Arzusu təhsilini İngiltərədə

davam etdirməkdir

 

Elman Süleymanov 1992-ci ildə Bakı şəhərində anadan olub. İlk təhsilini Milli Konservatoriyanın tərkibində İncəsənət  Gimnaziyasında alıb. Sonra Fiziki imkanları məhdud uşaqlar üçün 5 nömrəli internat məktəbini əla qiymətlərlə bitirib. Gözdən əlil uşaqlar üçün 38 nömrəli onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə Aliyə Zeynalovanın sinfində təhsil alıb. Türkiyədə keçirilən musiqi  festivallarında və müsabiqələrdə  dəfələrlə iştirak  edərək  qalib adını qazanıb.

E.Süleymanov  2011-ci ildə Qərb Universitetinin politologiya fakültəsinə qəbul olub. Ali məktəbdə təhsilini davam etdirməklə bərabər Azərbaycan Gözdən Əlillər Cəmiyyətində beynəlxalq əlaqələr departamentinə rəhbərlik edir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Gənclər İdman Nazirliyinin  həyata keçirdiyi bir neçə layihələrə rəhbərlik edir.  Bir çox layihələrdə  təlimçi kimi fəallıq nümayiş etdirib. Öz istedadı, bilik bacarığı ilə seçilən Elman Süleymanov müxtəlif ölkələrdə baş tutan konfranslarda iştirak edib. Həmişə əzmlə çalışır, bilir ki, yalnız gərgin əmək sayəsində əlçatmaz  arzular gerçəkləşə bilər.

Arzusu magistr təhsilini İngiltərədə davam etdirməkdir.

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2014.- 26 dekabr.- S.7.