Müəllimlik bir
missiyadır
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovla müsahibə
(Əvvəli ötən sayımızda)
- Akademik göstəricilərlə olan vəziyyət necədir? Çoxları səviyyənin aşağı
düşməsindən şikayətlənir.
- Problemlərlə
tanış olan
və rəqəmləri bilən bir insan olmasaydım, mən
də belə şübhəylə yanaşardım. Son 3 il ərzində ana dili və riyaziyyat üzrə
keçirilmiş və Təhsil Nazirliyinin təsiretmə
imkanı olmayan buraxılış imtahanının nəticələrini
əks etdirən cədvələ baxın. Markerlə
işarələnmış hissələr müvəffəq
qiymət alanların sayını əks etdirir. Aydın
görünür ki, keyfiyyət getdikcə artır...
2012-ci il
2013-cü il 2014-cü il
9-cu siniflər üzrə 11-ci siniflər üzrə
9-cu siniflər üzrə 11-ci siniflər üzrə 9-cu
siniflər üzrə 11-ci siniflər üzrə
İmtahanda iştirak edənlərin sayı 117,363
78,539 117,275 86,632 111,868 83,093
Hər iki fənn üzrə müvəffəq qiymət
alanların sayı (faizi) 59,000 (50.27%) 54,114
(68.90%) 68,497
(58.41%) 62,494
(72.14%) 69,400 (62.04%) 61,579 (74.11%)
Ana dili fənni üzrə müvəffəq qiymət
alanların sayı (faizi) 84,217 (71.76%) 64,891
(82.62%) 79,583
(67.96%) 69,230
(80.10%) 84,007 (75.22%) 69,016 (83.33%)
Riyaziyyat fənni üzrəmüvəffəq qiymət
alanların sayı (faizi) 68,461 (58.33%) 58,350
(74.29%) 81,970
(69.90%) 69,315
(80.01%) 78,324 (70.01%) 66,681 (81.25%)
Təəssüf ki, təhsili ictimai müzakirələrin
mövsuzuna çeviriblər və hər kəsin bir resepti
var...
- Əlbəttə ki, hamının siyasətdən,
futboldan və uşaqların tərbiyəsindən
başı çıxır.
- Lakin bir çox hallarda faktlara əsaslanmayanların səsi
daha çox eşidilir. Mən isə fakt və
rəqəmlər əsasında danışmağa
üstünlük verirəm. Bəli, bizim
problemlərimiz yetərincədir, biz onları cəmiyyətdən
gizlətməyə deyil, həll etməyə
çalışırıq. Sözün
həqiqi mənasında bu problemləri qabardırıq.
Bu islahatların əsas şərtlərindəndir.
Çünki məsələni düzgün
müəyyənləşdirməsək, onu həll edə
bilmərik. Biz tez-tez təhsilin bizdə pis
olması və heç yerdə belə vəziyyət
olmaması kimi ittihamlarla qarşılaşırıq. Şagirdləri orta məktəbi
bitirə bilməyən ölkələrin siyahısına
baxın:
İƏİT - İqtisadi Əməkdaşlıq və
İnkişaf Təşkilatının saytından
götürülmüş bu məlumatlara biz təsir edə
bilmirik.
Tez-tez problemlərdən
danışmağı sevənlər iki fənn üzrə əla
qiymət alanların sayının qeyri-kafi qiymət alanlardan
çox olmasını qeyd etmirlər. Bu obyektiv statistikadır. Yaxşı xəbər
o qədər maraqlı olmadığından, bu barədə
heç kim yazmağa tələsmir. Baxın, artıq qəbul imtahanları bitib.
