Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetində konfrans
keçirilib
Dekabrın 19-da Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində professor-müəllim
heyəti, Tələbə Elmi Cəmiyyəti və "Azərbaycan
Respublikası Dağlıq
Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması" İctimayi
Birliyinin dəstəyi ilə "...İşğaldakı mədəniyyətimiz..."
mövzusunda tələbə elmi-nəzəri, praktik
konfransı keçirilib. Konfrans iştirakçıları, öncə
universitetin foyesində Qarabağın
küçələrini, məhəllələrini əks etdirən rəsm sərgisi
ilə tanış olublar.
Tədbiri rektor, professor Fərəh
Əliyeva açaraq, qonaqları
salamlayıb. Daha sonra "Azərbaycan
Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması" İctimai Birliyinin rəhbəri,
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı
Bayram Səfərov, onun humanitar məsələlər üzrə müavini Vüsalə Fətəliyeva
çıxış edərək Qarabağ,
onun ərazisi, əhalisi, mədəniyyəti,
böyük
şəxsiyyətləri haqda geniş məlumat verib, gənclərin
bu mövzu ilə belə
dərindən maraqlandıqlarına görə fərəh hissi keçirdiklərini bildiriblər.
Çıxışlardan
sonra söz tələbələrə
verilib. Gənc tədqiqatçılar "Daş
üzərində həkk olmuş Qarabağ mədəniyyəti" (Nərgiz Hüseynova), "Qarabağ
müharibəsi" (Pərvin Ağayeva)
, "Gənc rəssamların
yaradıcılığında Qarabağ
mövzusu" (Fidan
Böyükbabalı), "Qarabağ
xalçaçılığı" (Gülnar
Nəzərova), "Kəlbəcər rayonunun
tarixi mədəniyyət abidələri"
(Günel Babaxanova),
"İşğal altında qalan mədəniyyət abidələri"
(Elnarə Mürsəlova), "Azərbaycan folkloruna erməni
təcavüzü" (Nuranə Əlili), "Ataya məktub" (Hüseynağa
Aslanov) kimi maraqlı mövzularla
çıxış ediblər. "Qarabağ
xanəndələri" (Cəmilə Əliyeva) və "Qarabağ aşıq sənəti" (Məharət
Şəfili, Elvin Mehmanlı) mövzusunda məruzələr
isə qonaqlara
musiqi sənəti fakültəsinin tələbələrinin
ifası ilə təqdim edilib.
Qeyd edək ki, müəllim, tələbə heyəti və qonaqlar tərəfindən maraqla dinlənilən konfransın məqsədi tələbələri elmi tədqiqat fəaliyyətinə cəlb etmək, fundamental tədqiqatların aparılmasına gənclərin marağının artırılmasına köməklik göstərmək, həmçinin maddi və qeyri-maddi mədəni irsin qorunmasının əhəmiyyətini gənc nəsillər arasında dərindən qavranılması zəruriliyini aşılamaqdır.
Nərmin
QARALOVA
Azərbaycan
müəllimi.- 2014.- 26 dekabr.- S.5.