12 yaşlı Çinarə beynəlxalq

müsabiqələr laureatıdır

 

Çinarə Əzimova  2002-ci ildə Bakı şəhərində anadan olub.  2011-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin IV sinfinə daxil olub.  Vokal ixtisası üzrə dosent İradə Xəlilovanın sinfində təhsil alır.  2009-cu ildə keçirilmiş M.Rostropoviç adına "Gənc ifaşıların Bakı müsabiqəsi"nin laureatıdır. 2012-ci ildə  vokal ixtisası  üzrə SSRİ xalq artisti Bülbülün anadan olmasının 115 illiyinə həsr olunmuş musiqi festivalının qalibi adına, 2013-cü il Estoniyanın Koxtla-Yarve şəhərində keçirilən gənc vokalçıların VIII Beynəlxalq müsabiqəsində Qran-pri mükafatına layiq görülüb. 2013-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş gənc ifaçıların II Respublika müsabiqəsinin  vokal ixtisası üzrə laureat olub. 2014-cü ildə Latviya "Riqa-Simfony" müsabiqəsində Qran-pri mükafatını qazanıb. 2014-cü ildə  Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Moskvanın Böyük Kreml Sarayında keçirilmiş "Melodika pokoleniy" adlı II Beynəlxalq Uşaq Musiqi  Festivalında iştirak edib.  

Hazırda  o, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka ixtisası üzrə VII sinfində oxuyur. Çinarə Əzimova dəfələrlə dövlət tədbirlərində iştirak edib.

 

 Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2014.- 26 dekabr.- S.7.