Əvvəl ötən illərdə tələbə
ola bilməyən abituriyentlər üçün qəbul
imtahanları keçirildi. Və dərhal
KİV-də əvvəlki illərin məzunlarının pis
nəticə göstərmələri barədə "xəbər"
verildi. Mən sual verirəm: onlar məgər yüksək
nəticə göstərməli idilər? Əgər
yüksək nəticə göstərə bilsəydilər,
onlar çoxdan tələbə adını qazanmış
olardılar.. Məncə, onların ikinci
və ya üçüncü dəfədən olsa belə,
qəbul ola bilməsinə təəccüblənmək
lazım idi. Axı illər ötdükcə məktəb
proqramı üzrə baza biliyimiz zəifləyir. Demək istəyirəm ki, cəmiyyətdən kənarda
problemləri həll etmək mümkün deyil. Deyə
bilmərik ki: " Bizə vaxt verin, 5 ildən
sonra biz sizə yaxşı nəticə göstərəcəyik".
- Tənqid sizə kömək edir?
- Problemin həllinə
yönəlmiş sağlam tənqid, sözsüz ki, kömək
edir. Faktlara, təhlillərə əsaslanan tənqid
dəyərli bir işdir. Qərəzli tənqid
isə başqa bir məsələdir. Amma
bunu da anlamaq olar. Gizlətmədiyimiz və həll etməyə
çalışdığımız problemlərlə
yanaşı, demək istəyirəm ki, təhsilalanlarımız
beynəlxalq müsabiqələrdə qalib gəlirlər,
Yel, Berkli və Oksford kimi ali təhsil
ocaqlarına qəbul olunurlar.
- Proqram məsələsinə gəldikdə
isə mənə görə, birinci sinfə gələn
uşağa eyni zamanda 3 dil, məsələn, Azərbaycan,
rus və ingilis dillərini öyrətmək çox çətin
məsələdir. O vaxt biz oxuyanda Azərbaycan dilini (təhsil
rus dilində olan məktəblərdə) ikinci sinifdən,
ingilis dilini isə dördüncü sinifdən keçməyə
başlayırdıq. Amma indi hamısı eyni
zamanda olur. Bu nə qədər məqsədəuyğundur?
- Çox
yaxşı sualdır. Burada söhbət təhsilin
standartlarından gedir. Biz dilemma
qarşısındayıq: bir tərəfdən, biz hər
şeyi bilən, bilməli olan fövqəlinsan yetişdirmək
istəyirik. Lakin, burada təhsil sisteminin vəziyyəti
və sosial-iqtisadi şərait qətiyyən nəzərə
alınmır. Standart minimum, yoxsa maksimum
biliyi ifadə edir? Mən sizinlə getdikcə
təcrübədə özünü təsdiq edən
intuitiv nəticəmi bölüşəcəyəm. Və
hələ heç kim bunu təkzib edə
bilməyib. Son 20 ildə standartın minimal
deyil, ideal bilik səviyyəsi sayılması böyük səhv
olmuşdur. Sözsüz ki, iki və ya beş
dil öyrətmək mümkün olan uşaqlar var, lakin digərləri
üçün bu elə də asan deyildir.
Biz də bu barədə
düşünmüşük. Bilirsiz,
nədən başladıq? O suala cavab axtarmağa
başladıq ki, nəyə görə bəzi məktəblərə
uşaqlar həvəslə, digər məktəblərə
isə güclə gedirlər? İş
orasındadır ki, harada bilik maraqlı və
anlaşıqlı öyrədilir, orada uşaqlar həvəsli
olurlar. Digər halda isə uşaq nəsə başa
düşməyən kimi özünə qapanır...
Təlim materillarının qavranılmasının əlçatan
olması və
müəllimin peşəkar
hazırlığının artırılması ilə
yanaşı, tətbiq etdiyimiz yerdən asılı olaraq biz
məktəb proqramını da nəzərdən keçirməliyik.
Mənə görə, kənd məktəbləri
üçün fənlərin seçimi şəhər məktəbləri
üçün fənlərin seçimindən fərqlənməlidir.
Çünki məktəb bizə müstəqil
yaşamaq üçün bacarıqlar aşılayır.
Və insanın seçdiyi sahədən
asılı olaraq bu bacarıqlar fərqlənməlidir. Əgər insan zehni əməklə
məşğul olmaq istəyirsə, onun üçün
bir, kənd təsərrüfatı ilə məşğul
olmaq istəyirsə, başqa bacarığı olmalıdır.
