Ən yaxşı innovativ layihənin qalibi
Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbənin uğuru
Azərbaycanın istedadlı gənclərinin xaricı ölkələrdə əldə etdikləri uğurlar hər birimiz üçün sevindirici və qürurvericidir. Dünyanın tanınmış universitetlərində təhsil alan gənclərimizin elm və texnikanın müxtəlif sahələrində innovativ layihələrlə çıxış etmələri və ciddi uğurlar qazanmaları istedadlı tələbələrimizin potensialından xəbər verir. Bütün hallarda gənclərimizin xaricdə digər ölkələrdən olan həmyaşıdları arasında yüksək intellektual səviyyə nümayiş etdirmələri təhsilimizin uğurları hesab oluna bilər. Belə istedadlı gənclərdən biri, hazırda "2007- 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın Şeffild Universitetində kompüter elmləri ixtisası üzrə təhsil alan Tərlan Süleymanovdur. Gəlin, onu yaxından tanıyaq.
Tərlan Süleymanov 1993-cü il avqustun 1-də Göyçay şəhərində anadan olub. İlk təhsilinə Göyçay şəhər 3 nömrəli tam orta məktəbdə başlayıb. VII sinfə qədər rus bölməsində təhsil alıb, daha sonra 2005-ci ildə imtahan verərək yüksək balla Ağdaş Özəl Türk Liseyinə qəbul olunub. XI sinfi Bakı Özəl Türk Liseyində bitirib. Ağdaş Liseyindən məzun olduqdan sonra 2010-cu ildə ali məktəblərə qəbul imtahanında 690 bal toplayaraq Qafqaz Universitetinin ingilisdilli kompüter mühəndisliyi fakültəsinə qəbul olunub. Göstərdiyi nəticəyə görə dövlət başçısı İlham Əliyevin 8 sentyabr 2010-cu il tarixli sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb. Qafqaz Universitetinin I kursunu əla qiymətlərlə bitirdikdən sonra Böyük Britaniyanın Şeffild Universitetinin kompüter elmləri fakültəsinə qəbul olunub.
Dünya miqyaslı alim olmağı arzulayır
İngilis, rus, türk dillərini
mükəmməl bilən Tərlan
Qafqaz Universitetində oxuduğu
dövrdə kompüter mühəndisliyi fakültəsi üzrə 1-ci yerə
layiq görülüb. Proqramlaşdırma və robot texnikasına daha çox maraq göstərən
Tərlan bu
sahədə dünya miqyaslı alim olmağı qarşısına məqsəd
qoyub. Buna görə
də yüksək səviyyəli tədris və tədqiqatları
ilə dünyanın
aparıcı universitetləri arasında özünəməxsus
yeri olan Şeffild Universitetini seçib.
- Öz arzuma
nail olmaq üçün
mən Şeffild Universitetini seçdim. Bu təhsil ocağı mənə maraq göstərdiyim elm sahələri
üzrə geniş nəzəri
və praktik biliklər verir. Bütün bunlar real şəraitdə
müxtəlif kompaniyalarla
iş qurmağıma
imkan yaradır. Mənim qardaşım da Şeffild Universitetində
kimya maşınqayırması
üzrə təhsil alır. Təhsil aldığım universitetdə
nəzəri biliklərimizi
praktikada sınaqdan keçirmək üçün
bir neçə kompüter və mühəndislik laboratoriyamız
var. Robotlarla
iş isə bizim üçün ən xoş məşğuliyyət sahəsidir.
Robotların müxtəlif
tapşırıqları yerinə yetirməsini, necə hərəkət
etməsini
müşahidə etmək
doğrudan da çox maraqlıdır. Ayrı-ayrı müəllimlər öz modullarına uyğun olan müxtəlif tədris metodlarına malikdirlər.
Universitetdə həyatın
müxtəlif aspektlərinə
həsr olunmuş mühazirələr, laboratoriya
məşğələləri, dərs vəsaitləri
var. Bundan əlavə,
xüsusi iş
vaxtları var ki, biz tələbələr
bu və ya digər məsələlərlə
bağlı müəllimlərimizə
müraciət edə
və onlardan kömək ala bilərik. Burada oxuduğum müddət ərzində təhsil mənə çox şeylər verdi.
