Dünyanın ən
yüksək reytinqli universitetlərində
təhsil alan azərbaycanlı tələbələr
Taleh
ZİYADOV,
Kembric Universiteti
1977-ci ildə Bakıda anadan olub. IX sinfə
qədər Bakıdakı
260 nömrəli tam orta
məktəbdə, daha
sonra Türkiyədə
təhsil alıb. 2000-2002-ci illərdə ABŞ-ın Beliod Kollecində iqtisadiyyat, beynəlxalq münasibətlər
ixtisası üzrə
bakalavr,
2004-2006-cı illərdə ABŞ-ın
Corctaun Universitetində
beynəlxalq münasibətlər
ixtisası üzrə
magistr təhsili alıb.
2009-2013-cü illərdə
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı"
çərçivəsində Böyük Britaniyanın Kembric
Universitetində
beynəlxalq münasibətlər
ixtisası üzrə
doktorantura təhsilini başa vurub.
Fərhad
ABDULLAYEV,
London İmperial Kolleci
1992-ci ildə Bakıda anadan olub. 2009-cu ildə
Bakıdakı 8 nömrəli
tam orta məktəbi əla qiymətlərlə
bitirib. 2011-2014-cü illərdə Böyük
Britaniyanın London Kral
Kollecində biznesin idarə olunması ixtisası üzrə bakalavr təhsili alıb. 2014-cü ilin
sentyabrından
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı"
çərçivəsində Böyük Britaniyanın
London İmperial Kollecində marketinq və strategiya ixtisası üzrə magistr təhsili alır.
Tural
HACIYEV,
London İmperial Kolleci
1986-cı ildə Bakıda anadan olub. 2004-cü ildə Bakıdakı 20 nömrəli
məktəb-liseyi bitirib.
2008-ci ildə Azərbaycan
Dövlət Neft Akademiyasını
neft-qaz yataqlarının
işlənməsi və
istismarı
ixtisası üzrə
başa vuraraq bakalavr dərəcəsi alıb. "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı"
çərçivəsində Böyük Britaniyanın
London İmperial Kollecində neft mühəndisliyi ixtisası
üzrə magistr təhsili alıb.
Cavid
MƏMMƏDOV,
London İmperial Kolleci
1988-ci ildə Bakıda anadan olub. X sinfi Bakıdakı N.Tusi adına gimnaziyada, XI sinfi isə ABŞ-ın Vermont ştatında
bitirib.
2008-ci ildə Azərbaycan
Memarlıq və İnşaat Universitetinin nəqliyyat fakültəsini tətbiqi-geodeziya
ixtisası üzrə
başa vuraraq bakalavr dərəcəsi alıb. 2011-2013-cü illərdə
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı"
çərçivəsində Böyük
Britaniyanın London İmperial
Kollecində mühəndislik
ixtisası üzrə
magistr təhsilini başa vurub.
Hazırladı: Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.-
2014.- 5 dekabr.- S.8.