Təhsil Nazirliyi və Qızıl Aypara
Cəmiyyəti
arasında memorandum imzalandı
Dekabrın 4-də Azərbaycan Respublikası Təhsil
Nazirliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti
arasında birgə əməkdaşlıq haqqında
anlaşma memorandumunun imzalanması mərasimi keçirilib.
Memorandumu təhsil naziri Mikayıl Cabbarov və
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz
Aslanov imzalayıblar.
Memorandum Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
fəaliyyətinin mühüm bir qisminin dövlət təhsil
müəssisələrində
reallaşdırılmasını nəzərə alaraq, bu
işlərin səmərəliliyinin artırılması
üçün qarşılıqlı əməkdaşlıq
istiqamətlərinin müəyyənləşdirilməsi məqsədlərinə
xidmət edir.
Memoranduma əsasən, Təhsil Nazirliyi Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin təhsil müəssisələrindəki
humanitar fəaliyyətini dəstəkləyəcək. Qızıl Aypara Cəmiyyəti
isə Təhsil Nazirliyinin müraciəti
əsasında təhsilalanları müvafiq
seminar, təlim, sessiya,
kampaniya, yay
düşərgələri və digər müvafiq
tədbirlərə cəlb edəcək. Həmçinin,
dövlət ali təhsil müəssisələrinin
humanitar fakültələrinin tələbələri
üçün Qızıl Aypara Cəmiyyətinin strukturlarında müvafiq istehsalat təcrübəsinin
keçirilməsinin təşkil olunması nəzərdə
tutulur.
Azərbaycan
müəllimi.- 2014.- 5 dekabr.- S.2.