Məzmundan asılı olmadan orta bilik səviyyəli
insan yetişdirməyə çalışmaq düzgün
deyil.
Proqrama gəldikdə isə, o cümlədən
3 xarici dil ilə bağlı burada dəyişikliklərin
aparılacağı mexanizminə baxmaq lazımdır. Birdən-birə proqramdan bir fənni kənarlaşdırmaq
da asan məsələ deyil. Nəzərə almaq
lazımdır ki, kimsə üç dil öyrənmək
istəyir... Mənə görə, bir
insanın bir dili əla bilməsi, üç dili
yarımçıq bilməsindən yaxşıdır.
Kurikulum misalında biz görürük ki, yeni metodikanın və
yanaşmaların tətbiqi heç də problemsiz
ötüşmür.
- Gəlin keçmiş və
müasir sistemləri müqayisə edək... Mənə
görə, müasir sistem, hətta hamının öyrəşdiyi
testlər belə yenilikdir.
- İstəməzdim indi deyəcəyim yalnız Azərbaycan
reallığı üçün qəbul edilsin, amma test
üsulu ilə biliklərin yoxlanılması birtərəfli
təsir göstərmir.
Keçən il biz xaricdə təhsil üzrə Dövlət
Proqramı, bu il isə SABAH qrupları üçün
seçdiyimiz tələbələr test üsulu ilə
imtahanlarda yüksək bal toplayaraq "Beynəlxalq münasibətlər",
"Hüquq" kimi ixtisaslara qəbul olublar. Amma
nə olsun?! Onların bir çoxu Kissinceri fransız,
Lenini isə Rusiyanın prezidenti kimi tanıyır və belə
hesab edirlər ki, vəkil müttəhimin maraqlarını
müdafiə etmək naminə yalan
danışmalıdır... Belə nümunələri
çox gətirə bilərəm...
Ümumi dünyagörüşü ilə
bağlı problemlər var. Bu, o deməkdir ki, qiymətləndirmə
vasitəsi kimi test üsulundan əl çəkməliyik? Xeyr. Çünki bu üsul bizə
bərabər şərtlərdə bilikləri ölçməyə
imkan verir. Bəs bu vasitə yeganə
ölçmə üsulu olmalıdır? Mənə görə, belə olmalı deyil. Test
üsulu, sadəcə, ən yüksək nisbi çəkiyə
malik qiymətləndirmə vasitələrindən biri
olmalıdır.
Beynəlxalq təcrübə bu barədə
nə deyir?! Dünyada heç bir ən yaxşı ali təhsil müəssisəsi fikir
formalaşdırma və esse yaza bilmək qabiliyyətinizi
yoxlamadan, müsahibə aparmadan, təkcə IELTS və GMAT
kimi standart imtahanlar əsasında sizi istədiyiniz ixtisasa qəbul
etməyəcək. Bəs, bu, o demək deyil
ki, qəbul imtahanlarında mərkəzləşmiş
sistemin ləğvini təklif edirəm? Xeyr,
hesab edirəm ki, mənfi hallarla mübarizədə bu sistem
böyük rol oynamışdır. Hesab
edirəmmi ki, bu sistemə yuxarıda qeyd etdiklərim də əlavə
olunmalıdır?! Sözsüz. Ali təhsil müəssisələrinin tələbələrini
seçmək imkanı olmasa, onların beynəlxalq
standartlara cavab verəcəklərindən danışa bilmərik.
Bəs ali təhsil müəssisələri
bu sistemə hazırdırlarmı? Baxmayaraq ki, bəziləri
buna hamıdan çox hazırdır, amma ümumilikdə,
xeyr! Mən bunu ona görə deyirəm ki, təhsil
sistemində verilən istənilən qərara dəyişən
sosial-iqtisadi şərtlərə uyğun şəkildə
mütəmadi olaraq yenidən baxılmalıdır. Hər
uşağın şəxsi bacarıqlarını nəzərə
almaq və ömür boyu bilik əldə etmək vərdişləri
formalaşdırmaq müasir təhsilə yanaşmanın əsas
prinsipləridir.
