Balkan Riyaziyyat
Olimpiadasının medalçıları
Azərbaycanı müxtəlif beynəlxalq bilik yarışlarında təmsil edən məktəblilərimizin ayrı-ayrı ölkələrdən olan iştirakçılar arasında üstünlük əldə etmələri, üçrəngli bayrağımızı yüksəkliklərə qaldırmaları, hər dəfə medallarla Vətənə dönmələri hər birimiz üçün sevindirici məqamdır. Azərbaycan təhsilinin yetirmələrinin Balkan Riyaziyyat Olimpiadasında çıxışı da qürurverici məqamları ilə yadda qalıb. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin Bakı liseyinin şagirdi Məhəmməd Şirinov Makedoniyada keçirilən 18-ci Beynəlxalq Junior Riyaziyyat Olimpiadasında qızıl medal alaraq üçrəngli bayrağımızı qürurla dalğalandırıb. Bu, adıçəkilən olimpiadada Azərbaycanın qazandığı ilk qızıl medal hesab olunur. Onun komanda yoldaşlarından Anar Hüseynov və Mirəli Əhmədli də fərqləniblər. Hər ikisi olimpiadanın bürünc medalını qazanıb. Qaliblərlə yaxından tanış olaq:
Məhəmməd Şirinov 1999-cu ildə Bakıda anadan olub. I-IV sinifləri 286 nömrəli tam
orta məktəbdə, V-VI sinifləri Bakı Dövlət Universitetinin nəzdindəki
"Gənc istedadlar" liseyində oxuyub. Daha sonra Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin Bakı liseyinin VII sinfinə qəbul olmaq üçün imtahan verərək bu təhsil ocağına daxil olub.
"Azərbaycan tarixində
Balkan olimpiadasında
ilk qızıl medala layiq görüldüm"
- VII sinfin 2-ci yarımilində
olimpiadaya seçilmək üçün riyaziyyat və məntiqdən
imtahan verdim. Yaxşı nəticə göstərərək hazırlaşmaq üçün uşaqlıqdan böyük maraq göstərdiyim
riyaziyyat
fənnini seçdim. Bu mötəbər
bilik yarışmasına
hazırlıqlar
IX sinifdən başlayırdı, lakin mən olimpiada koordinatoru Fuad Qarayevin məsləhəti
ilə
VIII sinfin əvvəlində IX sinif şagirdlərilə
bir yerdə imtahan verib yüksək nəticə göstərdiyimə görə komandaya üzv seçildim. Beləcə, VIII sinifdən ciddi olaraq olimpiadaya hazırlaşmağa
başladım. 2013-cü
ilin iyun ayında Türkiyədə keçirilən
və ilk olimpiadam olan Yeniyetmələr arasında
17-ci Balkan Riyaziyyat
Olimpiadasında
iştirak
edib gümüş medal qazandım. Növbəti ildə, yəni IX sinifdə də olimpiada üçün hazırlaşmağa
davam etdim və 2014-cü
ildə Respublika Riyaziyyat Olimpiadasında 1-ci yeri tutdum. 2014-cü
ilin yanvarında
Qazaxıstanda
və
mayda Bolqarıstanda beynəlxalq olimpiadalarda iştirak etdim. Lakin həmin il daha maraqla gözlədiyim
olimpiada
yeniyetmələr arasında 18-ci
Balkan Riyaziyyat Olimpiadası idi. Bunun əsas səbəbi isə həmin olimpiadada Azərbaycandan hələ heç kimin qızıl
medal almaması idi. 2014-cü
ilin iyun ayında 6 nəfərlik komanda və komanda rəhbəri Elvin Məmmədov ilə bu olimpiadada iştirak etmək üçün
Makedoniyaya yola düşdük.
Hər biri 10 balla qiymətləndirilən 4 sualdan 38 bal toplayaraq Azərbaycan tarixində bu olimpiadada ilk qızıl medala layiq görüldüm.
Bundan başqa, olimpiadada digər ölkələrdən olan iştirakçılarla
tanış olduq və bir yerdə maraqlı vaxt keçirdik. Bu uğurlarıma
görə
bizə
dərs keçən
və çoxsaylı məsləhətlər verən müəllimlərimdən Fuad Qarayev, Fuad Əliyev, Elvin Məmmədov,
Rafail Əlizadə, İlqar Ramazanlı, Cəfər Cəfərov, Rafiq Quliyevə və həmçinin olimpiadalara bir yerdə hazırlaşdığımız İsmət, Fərid və Fərmana təşəkkür edirəm. Bundan sonra da olimpiadalara hazırlaşaraq Azərbaycan bayrağını
dalğalandırmaq, Azərbaycan təhsilinin gücünü göstərmək, müəllimlərimin və ən əsası, valideynlərimin
mənə
olan ümidini doğrultmaq ən böyük məqsədlərimdən biri
olacaq.
"Müəllimlərimin zəhmətini
medalla ödəməliydim"
Mirəli Əhmədli 2000-ci il dekabrın
9-da Gəncə şəhərində
anadan olub. İlk təhsilinə şəhər
4 nömrəli
tam orta məktəbdə başlayıb.
Sinifdə ən yaxşı oxuyan şagirdlərdən biri olub. İbtidai sinfi bitirdikdən sonra 27 nömrəli məktəbin Xüsusi İstedadlar Sinfində
(XİS) oxuyub.
