əyani
forma üzrə mütəxəssis
hazırlığı proqramı - 5 ildən az olmamaqla;
- təhsilin əyani forması
üzrə magistr dərəcəsi almaq üçün
magistr proqramı - 2 il;
- elmi pedaqoji kadrların aspiranturaya
(adyunktura)
hazırlığı proqramı - 3 ildən artıq olmamaqla.
Ali təhsilin tədris proqramını uğurla mənimsəmiş
və yekun attestasiyadan keçmiş şəxslərə
müvafiq qaydada ali təhsil təsnifatları
(akademik dərəcələr) verilir. Bakalavriat
proqramını mənimsəyənlərə - bakalavr,
mütəxəssis hazırlığı proqramını
başa vuranlara mütəxəssis, magistratura
proqramını mənimsəyənlərə magistr, elmi pedaqoji
kadrların aspirantura (adyunktura) hazırlıq proqramını
keçənlərə ali məktəb
müəllimi və ya tədqiqatçı, dissertasiya
müdafiə etmiş şəxslərə isə elmlər
namizədi diplomu verilir.
Rusiya hökuməti son illər ali təhsilin
inkişaf etdirilməsinə xidmət edən müvafiq dəstək
proqramlarının maliyyələşdirilməsi üzrə
bir sıra qərarlar qəbul edib. Bu proqramlar
çərçivəsində ayrılmış vəsaitlər
istedadlı uşaqların dəstəklənməsinə,
elmi-tədqiqat institutları yanında distant məktəblərin
və federal universitetlərdə istedadlı gənclərin
inkişafı mərkəzlərinin yaradılmasına sərf
olunur. Bundan əlavə, federal universitetlərin
maddi-texniki bazasının
yaxşılaşdırılması məsələləri
də diqqət mərkəzində saxlanılır.
2010-cu ildə ali təhsil müəssisələrində
innovativ infrastrukturun dəstəklənməsi məqsədilə
dövlət proqramı qəbul olunub. Bu proqram ali
məktəblərdə innovativ mühitin
formalaşmasını, təhsil ocaqları ilə sənaye
müəssisələri arasında qarşılıqlı əlaqənin
inkişaf etdirilməsini nəzərdə tutur.
Xarici ölkələrin tanınmış mütəxəssislərinin
Rusiyaya dəvət olunması ali məktəblərə
dövlət dəstəyinin bariz nümunəsidir. 2010-cu ildə
Rusiya hökuməti "Aparıcı alimlərin Rusiya ali təhsilinə cəlb olunması tədbirləri
barədə" qərar qəbul edib. Qərara müvafiq
olaraq dövlət büdcəsindən bu tədbirlər
üçün 2010-cu ildə 3 milyard rubl, 2011-ci ildə 5
milyard rubl, 2012-ci ildə isə 4 milyard rubl ayrılıb. Ayrılmış qrantlar müsabiqə əsasında
hər bir elmi-tədqiqat işinə görə 150 milyon rubl
həcmində müəyyənləşdirilib. Rusiya hökuməti yanında fəaliyyət göstərən
qrantlar üzrə Şura bu vəsaitlərin ayrılması
barədə yekun qərar verir və dövlət dəstəyi
göstəriləcək elmi-tədqiqat sahələrinin
adlarını da müəyyən edir. Dövlət dəstəyi
göstərilən elmi-tədqiqat sahələri
sırasına astronomiya və astrofizika, atom energetikası və
nüvə texnologiyası, biologiya, biotexnologiya, hesablama
maşınları və informasiya texnologiyaları, riyaziyyat,
maşınqayırma, tibbi elmlər və texnologiya, kosmik tədqiqatlar
və texnologiyalar, mexanika və idarəetmə prosesləri,
nanotexnologiya, Yer haqqında elm, materiallar haqqında elm,
psixologiya, koqnitiv araşdırmalar, radioelektronika, tikinti və
arxitektura, fizika, kimya, ekologiya, iqtisadiyyat, beynəlxalq tədqiqatlar,
sosiologiya, energetika və digər istiqamətlərə aid tədqiqatlar
daxildir.
Keyfiyyətin aşağı olması Rusiya ali təhsilinin başlıca problemlərindəndir.
Gənclərin 80 faizdən çoxunun ali
təhsil almasına baxmayaraq, ölkədə mütəxəssis
çatışmazlığı hiss edilir, savadlı
hüquqşünaslar, iqtisadçılar və digər
mütəxəssislər çatışmır.
Ali təhsildəki digər problemin isə
orta təhsildən irəli gəldiyinə dair fikirlər səsləndirilir. Artıq Rusiyada orta təhsil müddətinin 12 ilə
qaldırılması barədə müzakirələr
aparılır. Bildirilir ki, universitetlərin
birinci kurs tələbələrinə hələ orta məktəblərdə
öyrənməli olduqları biliklər tədris olunur.
