"İNEPO-2014"
Beynəlxalq
olimpiadasının qızıl medalçısı
İkram Qabiyev
2001-ci ildə Bakıda
anadan olub. "Ankara məktəbi" məktəb-lisey"in VII sinif
şagirdidir. 2014-cü ilin aprelində Azərbaycan Respublikası Dövlət
Neft Şirkəti, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
İDEA təbiəti mühafizə
üzrə ictimai təşkilatı və İctimai Televiziyanın təşkilatçılığı ilə Bakıda keçirilən
"İNEPO-2014" Beynəlxalq olimpiadasında iştirak edib. Olimpiadada dünyanın 51 ölkəsindən 180 komanda
təmsil olunub. İkram bu bilik yarışmasında
"Günəş radiasiyasından
elektrik enerjisi alınmasının yeni metodikası" adlı layihəsi ilə çıxış edib.
Sevindirici haldır ki, onun hazırladığı
qurğu təşkilatçılar
və münsiflər
heyəti tərəfindən yüksək
qiymətləndirilib və olimpiadanın qızıl medalına layiq görülüb.
İkram həmin
layihə ilə iyun ayında ABŞ-ın Osveqo şəhərində
təşkil olunmuş
ümumdünya olimpiadasında
(GENİUS Olimpiada) iştirak
edərək "HONOR" sertifikatına layiq gorulüb. Beləliklə, 12 yaşlı azərbaycanlının
şərəfinə Amerikada
Azərbaycan bayrağı
qaldırılıb. 2014-cü ilin noyabrında Azərbaycan Milli Elmlər Akademiyasının
təşkilatçılığı ilə keçirilən Bakı Elm Festivalında İkram
Qabiyev eyni adlı layihə ilə balaca ixtiraçı kimi hamını təəccübləndirib.
Sifai
SƏFƏROVA
Azərbaycan
müəllimi.- 2014.- 26 dekabr.- S.7.