- Təhsil sistemində ənənəvi
metodika və prinsiplərdən yeni sistemə keçid prosesi
mümkün oldumu? Mən yeni kurikulumu, onunla əlaqədar
başqa tədbirləri nəzərdə tuturam.
- Bizim istədiyimiz
səviyyədə olmadı. Səbəblər çoxdur:
müəllimlər lazımi səviyyədə
hazırlanmadı, yeni müəllimlərin
hazırlığında və dərsliklərin məzmununda
müvafiq dəyişikliklər edilmədi və s. Bəs, buna görə
prinsiplər günahkar sayılmalıdır?! Əsla belə deyil. Prinsiplərdə
heç bir problem yoxdur. Müasir təhsil
sistemi artıq "informasiyanı öyrəndin,
soruşdular, qiymətləndirdilər" üsulundan
çoxdan uzaqlaşmışdır. İnformasiya əldə
etmək üçün "Google", "Wikipedia" var.
Bu o deməkdir
ki, uşaqlarda "yadda saxlamaq" bacarığı
inkişaf etdirilməsin? Sözsüz, bu belə
deyil.
- Proqramın dəyişilməsi
üçün tədbirlər görülürmü?
- Bəli,
biz artıq bu istiqamətdə çalışırıq.
- Yeni proqrama təkamül yolu ilə
keçid uzun çəkəcək?
-
Qarşıdan gələn dərs ilində biz artıq müəyyən
məsələlərlə bağlı fikirimizi bildirəcəyik.
Növbəti ildən isə yeniliklərin tətbiqinə
başlayacağıq.
- Və dərsliklərlə
bağlı... dərsliklərin yenilənmə prosesi nə qədər
vaxt aparacaq?
- İcazə verin, dərsliklərin hazırlanma
texnologiyasından danışım. Keçən ilin aprelində
nazir vəzifəsini icra etməyə başlayanda
aydınlaşdırdım ki, 15 sentyabrda 6-cı sinfə gedəcək
şagirdlər üçün heç bir dərslik yoxdur.
Onlar nəinki çap olunmayıb, heç
yazılmayıb da. Kitablar yoxdur!!!
- Sözünüzü kəsdiyim
üçün bağışlayın... Bəs
onlardan əvvəlki 6-cı siniflər nəyin əsasında
dərs keçdilər?
- Əgər
yadınızdadırsa, 7 il əvvəl
yeni kurikuluma keçid başladı. Onu 1-ci
sinifdən tətbiq etməyə başladılar. Bu zaman
yuxarı siniflərə hələ də köhnə sistemlə təlim
keçilirdi. Kurikulum - təhsilə yeni
yanaşma, yeni forma, məsələlərin yenidən
qoyulması, təhsilin yeni məzmunudur. Köhnə dərsliklərlə
şagirdlərə yeni məzmunu öyrətmək
mümkün deyil!
- Deməli, 6 il ərzində
mərhələ-mərhələ dərsliklərin yenilənməsi
baş verib?
- Bəli,
Təhsil Nazirliyi hər il yalnız bir sinif üçün dərslik
hazırlayırdı. Birinci il 1-ci, ikinci il 2-ci sinif
üçün və s. Yeni kitablar kurikulum əsaslı idilər. Dərslik - məzmun və metodikanın vəhdətidir.
Yeni məzmunda və metodikada kitab hazırlamaq
üçün onları bilmək lazımdır. Yeni sistem tətbiq edəndə sənin lazımi
sayda yeni məzmunlu dərsliyi yazmağı bacaran mütəxəssisin
olmayacaq. Ən böyük səhv odur ki, 7 il bundan qabaq birdən-birə yeni kurikulumu tətbiq
etdilər. Adətən, ilk olaraq kurikulumu pilot kimi xüsusi
hazırlanmış müəllimlərin olduğu məhdud
sayda məktəblərdə tətbiq edirlər. Bu bir il ərzində müəllimlərin fikirləri
nəzərə alınır. Nəticələr
təhlil olunduqdan, proqramda düzəlişlər edildikdən
sonra yeni kurikulum bütün ölkə ərazisində tətbiq
olunur. Eyni vaxtda 1-ci, 5-ci və 8-ci sinifdə.