Birincisi,
mən əcnəbi tələbə kimi ingilis dilini akademik səviyyədə
mənimsədim. Bundan
əlavə, kompüter
elmini daha dərindən öyrəndim, proqramlaşdırma,
robot texnikası, süni
intellekt və digər sahələrdə
öz biliklərimi genişləndirdim.
Universitetdə keçirilən
müxtəlif işçi
toplantılar, seminarlar
və digər tədbirlər mənə öz biliklərimi zənginləşdirməyə
imkan verir.
Yenilikçi tələbə
Qeyd etdiyimiz kimi, Şeffild Universiteti təkcə Böyük Britaniyada deyil, bütün dünyada kompüter mühəndisliyi, texnologiyalar,
robot texnikası sahəsində
yeni ideyaların gündəmə gəldiyi
və həllini tapdığı
bir ali təhsil müəssisəsidir.
2014-cü ildə universitetin
ən yaxşı innovativ layihəsinin qalibi Tərlan Süleymanov seçilib. Şeffilddə təhsilinin 3-cü
ilində
fərdi
dissertasiya
proyektinə görə "The
Floow"
şirkəti tərəfindən "Ən innovativ layihə" (The
Most Innovative Project)
mükafatına layiq görülüb.
İngilis
dilində
"Animating 'Zeno' the RoboKind
Humanoid Robot: Navigationin a
Mobile Environment" (qısaca Səyyar Mühitdə Naviqasiya) adlandırılan
layihənin
ideyası
Tərlana məxsusdur.
Şeffild Universitetinin
professoru Roger
Moorenun
rəhbərliyi ilə həyata keçirilən
layihədə
"Zeno R50 RoboKind" robotundan istifadə edilib. Layihənin əsas məqsədi tamamilə öz-özünə (fully
autonomous) hərəkət edən sistemlərin əsas problemlərindən
biri olan naviqasiya problemini həll etmək olub. Tədqiqat işi həmçinin robotlar və süni intellekt sahələri üzrə bir neçə əhəmiyyətli
mövzunu
əhatə edib.
Universitet tərəfindən
verilmiş təqdimatda Tərlan Süleymanovun işlərinə
yüksək qiymət
verilib. Təqdimatda qeyd olunub: "Biz mükafatı
təkcə öz innovasiyalarımıza görə
yox, həm də yeni istedad
və ideyalara veririk.
Şeffild Universitetinin "Ən yaxşı innovasiya layihəsi" üzrə mükafat informatika fakültəsinin
tələbəsi Tərlan
Süleymanova təqdim
olunur. Biz Tərlana kiçik
bir robot verərək
onun süni intellektini tədqiq etməyi təklif etdik. Lakin o tipik həll variantını seçmək
əvəzinə, daha çətin həll variantına üstünlük
verərək robotun xarici müdaxilə olmadan nəqliyyat vasitəsi ilə müstəqil idarə olunması imkanlarını araşdırmağa
qərar verib", -deyə təqdimatda qeyd olunub. Tərlanın hazırladığı metodika
robota dolayısı ilə nəqliyyat vasitələrinin məhdud
məkan daxilində hərəkətini
idarə etməyə
imkan verir. "Kompüter həlli və
süni intellektə əsaslanan bu tədqiqat işi ən çətin problem və
innovasiyadır. Buna görə
də biz düşündük
ki, Tərlanın işi "Ən
yaxşı innovativ layihə" olmağa layiqdir. Və beləliklə də
biz Tərlanı təbrik
edirik. Biz sizin işinizdən böyük
təəssüratla ayrılırıq,
Tərlan! Sizin innovasiya və istedadınızın gələcəkdə
də özünü
göstərəcəyi günü
gözləyirik",- deyə
Şeffild Universitetindən
verilən açıqlamada
bildirilir.