Eləcə də məktəbəqədər
təhsilə diqqətin artırılması, uşaqların
bağçalara cəlb olunma faizinin yüksəldilməsi məsələləri
ətrafında müzakirələr aparılır.
Universitetlər
Rusiyada həm dövlət və həm də özəl
ali təhsil müəssisələri
mövcuddur. Ali məktəblərin
filialları və müxtəlif regionlarda nümayəndəlikləri
də fəaliyyət göstərir. Hər bir ali təhsil müəssisəsi muxtariyyət
hüququna malikdir.
Ali məktəblər müvafiq qaydalara uyğun olaraq
akkreditasiyadan (akkreditasiya ali məktəbə
bir qayda olaraq attestasiyadan sonra verilir) keçməlidirlər. Ali təhsil müddəti, bir qayda olaraq, 4 ildən 6
ilə kimi davam edir. Ali təhsil əyani,
axşam (əyani-qiyabi) və qiyabi formada həyata
keçirilir.
Rusiya Federasiyasında ali təhsil
müəssisələrinin aşağıdakı növləri
mövcuddur:
Federal universitetlər federal dairələrin ərazilərində
fəaliyyət göstərən aparıcı ali təhsil müəssisələri, elm və
təhsil mərkəzləridir. Artıq Rusiyada
14-ə qədər federal universitet fəaliyyət göstərir.
Universitetlər müxtəlif sahələri
əhatə edən zəngin tədris proqramlarına malik
çoxprofilli təhsil müəssisələridir. Universitetlər unikal elm-təhsil kompleksi kimi
xüsusi hüquqi statusa malikdirlər.
Universitetlər arasında yüksək nüfuza malik,
Rusiya cəmiyyətinin inkişafında xüsusi əhəmiyyət
kəsb edən iki ali təhsil müəssisəsinin
- Moskva Dövlət Universiteti və Sankt-Peterburq Dövlət
Universitetinin adlarını xüsusi qeyd etmək
lazımdır.
Rusiyanın aparıcı və ən böyük ali məktəbi, milli elm və mədəniyyət
mərkəzi olan Moskva Dövlət Universitetinin (MDU) tərkibində
9 elmi-tədqiqat institutu fəaliyyət göstərir. MDU-da 40 fakültə və 300-dən artıq kafedra
var. Universitetdə 31 mindən artıq tələbə və
7 minə yaxın aspirant təhsil alır. Fakültə və elmi-tədqiqat mərkəzlərində
4 mindən artıq professor və müəllim, 5 minə
yaxın elmi işçi çalışır.
Universitetin sərəncamında ümumi sahəsi 1 milyon
kvadratmetr olan 600-dən artıq bina və tikili var. MDU
yalnız Moskvada 205,7 hektar ərazini əhatə
edir. 1997-ci ildə MDU-nun Sevastopolda (Ukrayna), 2000-ci ildə
Astanada (Qazaxıstan), 2006-cı ildə Daşkənddə
(Özbəkistan), 2009-cu ildə isə Bakıda və
Düşənbədə (Tacikistan) filialları
açılıb.
MDU-nun elmi kitabxanası ölkənin ən
zəngin kitabxanası hesab olunur. Burada müxtəlif sahələrə
aid həm rus, həm də xarici dillərdə əksər ədəbiyyatlar
cəmləşib. MDU-nun nəzdində 1963-cü ildən
ixtisaslaşmış elm-tədris mərkəzi-internat-məktəb
fəaliyyət göstərir. Bu məktəb ölkənin ən
perspektivli təhsil müəssisələrindən biri hesab
olunur.
"World Reputation
Rankings" jurnalının dünya universitetlərinin reytinq
cədvəlində Rusiya ali məktəblərindən
yalnız Moskva Dövlət Universiteti yer alıb. Jurnalın
2010-cu il üzrə tərtib etdiyi reytinq cədvəlində
MDU 33-cü yerdə qərarlaşıb.
1724-cü ildə əsası
qoyulmuş Sankt-Peterburq Dövlət Universiteti Rusiya ali təhsil
müəssisələrinin flaqmanı hesab olunur. Universitet 290
illik fəaliyyəti ərzində ali təhsil sahəsində
zəngin ənənələri ilə tanınıb, Rusiya
elminin, təhsilinin inkişafına layiqli töhfələr
verib. Hazırda universitetdə 32000-dən çox tələbə
20 fakültədə 323-dən çox ixtisasa yiyələnir.
Sankt-Peterburq Dövlət Universitetində
çalışanların ümumi sayı 14000 nəfərdən
çoxdur. Təhsil ocağının professor-müəllim
heyəti içərisində tanınmış akademiklər,
elm adamları da az deyil. Kifayət qədər
tanınmış məzunları olan universitetdə
V.İ.Lenin, V.V.Putin, D.A.Medvedev və başqa məşhurlar
təhsil alıb.
Səhifəni hazırladı:
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2014.- 25 aprel.- S.8.