Bu yolla yeni kurikuluma keçid 4 ilə baş
verir. Bizdə isə bu
proses uzadılıb. Pilot dövrünün olmaması isə
çox ciddi səhvdir. İkinci səhv odur ki, yeni dərslikləri
yazmaq əvvəlki, yeni məzmun və metodikanı bilməyən
müəlliflərə tapşırıldı: "Bu da
yeni standartlar, gedin yeni dərslik yazın". Onlar
bacardıqları kimi də yazıblar. Və
bu uzun müddət belə davam edib.
Hər il yayda qanunvericiliyə
uyğun olaraq tender keçirilib. Tenderin nə qədər
obyektiv keçirilməsi başqa mövzunun söhbətidir.
Tenderdə hər arzu edən iştirak edə
bilirdi. Təsəvvür edin, bizdə hər birinə dərslik
lazım olan 27 fənn var. Beləliklə, bir fənn
üçün bir neçə, digər fənn
üçün 1-2 dərslik təklif olunurdu, bəzi fənlər
üçün isə heç bir dərslik təklif
olunmurdu. Daha doğrusu, proqramda həmin fənn var, sadəcə,
heç kim dərslik yazmaq istəmir.
Aydın məsələdir ki, tenderdə kitablar arasında
yüksək bal toplayan dərslik nəşr
olunurdu. Sual olunur, bir fənn üzrə keyfiyyəti bizi qane
etməyən iki və ya daha artıq dərslik təklif
olunanda nə etməliyik?!
- Yəqin ki, aşağı keyfiyyətlilər
arasından nisbətən yaxşısı seçilirdi...
- İkinci sual: bəlkə, fənn üzrə
heç bir dərslik təklifi yoxdur? Belə olan halda tenderdə başqa dərslik
üzrə qalib gələn şəxsə: "Uşaqlar məktəbə
gedəcək, amma fransız dili üzrə kitabları yoxdur.
Gəl, o kitabı yaz" deyilirdi. Prosesi təsəvvür
edin: yayda tender keçirilir, ekspertlər ən
yaxşını seçir və nəhayət, dərslik
çap olunaraq sentyabrda məktəbə gəlir. Deməli,
müəllim və şagird kitabı ancaq yeni dərs ilinin
birinci günü görə bilir!
Bu il hansı inqilabi dəyişikliklər
edə bildik? Biz 7-ci, 8-ci siniflər
üçün dərslikləri bir ildə
hazırlamışıq. 8-ci siniflər
üçün dərslikləri pilot kimi az
tirajla nəşr etdirdik. Bunları müəllimlərə
paylayaraq, onların bu kitablar barədə fikirlərini öyrənəcəyik.
Biz bu kitabları saytda yerləşdirərək, valideynlərə
göstərəcəyik: "Sizin qeyd və şərhləriniz
üçün bir iliniz var". Bundan sonra
müvafiq dəyişikliklər edərək, monitorinq
üçün TQDK-ya göndərəcəyik.
- Dərsliklərin müəllifləri kimlərdir?
- Hal-hazırki qanunvericiliyə əsasən
müəllifləri mən təyin etmirəm. Heç kimi dərslik
yazmağa da məcbur edə bilmirəm. SSRİ-nin Təhsil
Nazirliyindən fərqli olaraq, Azərbaycan Respublikasının
Təhsil Nazirliyi özü kitab hazırlamır. Mən hətta Təhsil Nazirliyində işləyənləri
DQMK (Azərbaycan Respublikası Prezidenti yanında Dövlət
Qulluğu Məsələləri üzrə Komissiya) vasitəsilə
işə qəbul edirəm. Çünki Təhsil Nazirliyində
fizika, kimya, rəsmxət üzrə mütəxəssislər
deyil, dövlət qulluqçuları - məmurlar
çalışır. Bu, tamam başqa peşədir. Bizdə
dərslik hazırlanması könüllüdür. Bəli,
mən ali təhsil müəssisələrini bu işə cəlb
etməyə çalışıram, rektorları tənqid
edirəm ki, "Sizdə yaxşı baza varsa, niyə ali təhsil
müəssisəsi dərslik hazırlamaqda bizə yardım
etmir?". Amma fakt budur ki, biz heç kimi dərslik yazmağa
məcbur edə bilmərik. Düzgün seçimin
aparılmasını təmin etmək, təklif
olunmuşların arasından ən yaxşısının
seçilməsinə nail olmaq bu il edə bildiyimiz işdir.
