Naxçıvan
Dövlət Universitetində
beynəlxalq konfrans keçirilib
Naxçıvan
Dövlət Universitetində "Tədris prosesinin
təkmilləşdirilməsi və müasir
təhsil konsepsiyaları" mövzusunda
beynəlxalq elmi konfrans
keçirilib.
Təhsil
Nazirliyi, Təhsil Problemləri İnstitutu və Naxçıvan Müəllimlər
İnstitutunun birgə təşkil etdiyi konfransın plenar
iclasında Naxçıvan Muxtar
Respublikası Ali Məclisi
Aparatının Humanitar siyasət məsələləri
və ictimai təşkilatlarla iş şöbəsinin müdiri
Rəhman Məmmədov Ali Məclisin sədri adından konfrans
iştirakçılarını salamlayıb.
Şöbə müdiri çıxışında bildirib ki,
Naxçıvanda təhsilin inkişafı istiqamətində
ardıcıl tədbirlər həyata keçirilir.
"Naxçıvan Muxtar Respublikasında sağlamlıq
imkanları məhdud uşaqların təhsilə cəlbi
üzrə Dövlət Proqramı" bu
sahədə işləri sürətləndirib. Muxtar Respublikada elektron təhsilin
tətbiqi, təhsil müəssisələrində virtual tədris mühitinin
formalaşdırılması, tədrisin əyaniliyi və səmərəliliyinin
artırılması məqsədilə Ali
Məclis sədrinin imzaladığı "Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində
elektron təhsilin təşkili ilə
bağlı əlavə tədbirlər haqqında" sərəncam
Azərbaycan tarixi və mədəniyyəti
ilə bağlı mövzuların tədrisi prosesində
muzeylərlə təhsil müəssisələri arasında
interaktiv əlaqələrin genişlənməsinə
zəmin yaradıb.
Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasında Bilik
Fondu yaradılıb, həmçinin elm, texnika, memarlıq, mədəniyyət
və ədəbiyyat üzrə mükafatlar
təsis edilib.
Azərbaycan
Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası" və
təhsil sisteminin qarşısında duran vəzifələr" mövzusunda
məruzə ilə çıxış edərək ümummilli lider Heydər
Əliyevin əsasını qoyduğu təhsil
strategiyasının uğurlu davamından, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı
ilə təsdiq edilmiş Dövlət
Strategiyasının təhsilin tərəqqisinə verəcəyi
töhfələrdən söhbət açıb. Nazir müavini qeyd edib ki, milli
təhsilin insan kapitalına olan təlabatı ödəyəcək və
dünya standartlarına cavab
verəcək səviyyəyə çatdırılması
istiqamətində görülən işlər, Heydər
Əliyev Fondu tərəfindən
çoxsaylı müasir məktəbəqədər
tərbiyə müəssisələri və orta
məktəblərin tikilib istifadəyə
verilməsi mühüm əhəmiyyətə
malikdir.
Dövlət
Strategiyasının reallaşdırılması haqqında
fikirlərini bildirən F.Qurbanov nəzərə
çatdırıb ki, strategiya
təhsilin məzmununun mənimsənilməsini təmin edən
səriştəli təhsilverənlərin
formalaşdırılmasına, təhsildə nəticələrə
görə cavabdeh, şəffaf, səmərəli tənzimləmə
və idarəetmə mexanizmlərinin, müasir
tələblərə uyğun və ömür boyu təhsili
təmin edən təhsil infrastrukturunun
formalaşdırılmasına zəmin yaradır. Bu sənəd, həmçinin təhsil infrastrukturunun Azərbaycanın perspektiv inkişaf konsepsiyasına
uyğun yenidən qurulmasına, ölkədə
biliklərə əsaslanan iqtisadiyyatın və informasiya cəmiyyətinin təşəkkülünə
imkan yaradır. Təhsil Nazirliyi
Dövlət Strategiyasının icrası istiqamətində
nəzərdə tutulan hədəflərə
cəmiyyətin bütün təbəqələri
ilə əməkdaşlıq çərçivəsində
nail olmağa üstünlük verir.
Naxçıvan
Dövlət Universitetinin rektoru
Saleh Məhərrəmov "Bolonya prosesi:
Naxçıvan Dövlət Universiteti
qarşısında duran vəzifələr"
mövzusunda məruzə edib.
O bildirib ki,
universitet Bolonya sisteminin tam tətbiqi, tədrisin
kredit sisteminə uyğun
qurulması, müəllim-tələbə mobilliyi,
elektron təhsil şəbəkəsinin
yaradılması istiqamətində işlər aparmaqla yanaşı, muxtar
respublikada fəaliyyət göstərən
orta ixtisas təhsili
müəssisələrinin də Bolonya
sisteminə keçməsinə dəstək göstərir.
Azərbaycan
Respublikası Təhsil Problemləri İnstitutunun
direktoru Qulu Novruzov "Təhsildə yeni
hədəflərə yol - müasir məktəb və innovativ
müəllim" mövzusundakı məruzəsində
ölkəmizdə təhsil sahəsində aparılan
islahatların qarşıya qoyduğu prioritet vəzifələrdən, tədris
prosesində, pedaqoji kadr
hazırlığında
məzmun dəyişikliyi, ənənəvi metodlardan
müasir tədris üsullarına keçid, beynəlxalq təcrübənin mənimsənilməsi
və tətbiqinin əhəmiyyəti barədə məlumat
verib.
AMEA-nın
Naxçıvan Bölməsinin sədri, akademik
İsmayıl Hacıyev çıxışında elm və təhsilin qarşılıqlı əlaqələrindən
və paralel inkişaf
istiqamətlərindən, regionda elmi kadr
hazırlığı prosesində ali təhsil
müəssisələrinin müstəsna rolundan
danışıb. Plenar iclasda Naxçıvan Müəllimlər İnstitutunun rektoru Oruc Həsənli "Təfəkküryönümlü
kurikulum və gələcəyə
baxış", İstanbul Əsənyurd
Universitetinin əməkdaşı Davud İbrahimoğlu
"Pozitiv düşüncə və beynin uyğun öyrənilməsi",
Bakı Biznes Universitetinin
professoru Fərahim Sadıqov "Pedaqoji elmin banisi Y.A.Komenskinin vətəni
Çexiyada təhsil"
mövzularında məruzələr ediblər.
İkigünlük beynəlxalq elmi konfransda 8 bölmə iclası keçirilib.
Azərbaycan
müəllimi.- 2014.- 19 dekabr.- S.3.