ADMİU-da növbəti
"Ustad
dərsləri"
ADMİU-da sentyabr ayından
mütəmadi olaraq keçirilən
"Ustad dərsləri" layihəsi davam edir. Növbəti dərsi
25 ildir ki, Türkiyədə
yaşayıb, fəaliyyət
göstərən, Azərbaycan milli
xalq çalğı aləti olan balabanı dünyaya
tanıdan, virtuoz ifaçı Əlixan Səmədov verib. Elə dərsinin əvvəlindən
"Bildiklərimi öyrətməyə, bilmədiyim sirləri
isə öyrənməyə gəlmişəm" deyən
musiqiçi ilə görüş
qarşılıqlı fikir mübadiləsi,
təcrübə bölüşməsi ilə davam edib. Tələbələrin maraqla dinlədiyi dərsdə universitetin
və Azərbaycan Milli Konservatoriyasının
müəllim və tələbələri,
tanınmış balaban
ifaçıları, əməkdar artistlər Şirzad Fətəliyev,
İlham Nəcəfov və onların tələbələri
də iştirak edirdi.
Görüşdə
Əlixan Səmədov balaban alətinin strukturu, incəlikləri, ifa
texnikası haqda geniş
danışaraq bütün bunlara nəzəri və praktiki
şəkildə aydınlıq gətirib.
***
ADMİU-da "Ustad dərsləri"
layihəsi çərçivəsində Gürcüstan
İncəsənət Akademiyasının qrim
üzrə mütəxəssisi, bir çox tanınmış beynəlxalq layihələrin qrim
ustası olan Anuka Murvanidze 4 gün ərzində nəzəri və praktiki məşğələlər keçib. 22 il bu sahədə
çalışan Anuka Murvanidze
tələbələrə qrim sənətinin
tarixi, kino, teatr, səhnə, şou
və televiziya üçün
qrim və vizaj, kosmetik vasitələr və onlardan
düzgün istifadə haqqında geniş məlumat verib. Məşğələlərdə
universitetin rəssamlıq fakültəsinin
IV kurs tələbələri və eləcə
də Rus Dram
Teatrının, Gənc
Tamaşaçılar və Musiqili Komediya
teatrının qrim mütəxəssisləri
də iştirak ediblər. Praktiki məşğələlərdə tələbələr
səhnə vizajı, üzdə yaşlı adam
effektinin, teatr
obrazlarının yaradılması texnikasını öyrənərək
öz üzərlərində tətbiq
ediblər.
Azərbaycan müəllimi.- 2014.- 12 dekabr.- S.12.