Multimedia tədris vəsaitlərinin
təlim prosesinə təsiri
və əhəmiyyəti
Müasir şagirdlər əylənərək
öyrənmək istəyirlər. Biz müəllimlər də
bunu əsas götürərək dərslərimizi
elə qurmalıyıq ki, şagirdlər
öyrənməyə həvəs göstərsinlər və
özü də bilmədən əyləncənin
içində yeni bilik
əldə etsinlər. Əldə etdiyi
bilikləri isə mütləq tətbiq etməyi
bacarsınlar. Müəllimin izahı mütləqdir,
amma izaha uyğun rəngarəng, maraqlı, düşündürücü təqdimatın
olması dərsi daha maraqlı edir. Şagird müəllimin
izahını vizual olaraq
gördükdə dərsi daha yaxşı başa düşür və vizual
olaraq alınan informasiya
daha uzun müddət yadda qalır.
Multimedia tədris vəsaitləri söylənən
bu fikri həyata
keçirməyə kömək edir.Vəsaitlər təlim prosesinin canlı, maraqlı, rəngarəng
olmasına imkan yaradır. Fənlərin
tədrisi zamanı hər bir müəllim
seçdiyi standartları
reallaşdırmağı qarşısına məqsəd qoyur
və bu məqsədə çatmaq
üçün çalışır.
Vəsaitlərdə olan mövzular
kurikulum standartlarına əsasən
hazırlanır. Hər mövzu verilən standartları
reallaşdırmağa kömək edir. Dərsliklərdə
verilən mövzular çox
geniş olmadığı üçün müəllimlər standartları
möhkəmləndirmək üçün
çox rahatlıqla bu
vəsaitlərdən istifadə edə bilərlər.
Vəsaitlərin dərsliklə
eyni məzmunda olmaması şagirdlərə
yeni məlumatlar vermək imkanı
yaradır. Şagirdlər eyni mövzu haqqında daha çox məlumat almış olurlar.
Dərslikdə verilən mövzuya
başqa mövqedən yanaşmaq,
əlavə məlumatlar almaq şagirdlərin
dünyagörüşünün
inkişafında, nitqinin zənginləşməsində,
yaradıcı təfəkkürünün
formalaşmasında müəllimlərin yaxın köməkçisidir.
Bir müəllim kimi mən
dərslərimin daha canlı, maraqlı
qurulması üçün daim axtarışdayam. Bu
axtarışlara çox vaxt
sərf olunur. Vaxt itkisinin qarşısını almaq
üçün "oxuyuruq.biz"
portalında yerləşdirilən multimedia
resurslarından istifadə edirəm. Hər bir
fənnin elektron vəsaitinin olması çox yaxşıdır. Fənlərarası
inteqrasiya yaratmaq üçün də vəsaitlər çox əlverişlidir. İstənilən
mövzunun motivasiya
hissəsini qurmaq bir çox müəllimlər üçün
çətinlik törədir. Buradakı mövzularda
olan tapşırıqlardan belə motivasiya kimi istifadə etmək
olar. Tapşırıqların rəngarəng,
müxtəlif məzmunda olması şagirdlərə işləmək
üçün geniş
imkanlar yaradır. Şagirdlər təkcə
sinifdə yox, evdə də bu vəsaitlərdən rahat
istifadə edə bilər. Belə ki,
mövzuları tam, dolğun
izah olunduğundan
müəllim olmadan belə, şagirdlər
mövzunu başa düşüb, tapşırıqları
yerinə yetirə bilər. Tapşırıqlar hər bir səviyyədə olan şagirdlərin bilik
və bacarıqları nəzərə alınaraq
hazırlanıb. Sadə və mürəkkəb
tapşırıqların olması şagirdləri də
düşünməyə sövq edir. Onlar sadə
tapşırıqları yerinə yetirdikcə əldə
etdikləri biliklər mürəkkəb
tapşırıqları yerinə yetirmək üçün
imkanlar yaradır. Həmçinin
tapşırıqların yerinə yetirilməsi zamanı
kompüterdən istifadə olunması şagirdlərin kompüter bacarıqlarını da inkişaf etdirir. Şagirdlər təkcə sinifdə deyil, evdə də bu vəsaitlərdən
istifadə edirlər.
Bizim liseydə ibtidai sinif müəllimləri dərslərində bu multimedia resurslarından istifadə edirlər. Vəsaitdə olan mözvulara, tapşırıqlara müəllim istədiyi kimi yanaşa bilər. Seçdiyi standartı reallaşdırmaq üçün müxtəlif mövzularda olan tapşırıqları seçib dərsində istifadə edə bilər. Hər bir müəllimə bu vəsaitlərdən istifadə etməyi məsləhət görürəm.
Zivər MƏMMƏDOVA,
"Zəngi" liseyinin ibtidai sinif müəllimi
Azərbaycan
müəllimi.- 2014.- 5 dekabr.- S.9.