Məktəblilərin
47-ci Beynəlxalq Kimya Olimpiadasında
çıxış edəcək milli komandaya namizədlərin
seçilməsi
QAYDALARI
Azərbaycan Respublikası təhsil nazirinin
15 dekabr 2014-cü il tarixli 1261 nömrəli əmri ilə təsdiq edilib
1. Ümumi müddəalar
1.1. Azərbaycan
Respublikasının paytaxtı Bakı şəhərində
keçiriləcək 47-ci Beynəlxalq Kimya
Olimpiadasında çıxış edəcək milli komandaya namizədlərin
seçilməsi məqsədi ilə ümumtəhsil müəssisələrinin
şagirdləri arasında kimya fənni
üzrə seçim turları keçirilir.
1.2. Ümumi
təhsil müəssisələrinin rəhbərləri, yerli təhsili idarəetmə orqanları
istedadlı şagirdlərin müəyyənləşdirilməsi
və seçim turlarının bu Qaydalara uyğun
keçirilməsi üçün birbaşa məsuliyyət
daşıyırlar.
1.3. Kimya
fənni üzrə seçim turlarına
X-XI sinif şagirdləri cəlb edilir.
1.4. Seçim
turlarının yekun mərhələnin
qalibləri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin
Bakı filialında təşkil olunacaq
Beynəlxaq Kimya Olimpiadasına
hazırlıq məşğələlərində iştirak edirlər.
2. Seçim turlarının təşkili
2.1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20.06.2014-cü il tarixli 739 nömrəli əmrinə əsasən 47-ci Beynəlxalq Kimya Olimpiadası ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi kimya fənni üzrə seçim turlarının şəffaf və obyektiv keçirilməsini təmin edir. Təşkilat Komitəsi seçim turlarının bu Əsasnaməyə uyğun qaydada keçirilməsi üçün lazımi tədbirlər görür.
2.2. Rayon (şəhər) təhsil şöbəsi (idarəsi) rəhbərlərinin vəzifələri:
2.2.1. Seçim
turlarının rayon (şəhər) mərhələsinin
keçirilməsi üçün sualların
və cavab kartlarının müsabiqənin
keçiriləcəyi tarixdən 2 gün
əvvəl Təhsil Nazirliyindən qəbul edir;
2.2.2. Şagirdlərin
rayon (şəhər) mərhələsinin
cavab kartlarının Təhsil Nazirliyinə
göndərilməsini təmin edir.
2.3. Təşkilat Komitəsinin vəzifələri:
2.3.1. Seçim
turlarında tapşırıqların və cavab
kartlarının hazırlanmasını, rayon
(şəhər) təhsil şöbələrinə (idarələrinə)
çatdırılmasını, cavab
kartlarının oxunmasını təşkil edir;
2.3.2. Seçim
turlarının hazırlıq işlərinin vaxtında başa çatdırılmasını təmin
edir;
2.3.3. Seçim
turlarının son nəticələrini
ümümiləşdirərək təhlil edir
və yekun hesabatı
hazırlayır.
3. Seçim turlarının keçirilməsi
3.0.1. Seçim
turları 3 (üç)-rayon
(şəhər), zona və respublika mərhələlərindən ibarətdir.
3.1. Seçim turlarının rayon (şəhər) mərhələsi
3.1.1. Bu
mərhələdə suallar M.V.Lomonosov adına Moskva
Dövlət Universitetinin Bakı
filialının mütəxəssisləri tərəfindən
siniflər üzrə məktəb proqramına uyğun olaraq qapalı test formatında hazırlanır.
3.1.2. Rayon
(şəhər) mərhələsində şagirdlərə
30 (otuz) sual təqdim edilir və cavablandırılması üçün 3 (üç)
saat vaxt
ayrılır.
3.1.3 Təhsil Nazirliyi tabeliyindəki lisey
və gimnaziyaların, özəl məktəblərin şagirdləri
rayon (şəhər) mərhələsində
ərazi üzrə yerləşdikləri rayonda
(şəhərdə) iştirak edirlər.
