ADMİU-nun tələbəsi beynəlxalq

festivalda  birinci yerin qalibi olub

 

Natəvan Dinikayeva 1994-cü ildə  Bakıda anadan olub. 2003-cü ildə F.Əmirov adına musiqi məktəbində Y.Xəlilulinanın sinfində fortepiano  təhsili alıb. 2010-cu ildə əla qiymətlərlə musiqi məktəbini bitirib həmin il A.Zeynallı adına Musiqi Kollecinə daxil olub. 2014-cü  ildə kolleci bitirib,  Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinə daxil olub.

ADMİU-nun  musiqi sənəti  fakültəsinin I kurs tələbəsi  Natəvan Dinikayeva "RENAISSANCE FESTIVALS" yaradıcılıq mərkəzinin təşkil etdiyi "Christmas Lights" ("Milad işıqları") adlanan XIV Beynəlxalq festival çərçivəsində keçirilən müsabiqədə "İnstrumental musiqi"  nominasiyası üzrə qalib olub. Macarıstan, Ukrayna, İsrail, Çin, Belarus, Rusiya başqa ölkələrin nümayəndələrinin iştirak etdiyi müsabiqə Macarıstanın Balatonfüred şəhərində baş tutub. İfaçının çıxışı münsiflər heyəti tərəfindən ifaçılıq texnikası, repertuar seçimi artistizm meyarları üzrə dəyərləndirilib.

Qeyd edək ki, N.Dinikayeva ADMİU-nun musiqi sənəti fakültəsinin instrumental ifaçılıq dirijorluq kafedrasının baş müəllimi, sənətşünaslıq  üzrə fəlsəfə doktoru, pianoçu Səbinə Mehdiyevanın sinfində təhsil alır.

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2014.- 26 dekabr.- S.7.