"Məktəblilərin
47-ci Beynəlxalq Kimya
Olimpiadasında çıxış edəcək
milli
komandaya namizədlərin seçilməsi
Qaydaları"nın təsdiq olunması barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan
məktəblilərinin 47-ci Beynəlxalq Kimya
Olimpiadasında uğurlu
çıxışının təmin edilməsi üçün milli komandada təmsil olunacaq
namizədlərin seçilməsini mütəşəkkil qaydada aparmaq məqsədi
ilə "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"nin
8.14-cü və 13.5-ci bəndlərini
rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. "Məktəblilərin
47-ci Beynəlxalq Kimya Olimpiadasında
çıxış edəcək milli komandaya namizədlərin seçilməsi
Qaydaları"təsdiq edilsin (əlavə
olunur).
2. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinin direktorları bu Qaydalardan irəli gələn zəruri tədbirləri həyata keçirsinlər.
3. İqtisadiyyat şöbəsi (R.Orucov)
seçim turlarının keçirilməsi
ilə əlaqədar və digər xərclərin
smetasını hazırlayıb təsdiq üçün
Nazirliyin rəhbərliyinə təqdim etsin.
4. Təşkilat Komitəsinin
fəaliyyətinin və nəzərdə tutulan
tədbirlərin yerinə yetirilməsinin koordinasiyası nazirin müşaviri H. Əliyevə həvalə edilsin.
5. İnformasiya şöbəsi (E. Əliyev) bu əmrin "Azərbaycan müəllimi" qəzetində dərc edilməsini, aidiyyəti struktur qurum və bölmələrə çatdırılmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
6. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilsin.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil
naziri
15 dekabr 2014-cü il
Azərbaycan
müəllimi.- 2014.- 19 dekabr.- S.8.