Ekspert qrupu öz seçimini etdikdən sonra biz üç
qrupda: TQDK-ya, ali təhsil müəssisələrinin nümayəndələrinə
və ən yaxşı məktəb müəllimlərinə
yolladıq. Müxtəlif mütəxəssislərdən
müstəqil şəkildə qiymətləri aldıqdan
sonra mənzərə aydın oldu: bütün qruplardan
yüksək bal almış dərsliklər şübhə
yaratmır, müxtəliflik olduğu halda xüsusi
işçi qrupu ekspertlərin nə qədər
düzgün qiymətləndirmə
apardıqlarını aydınlaşdırdı. Bu yolla dərsliklərin
seçimi çox diqqətlə aparılmışdır.
Heç bir halda demək olmaz ki, Təhsil Nazirliyi dərsliklərin
üzərində işləmir. Təklif olunanlar arasından
ən yaxşı dərsliyi seçdikdən sonra biz yenə
öz metodiki məsləhətlərimizi veririk, dərsliyin
daha da təkmilləşməsi üçün qısa
müddətdə əlimizdən gələni edirik. Hər
halda, sentyabrın 15-nə çatdırmaq lazımdır...
Dediyim kimi, pilot kimi
8-ci siniflər üçün dərslikləri artıq
hazırlamışıq.
- Bu sistemi dəyişdirməyi planlaşdırmısınız?
- Bəli, dərsliklərin
hazırlanması ilə bağlı dəyişikliklər
edilməsi üçün hökumətə müraciət
etmişik. Gənc ölkə üçün yeni dərslik
hazırlamaq heç də hər zaman asan məsələ
deyil. Əlbəttə, mən tez bir zamanda dəyişikliyi
görmək istərdim, amma bu mümkün deyil. Bu illər ərzində
müsbət təcrübə toplanıb, hansısa mərkəzlər
yaradılıb, müəlliflər yetişib. Bir dərsliyi
dördüncü dəfə yazan müəllif həmin dərsliyi
birinci dəfədən fərqli olaraq daha yaxşı
yazır... Biz bütün bunları dağıtmaq istəmirik.
Əldə olanların ən yaxşılarını saxlamaq
və gücləndirmək lazımdır.
- Necə gücləndirmək?
- Biz "ehtiyat dərsliyin" hazırlanması
üçün xüsusi mərkəz yaradırıq.
"Ehtiyat dərslik" nə deməkdir? Bu dərslik
dövlətin sifarişi ilə mütəxəssislər
qrupu tərəfindən və əgər tenderdə
müvafiq fənn üzrə heç bir dərslik kriteriyalara
cavab verməsə, tətbiq olunacaq. Bu mexanizmdən bir
sıra ölkələrdə istifadə olunur.
- Yəni, bundan yaxşısını edə bilirsinizsə, buyurun.
- Bəli. Eyni zamanda, istənilən halda, minimal standart da tərəfimizdən
təmin olunacaqdır.
- Müəlliflərlə niyə
bu qədər problem var? İnana bilmirəm ki, bizdə fənlər
üzrə savadlı peşəkar müəlliflər yoxdur.
- Çünki
müəlliflər üçün həvəsləndirmə
sistemi yaradılmamışdı. Müəllif
üçün kitab yazmaq maraqlı deyildi. Ağır işin müqabilində, demək olar ki,
qəpik-quruş alırdılar. Mən hələ
reputasiya məsələsini demirəm: az
miqdarda pulun müqabilində tənqid olunma riski. Ona görə də biz bu sistemi dəyişdik.
