"Məktəblilərin
fənn olimpiadalarının təşkili
və keçirilməsi Qaydaları"nın təsdiq
olunması barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri
İstedadlı
şagirdlərin aşkara
çıxarılmasında əhəmiyyətli rol oynayan fənn
olimpiadalarının təşkili və keçirilməsi ilə
bağlı işləri obyektiv və
şəffaf qaydada həyata keçirmək
məqsədilə "Azərbaycan Respublikasının Təhsil
Nazirliyi haqqında Əsasnamə"nin
8.14-cü və 13.5-ci bəndlərini
rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. "Məktəblilərin
fənn olimpiadalarının təşkili və keçirilməsi
Qaydaları" təsdiq edilsin (əlavə
olunur).
2. Təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev) 10 gün ərzində Respublika təşkilat komitəsinin tərkibinə dair təklifləri təqdim etsin.
3. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinə tabe olan ümumi təhsil müəssisələrinin direktorları bu "Qaydalar"dan irəli gələn zəruri tədbirləri həyata keçirsinlər.
4. İqtisadiyyat şöbəsi (R.Orucov) fənn olimpiadaların təşkili, keçirilməsi, qaliblərin təltif olunması, münsiflər heyəti üzvlərinin, müəllimlərin mükafatlandırılması ilə əlaqədar xərclərin smetasını hazırlayıb təsdiq üçün Nazirliyin rəhbərliyinə təqdim etsin.
5. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin "Azərbaycan müəllimi"
qəzetində dərc edilməsini, aidiyyəti struktur qurum və bölmələrə
çatdırılmasını və Nazirliyin
internet saytında yerləşdirilməsini
təmin etsin.
6. Əmrin icrasına
nəzarət nazir müavini
Ceyhun Bayramova həvalə
edilsin.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil
naziri
12 dekabr 2014-cü il
Azərbaycan
müəllimi.- 2014.- 19 dekabr.- S.8.