Beynəlxalq müsabiqənin

Qran-pri mükafatçısı

 

Zərifə Alxazova 1998-ci ildə Bakı şəhərində anadan olub. 2010-cu ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka ixtisası üzrə -İlhamə Ağayevanın sinfinə daxil olub. Hazırda XI sinif şagirdidir. Z.Alxazova respublika və beynəlxalq müsabiqələr laureatıdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş II Respublika müsabiqəsində I yerə layiq görülüb. Seçdiyi sənətin sirlərinə daha dərindən yiyələnmək üçün o, 2013-cü ildə Rusiyanın Həştərxan şəhərində keçirilən professor S.Nesterovun  "İstedadlı uşaqlar üçün yaradıcılıq məktəbi"ndə ustad dərsləri alıb. 2014-cü ildə  İSESCO-nun, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Bakı Musiqi Akademiyasının iştirakı və Kainat Gənclər Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən "İslam Dünyasının Gənc klassik musiqi ifaçılarının III Beynəlxalq müsabiqəsində  Qran-pri mükafatına layiq görülüb.  2014-cü il martın 18-də "ÜNS" Yaradıcılıq səhnəsində İ.S.Bax Beynəlxalq festivalı çərçivəsində konsert proqramında çıxış edib.

Gənc istedad Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin  hazırladığı bir çox konsert proqramlarında dünya bəstəkarlarının əsərlərini məharətlə ifa edərək  tamaşaçı alqışı qazanıb. 

Öz üzərində  səylə çalışan Zərifənin gələcəkdə gözəl skripkaçı olacağına  ümid bəsləyirik.

 

 Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2014.- 26 dekabr.- S.7.