İndi müəllif dərsliyin istifadə
olunduğu dövr ərzində rəğbətləndiriləcək,
dərslik hər dəfə çap olunduqda qonorar alacaq.
Əvvəllər dərsliklər,
bilirsiniz, necə qiymətləndirilirdi? Məzmununa görə deyil, bütövlükdə.
Tenderdə nəşriyyatlar iştirak edirdi.
Hər dərslik komplektinin konkret qiyməti var
idi. Mən ayrıca olaraq məzmunu, bədii
tərtibatı və çapın keyfiyyətini seçə
bilməzdim. Hamısını bir yerdə
qəbul etməli idim. Fil, üstündə
bülbül. Biz indi müstəqil olaraq,
məzmuna görə seçim aparır, daha sonra kimin və
necə çap edəcəyini seçirik. Mənə
bir müəlliflər qrupu göstərin ki, 15 aya, lap qoy
olsun 3 ilə, on bir sinif üçün 15-20 fənn üzrə
bütün dərslikləri yeniləyə bilsin.
- Ümumilikdə nə qədər
dərsliyə ehtiyac vardır?
- Azərbaycan
və rus bölməsini nəzərə almaqla, 200 dərslik.
Əlbəttə,
yeni dərsliklərdə də problem ola bilər. Amma mümkün səhvləri dərsliyin sınaq
dövründə aşkar eləmək şansı, dərs
ilinin başlamasına iki həftə qalmış aşkar eləmək
şansından daha çoxdur. Bu günə
qədər bu belə idi. Bir sözlə,
iş çətin də olsa, davam edir. Bütün
çətinliklərə baxmayaraq, yaxın zamanlarda müsbət
nəticəni görəcəyimizə inanıram. Biz insanlara deyə
bilmərik ki, gələn aydan ölkədə bütün dərsliklər
yenidən hazırlanacaq. Müxtəlif
yanaşmalar vardır. Bir yanaşma dərsliklərin Oksford və Kembricdə
hazırlanmış dərsliklərə
uyğunlaşdırılmasıdır. Bu
istiqamətin müsbət, eyni zamanda mənfi tərəfləri
var. Müsbət tərəfi odur ki, bu kitablar ən
yaxşı müəlliflər tərəfindən
sınanılmış metodika əsasında
hazırlanıb. Amma bizdə milli dəyərlərimizə
söykənən və şəxsiyyətin
formalaşmasına təsir edən fənlərimiz var ki, bu
da məsələnin mənfi tərəfini səciyyələndirir.
Biz azərbaycanlı uşaqlara Oksford dərslikləri
əsasında tarixi, ədəbiyyatı və hətta
coğrafiyanı tədris edə bilmərik.
- Azərbaycanda inklüziv təhsilin
perspektivləri necədir?
- Bu,
çox vacib məsələdir. İnklüziv
təhsil Təhsil Nazirliyinin fəaliyyətində prioritet məsələlərdən
biridir. İnklüziv təhsillə bağlı bir
neçə məsələ mövcuddur: müəllimlərin
hazırlığı, maddi-texniki bazanın yaradılması
və təkmilləşdirilməsi. Bizim
strategiyamıza əsasən mərhələ-mərhələ
bu məsələlərin həllinə
çalışacağıq. İlk
olaraq, pilot məktəblər seçiləcək. Belə
şagirdləri sosial həyata inteqrasiya etmək məqsədilə
lazımi maddi-texniki baza ilə təmin olunmuş pilot siniflərdən
başlayacağıq.
Pilot siniflərdən danışarkən əsas məqsədi
uşaqların sağlamlığının müdafiəsinə
yönəlmiş "Sağlam təhsil" layihəsinin
adını çəkməyə bilmərəm.
Çünki bir neçə müasir tendensiyalar bizi narahat
edir: yüklənmiş dərs proqramları, məktəbli
çantasının ağırlığı, uşaqların
uzun müddət parta arxasında hərəkətsiz əyləşməsi
və s. Sentyabrın 15-dən başlayaraq Bakı şəhərinin
6 məktəbində ibtidai siniflərin şagirdləri
"Sağlam təhsil" layihəsi üzrə təhsil
alacaqlar.
