Muğam-2013 müsabiqəsinin laureatı

 

Orxan Hüseynli  1993-cü  ildə Fizuli şəhərində anadan olub. 1999-cu ildə tam orta məktəbin  I sinfinə daxil olub. Uşaqlıqdan musiqiyə böyük həvəsi olduğunu görən valideynləri  ona dəstək olublar.  2010-cu ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirib. 2011-ci ildə   Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin xanəndəlik ixtisası fakültəsinə qəbul olunub.  Musiqi Kollecində oxuduğu müddətdə xalq artisti, professor  Mənsum İbrahimovdan muğam dərsi alıb.  Müəlliminin kollecin rəhbərliyinin dəstəyi ilə dəfələrlə bir çox  tədbir konsertlərdə iştirak edib.

2013-cü ildə Heydər Əliyev Fondunun  dəstəyi ilə keçirilən  Muğam-2013 müsabiqəsinin laureatı olub.

2014-cü ildə Musiqi Kollecini bitirən gənc istedad hazırda Azərbaycan televiziyasının  "Xatirə" ansamblında solist kimi fəaliyyət göstərir.

Orxanın  milli muğam sənətində ən böyük uğurları qabaqdadır. Hələ çox mötəbər səhnələrdən onun şirin, məlahətli səsi eşidiləcək, zəngulələri tamaşaçıları heyran edəcək.

 

 Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2014.- 26 dekabr.- S.7.