Tərlan Süleymanov
layihəni bitirdikdən sonra robotlar sahəsi üzrə daha geniş biliklərə sahib
olmaq üçün
Şeffild Universitetinin Robotlar Mərkəzində (Sheffield
Centr for Robotics) yay təcrübəsi keçib. Təcrübə
müddətində yeni robotların quraşdırılması, bacarıq və məhdudiyyətlərinin müəyyən edilməsi, istifadə qaydalarının
hazırlanması və demo proyektlərin həyata keçirilməsi
ilə
məşğul olub. Əlavə olaraq Zeno
R50, Zeno R25 və NAO insanvari robotları Şeffild şəhərində keçirilən "Beyin Festivalı" (Festival
of the Mind)
çərçivəsində "Robotların yeni erası: interaktiv sərgi" üçün
(The New Age ofRobotics:
Interactive Exhibition) nümayişə hazırlayıb. Seffild Universitetində keçirilən
seminarlarda ("Skills forSuccess Programme") iştirakına
və
"Engineering: YouTre Hired"
həftəsi ərzində
ən yaxsı layihəyə görə ali məktəb tərəfindən
təltif olunub.
Azərbaycan dili müəllimi
Tərlan Süleymanov
Böyük Britaniyada
təhsil aldığı dövrdə
Azərbaycan
həqiqətlərini, dəyərlərini və adət-ənənələrini əcnəbilərə
çatdırmaq üçün bir sıra fəaliyyətlərlə məşğul olub. O, Seffild Universiteti nəzdində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması və lobbiçilik fəaliyyətləri üçün
təsis edilmiş Azərbaycan Cəmiyyətinin vitse-prezidenti
və eyni zamanda İKT meneceridir. Cəmiyyət tərəfindən hər il təşkil olunan "Novruz festivalı",
"Dünya həftəsi", "Dil festivalı" və s. tədbirlərdə fəal iştirak edib. Tərlan Süleymanov hər il Şeffild Universitetində keçirilən
"Xocalıya ədalət!"
kampaniyasının əsas
təşkilatçılarındandır. O, 2014-cü ildə universitetdə keçirilmış
" Xocalıya ədalət!"
kampaniyasına
həsr olunmuş
videoçarx yaradıb.
- Hər
il olduğu kimi, bu il
də Şeffild Tələbələr Birliyinin
(Sheffield Students' Union) təşəbbüsü
ilə Dünya Həftəsi (World Week) təşkil
olunur və bir həftə ərzində müxtəlif
tədbirlər həyata
keçirilir. Biz Şeffild Azərbaycan Cəmiyyəti olaraq bu tədbirlər
çərçivəsində Beynəlxalq Dil
Festivalında və milli sərgidə fəal
iştirak edirik. Noyabrın 14-də paradın
keçirilməsi ilə həftəyə start
verildi. Müxtəlif ölkələrdən
olan tələbələr öz bayraqları ilə 2 saat
ərzində universitetdən şəhər mərkəzinə
doğru yürüş
həyata keçirərək tələbələrin birlik və bərabərliyini nümayiş
etdirdilər. Noyabrın 16-da
Beynəlxalq Dil Festivalı keçirildi. Mən
festivalda Azərbaycan dili müəllimi olaraq iştirak etdim. Festivalda xarici tələbələrə və
yerli əhaliyə Azərbaycan dili dərsləri keçdim. Bizə ayrılan vaxt ərzində yerli və
əcnəbi tələbələrə Azərbaycan dili haqqında məlumat verməklə bərabər,
eyni zamanda Azərbaycan
haqqında maraqlı faktlar, Azərbaycanın
zəngin mədəniyyəti və tarixinə aid məlumatlar, iqtisadi, siyasi, elmi, idman
və digər sahələrdə əldə olunan
nailiyyətlər və ölkəmizdə baş
tutacaq Avropa
oyunları və Avropa çempionatı
barədə məlumat çatdırdıq. Noyabrın 19-da
isə milli sərgi təşkil olundu. Sərgidə Azərbaycana aid suvenirlər, milli geyimlər
və rəsmlər nümayiş olundu.
Şeffild Universitetini
bitirdikdən sonra Azərbaycanda elmi fəaliyyətlə məşğul olmaq istəyirəm. Bunun üçün də
ilk
öncə nüfuzlu
universitetlərin birində doktorantura təhsili almaq arzusundayam. Gələcəkdə arzum öz sahəmdə ekspert olmaq və elmə yeni ideyalar gətirməklə
bəşəriyyətə xidmət etməkdir.
Biz də ölkəmizin təhsil ənənələrini,
mədəniyyətimizi uzaq Britaniyada layiqincə təmsil
edən Tərlana qarşısına qoyduğu
hədəflərə çatmaqda uğurlar arzulayırıq.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2014.- 5 dekabr.- S.8.