- Söhbət Vladimir
Bazarnıyın metodikasından gedir?
- O, məsləhətçilərdən
biridir. Biz bu layihədə təkcə Vladimir
Bazarnıyın deyil, ABŞ, Kanada və Avropa ölkələrinin
təcrübəsindən də istifadə edirik. Uşaqların sağlam təhsil alması layihənin
əsas məqsədidir. Sağlamlığın
müdafiəsi və təhsilin keyfiyyəti birlikdə
olmalıdır.
- Siz müəllimlik missiyasından
danışdınız. Təəssüf, amma qəbul etməliyik
ki, son illərdə bu peşənin nüfuzu ciddi şəkildə
aşağı düşüb. Qürurlu
"müəllim" adını necə qaytarmaq olar? Nə etmək lazımdır? Biz
nə etməliyik?
- Gəlin,
sualı iki hissəyə ayıraq: cəmiyyət nə edə
bilər? Və Təhsil Nazirliyi nə etməlidir?
Cəmiyyət çoxlu mütaliə etməli,
uşaqlara oxumağı öyrətməlidir. Təhsilə, tərbiyəyə, böyüklərə
və müəllimlərə hörmətə xüsusi yer
verilən milli dəyərlərimizi qorumalıyıq. "Müəllim" adını çəkərkən
həmişə fikirləşməliyik. Bəs,
Təhsil Nazirliyi nə etməlidir? Biz gənclərdə
bu peşəyə maraq yaratmağa
çalışırıq. Bu istiqamətdə
dövlət başçısının xeyir-duası ilə
və şəxsi nəzarəti altında pedaqoji universitetin
kampusunun layihəsi hazırlanır. Orada gələcək
müəllimlərin dünyagörüşünün
formalaşdırılması və keyfiyyətli təhsil
almaları üçün mühit yaradılacaq. Paralel olaraq, bu ildən müəllimlik ixtisasları
üzrə qəbul imtahanlarında yüksək nəticə
göstərən tələbələrin həvəsləndirmə
proqramına başlamışıq. Qarşıdan
gələn dərs ilindən qəbul imtahanlarında yüksək
nəticə göstərən 300 tələbəyə, əlavə
olaraq, 100 manat xüsusi təqaüd veriləcək. Biz
hesab edirik ki, bu tədbir
gənc müəllimlər üçün əlavə
stimul rolunu oynayacaq.
Biz müəllimlərin karyera
inkişafı üçün də real addımlar
atmışıq. Yaxın vaxtlarda biz bunu elan
edəcəyik. Azərbaycan Respublikası Baş nazirinin
göstərişi ilə bölgələrdə - kənd məktəblərində
işləyən müəllimlərin iş şəratinin
yaxşılaşdırılması üçün təkliflər
paketi hazırlayırıq...
...Bilirsiniz, məni nə narahat edir? Hər
şeyin maddi dəyərlərlə
ölçüldüyü bir zamandayıq. Yəni, hər kəs pulun axdığı kranı
açmaq istəyir. Məni düz
anlayın, demirəm ki, bu vacib deyil. Amma
maddiyat bütün dəyərləri əvəz edə bilməz
axı. Uşaqlar, hər halda, bilavasitə
pul qazanmaqla bağlı olmayan kosmonavt, səyyah, memar və ya
digər ixtisaslara yiyələnməyi də
arzulamalıdırlar. Baxın, bunu reallaşdıra bilməsək,
şüurda dönüş edə bilməyəcəyik...
Aydındır, kapitalizmdir... Amma cəmiyyət
təkcə maddi tələbatdan irəli gələn qərarların
verildiyi mühitdə yaşamamalıdır. Mənəvi dəyərlər də mövcud
olmalıdır. Bəli, bu qeyri-populyar səslənir.
Amma bu sahədə çalışmaq
lazımdır. Bu məsələ ilə
bağlı fikirlərim var, amma bu barədə növbəti
müsahibədə danışaram.
Vyaçeslav Sapunov
Azərbaycan
müəllimi.- 2014.- 22 avqust.- S.2.