Nomenklaturada qismən
dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası təhsil nazirinin əmri
"Azərbaycan
Respublikası Təhsil Nazirliyi haqqında
Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Təhsil
Nazirliyinin 26.08.2008-ci il
tarixli 1019 nömrəli əmri ilə təsdiq
edilmiş "Azərbaycan Respublikası
Təhsil Nazirliyinin mərkəzi
aparatına və sisteminə daxil olan işçilərin vəzifə
nomenklaturasının siyahısı"nın 2.5-ci bəndinin
üçüncü abzası
aşağıdakı redaksiyada verilsin:
"Respublika
tabeli ümumtəhsil məktəbinin (internat, lisey, gimnaziya və s.) direktoru, direktor müavinləri
(təsərrüfat işləri üzrə direktor
müavini istisna olmaqla);".
2. Respublika tabeli ümumtəhsil
məktəbinin təsərrüfat işləri üzrə direktor müavini ilə əmək
münasibətlərinin tənzimlənməsi təhsil
müəssisəsinin direktoru tərəfindən
həyata keçirilsin.
3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin
"Azərbaycan müəllimi" qəzetində dərc
olunmasını, rəsmi internet səhifəsində
yerləşdirilməsini və yerli təhsili
idarəetmə orqanlarına göndərilməsini təmin etsin.
4. Əmrin icrasına
nəzarət Aparat rəhbərinə (M.Eynullayev) həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil
naziri
24 noyabr 2014-cü il
Azərbaycan
müəllimi.- 2014.- 12 dekabr.- S.2.