3.1.4. Ümumi təhsil müəssisələrinin,
Təhsil Nazirliyinin tabeliyindəki lisey və gimnaziyaların, özəl məktəblərin
direktorları rayon (şəhər) mərhələsində
iştirak edəcək şagirdlərin
adlı siyahısını müvafiq rayon (şəhər) təhsil şöbəsinə
(idarəsinə) təqdim edirlər. Bu turda
iştirakçıların sayına məhdudiyyət qoyulmur.
3.1.5. Rayon
(şəhər) turunda iştirak
edən şagirdlərin cavab kartları ən
geci imtahan keçirilən
tarixdən 1 (bir) gün
sonra təhsil şöbəsi (idarəsi)
tərəfindən Təhsil Nazirliyinə təqdim olunur.
3.2. Seçim turunun zona mərhələsi
3.2.1. Seçim turunun
zona mərhələsi Təşkilat Komitəsi tərəfindən
müəyyən edilmiş mərkəzlərdə
keçirilir. Bu mərkəzlər
ölkənin müxtəlif bölgələrində yerləşən
ümumi təhsil müəssisələrindən
seçilir.
3.2.2. Zona
mərhələsində iştirak edəcək
şagirdlər rayon (şəhər) mərhələsinin
nəticələrinə əsasən Təşkilat Komitəsinin
qərarı ilə müəyyənləşdirilir.
3.2.3. Təşkilat
Komitəsi zona mərhələsində iştirak edəcək şagirdlərin
adlı siyahısını rayon (şəhər)
təhsil şöbələrinə (idarələrinə) turun keçiriləcəyi tarixdən 1 (bir) həftə əvvəl göndərir.
3.2.4. Bu mərhələdə suallar M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin
Bakı filialının mütəxəssisləri tərəfindən
məktəb proqramına uyğun və
nisbətən çətinləşdirilmiş qapalı test və açıq tipli
suallar formatında hazırlanır.
3.2.5. Zona
mərhələsində şagirdlərə 30 (otuz) sual təqdim edilir və cavablandırılması üçün 4 (dörd)
saat vaxt
ayrılır.
3.2.6. Təşkilat
Komitəsi zona mərhələsinin cavab kartlarının oxunmasını, qiymətləndirilməsini
və nəticələrin rayon (şəhər)
təhsil şöbələrinə (idarələrinə)
çatdırılmasını təmin edir.
3.3. Seçim turunun respublika mərhələsi
3.3.1. Seçim
turunun respublika mərhələsi
M.V.Lomonosov adına Moskva
Dövlət Universitetinin Bakı
filialında keçirilir.
3.3.2. Respublika
mərhələsində iştirak edəcək
şagirdlər zona mərhələsinin
nəticələrinə əsasən Təşkilat Komitəsinin
qərarı ilə müəyyənləşdirilir.
3.3.3. Respublika mərhələsinin
sualları M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin
Bakı filialının mütəxəssisləri tərəfindən
məktəb proqramına uyğun olaraq çətinləşdirilmiş
qapalı test və açıq tipli suallar formatında
hazırlanır.
3.3.4. Respublika
mərhələsində şagirdlərə 20 (iyirmi) sual təqdim edilir və imtahan üçün 4 (dörd)
saat vaxt
ayrılır.
3.3.5. Respublika
mərhələsinin nəticələri imtahan
başa çatdıqdan 5 gün
sonra elan edilir.
3.3.6 Nəticələr
məlum olduqdan sonra apelyasiya günü müəyyən
edilir. Nəticələrindən
narazı qalmış iştirakçılar öz
işlərinə yenidən baxılması üçün
Təşkilat Komitəsinə müraciət edə bilərlər.
Belə müraciətlərə M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin Bakı filialının mütəxəssislərinin
iştirakı ilə baxılır.
4. Seçim
turlarının maliyyələşdirilməsi
4.1. Seçim
turlarının rayon (şəhər),
habelə zona və respublika
mərhələsi iştirakçılarının ezamiyyə
xərcləri yerli təhsil orqanları tərəfindən
ödənilir.
4.2. Seçim
turlarının zona və respublika
mərhələlərinin keçirilməsi ilə əlaqədar
bütün xərclər Təhsil Nazirliyi tərəfindən ödənilir.
Azərbaycan
müəllimi.- 2014.- 19 dekabr.- S.8.