- VII sinifdə Azərbaycan
Beynəlxalq Təhsil
Mərkəzinin Gəncə
liseyinə qəbul olundum və yanvar ayında olimpiadaya seçim üçün məntiq imtahanı oldu. İmtahandan yüksək nəticə ilə keçdim və riyaziyyat olimpiadaçısı oldum. VIII sinifdə imtahan verərək təhsilimi, eləcə də olimpiadaya hazırlıq işlərimi Bakı liseyində davam etdirməyə başladım. İlin sonunda hər il 21-26 iyun arasında keçirilən JBMO (Junior Balkan Mathematics Olimpiad) üçün seçimlər
oldu və olimpiadaya qatılmaq hüququ əldə etdim. Makedoniyaya 6 nəfərlik komanda və liderimiz olaraq Elvin Məmmədovla birlikdə getdik. Bu, mənim ilk olimpiadam idi. Bu bilik yarışında mən öz müəllimlərim - Elvin müəllim
və Fuad müəllimin birillik əməklərinin qarşısında
onların haqqının
bir qismini medalla ödəməliydim.
İmtahan 4 saat 30 dəqiqə çəkdi.
Riyaziyyat olimpiadasında
4 fənn üzrə sual verilir (algebra, number
theory, geometry, combinatorics) və hər mövzudan bir sual düşür, yəni cəmi 4 sual var idi.
Həmin suallardan ikisindən (Algebra və Number theory) tam
bal (10 bal ) alaraq 20
bal ilə bürünc mükafata layiq gorüldüm.
"Hədəfim gələcəkdə
xarici ölkədə
təhsil almaqdır"
Anar Hüseynov 2000-ci il aprelin 23-də Tovuz rayonunun Qovlar kəndində anadan olub. İlk təhsilini Qovlar kənd tam orta məktəbində alıb. Daha sonra imtahan verərək Azərbaycan
Beynəlxalq Təhsil
Mərkəzinin
Gəncə Liseyinə
qəbul olunub.
Zəhmətkeş ailədə böyüyən
Anar uşaqlıqdan dəqiq elmlərə daha çox maraq göstərməyə başlayıb.
Riyaziyyat həmişə
onun üçün ən sevimli və maraqlı fənn olub.
Onun səylərini ailədə
də dəstəkləyiblər.
Riyaziyyat fənni üzrə xüsusi qabiliyyəti onu olimpiadalara hazırlaşmağa stimullaşdırıb. Məşhur fransız
yazıçısı O.Balzak
deyirdi ki, "biliyin ağası olmaq üçün zəhmətin köləsi
olmalısan".
Anar da dərsləri ilə yanaşı çalışqanlığı, əməksevərliyi sayəsində
fənn olimpiadalarında
uğur qazana bilib.
- VII sinfin ortalarından etibarən olimpiada hazırlıqlarına başladım.
VII sinfin sonunda əvvəlcə Qubada, daha sonra Bakıda
keçirilən olimpiada
komandasına seçilmək
imtahanında
fərqləndim. Artıq IX sinifdə oxuyarkən olimpiadaçıların Bakı seçmə imtahanında riyaziyyat üzrə Azərbaycan komandasına qəbul olundum və ölkəmizi beynəlxalq bilik yarışında təmsil etmək hüququ qazandım.
Əlbəttə ki, olimpiadada
qazandığım uğurda valideynlərimin, müəllimlərimin
rolu böyükdür. Müəllimlərim yorulmadan
və böyük əmək sərf edərək bizə elmlərin sirlərini öyrədiblər.
Əsas istəyim müxtəlif beynəlxalq miqyaslı olimpiadalarda Azərbaycanın nailiyyətlərini
artırmaqdır. Hədəfim gələcəkdə
xarici ölkədə
təhsil almaqdır.
"Azərbaycan üçün
elm
naminə dünya
ilə yarışırıq"
Məktəblilərimizin olimpiadaya hazırlığı
rəhbəri Fuad Qarayev:
- Makedoniya Respublikasının Oxrid şəhərində keçirilən
18-ci Beynəlxalq Balkan Riyaziyyat
olimpiadasında (JBMO) yaşları
16-dan kiçik olan məktəblilər iştirak
edirlər. Əsasən
Balkan ölkələri sayılan
Rumıniya, Bolqarıstan,
Türkiyə, Serbiya,
Yunanıstan və s. kimi ölkələrlə
yanaşı, Fransa, Qazaxıstan, Azərbaycan da bu olimpiadada iştirak edir. Olimpiadada 16 ölkədən 104 şagird
iştirak etmişdir.
Azərbaycan məktəbliləri
bu mötəbər tədbirdə iştirak edərək yüksək
nailiyyətlərlə Vətənə
geri dönmüşlər. Xatırlatmaq istərdik ki, Azərbaycan məktəbliləri
2010-cu ildən etibarən
hər il
bu olimpiadada iştirak edirlər. Məktəblilərin
bu 4 il
ərzində uğurlara
şağıdakı kimidir:
1 qızıl, 7 gümüş,
5 bürünc medal olmaqla
cəmi 13 medal. Ümumilikdə Azərbaycan məktəblilərinin iştirak
etdikləri müxtəlif
səviyyəli beynəlxalq
riyaziyyat olimpiadalarında:
Avrasiya Beynəlxalq Riyaziyyat olimpiadası,
Balkan Riyaziyyat olimpiadası
(BMO), Junior Balkan Riyaziyyat olimpiadası
( JBMO), Jautıkov Beynəlxaq
Riyaziyyat olimpiadası
və Beynəlxalq Riyaziyyat olimpiadası
(İMO) 6 qızıl, 37 gümüş
və 64 bürünc
medal olmaqla cəmi 107
medal əldə etmişlər.
Əməyi keçən hər
kəsə təşəkkür
edir, şagirdlərimizi,
onların valideynlərini,
müəllimlərini təbrik
edir və müvəffəqiyyətlərin davamını diləyirik.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2014.- 22 avqust.- S.4.