Şahmatçılarımız beynəlxalq
turnirdə iştirak edirlər
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə 21-ci beynəlxalq şahmat festivalı start götürüb.
Azərbaycan Şahmat Federasiyasından aldığımız məlumata görə, bu beynəlxalq yarışa 20-dək ölkədən (Rusiya, BƏƏ, Çin, Ukrayna, Fransa, Hindistan, Çexiya, Rumıniya və s.) iştirakçı cəlb olunub. Zəka sahibləri arasında 39 qrossmeyster, o cümlədən Azərbaycan qrossmeysterlərindən Nicat Abasov (2527), Vüqar Rəsulov (2509) , Ülvi Bacarani (2483), FİDE ustası Abdulla Qədimbəyli (2168) və Aydan Höccətova (2018) iştirak edirlər.
88 şahmatçının iştirak etdiyi ustaların mübarizəsi İsveçrə sistemi üzrə 9 turdan ibarət olub. İlk turda Nicat Abasov, Ülvi Bacarani və Vüqar Rəsulov qələbə qazanıb, Abdulla Qədimbəyli və Aydan Höccətova isə məğlubiyyətlə üzləşiblər.
Azərbaycan müəllimi. -2014.-
29 avqust. S. 6.