Uşaqlıqdan musiqiyə
həvəs göstərib
Cabbar Paşazadə
1995-ci ildə Bakı şəhərində anadan olub. Paytaxtdakı 280
nömrəli tam
orta məktəbi
bitirib. Uşaqlıqdan musiqiyə, əsasən
tar alətinə böyük
həvəs göstərib. Bu həvəs onu 2005-ci
ildə 37 nömrəlı uşaq musiqi məktəbinə gətirib. İlk
musiqi müəllimi
İmaməli İmaməliyev olub. Musiqi məktəbində
oxuduğu illərdə konsertlərdə
iştirak edib.
2011-ci ildə Azərbaycan
Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin Xalq çalğı alətləri
ixtisasının tar sinfinə qəbul olub. Müəllimləri
respublikanın əməkdar artisti Valeh Rəhimov və
Davud Abdullayev ona tar alətinin sirlərini daha
mükəmməl öyrədiblər. 2012-ci ildə Cabbar İ.M.Əbilov adına Mədəniyyət
Mərkəzində fəal iştirak
etdiyinə görə laureat diplomu ilə təltif edilib.
Həmin ilin
dekabrında görkəmli tarzən,
Azərbaycan Respublikasının xalq artisti Əhmədxan Bakıxanovun anadan olmasının 120 illik
yubileyinə həsr olunmuş musiqi kolleci tələbələrinin tar
ifaçılarının muğam
müsabiqəsində gözəl musiqi nümayiş etdirərək III dərəcəli
diploma layiq görülüb.
2014-cü ildə uşaq və gənclər
arasında xalq çalğı alətləri
ifaçılarının III respublika
müsabiqəsində və milli musiqi alətləri
ifaçıları və xanəndələrin Bülbül adına II respublika
müsabiqəsində iştirak edərək diplomlarla təltif olunub.
İstedadlı gənc
tarzən Cabbar Paşazadə 2009-cu ildən M.Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniyasının Ağaverdi Paşayevin rəhbərlik
etdiyi Dövlət uşaq
və gənclər orkestrində fəaliyyət göstərir.
Sifai SƏFƏROVA
Azərbaycan
müəllimi.- 2014.- 26 dekabr.- S.7.