Tanınmış memarlar universitetdə
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin
Naxçıvanda keçirilmış II plenumunun
iştirakçıları Naxçıvan Dövlət Universitetinin memarlıq və mühəndislik
fakültəsində olublar. Universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə
fəlsəfə doktoru, dosent
Surə Seyid qonaqları salamlayaraq
ali məktəbin strukturu,
təşəkkülü və inkişafı, tədrisin səviyyəsi,
professor-müəllim heyəti və tələbə kontingenti barədə geniş
məlumat verib. Qeyd olunub
ki, Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun ali təhsilin
inkişafına göstərdiyi diqqət və qayğı
sayəsində universitetin 110 hektarlıq ərazisində
ucaldılan bir-birindən yaraşıqlı tədris
korpusları müasir memarlıq kompleksi təşkil edir.
Burada digər ixtisaslar
kimi memarlıq ixtisası da
dünya standartlarına cavab
verəcək səviyyədə, müasir
informasiya-kommunikasiya texnologiyalarından
istifadə yolu ilə tədris olunur. Ali məktəbdə mövcud olan sürətli internet
resursları, tezliklə istifadəyə veriləcək elektron təhsil şəbəkəsi müxtəlif
dünya universitetləri ilə virtual əməkdaşlığa, onlayn simpozium və
konfransların təşkilinə, təcrübə
mübadiləsinə xidmət edəcək. Universitetdə
2001-ci ildən etibarən memarlıq üzrə yüksək
ixtisaslı mütəxəssislər hazırlanır.
Hazırda burada təhsilin bakalavr,
magistratura və doktorantura
pillələri üzrə 200-ə yaxın tələbə
təhsil alır ki, onların
sırasında Türkiyə, Nigeriya
respublikalarının da vətəndaşları
var.
Qonaqlar auditoriyalarda,
"Memarlıq və incəsənət tarixi"
kabinetində və sərgi salonunda tədris
prosesi, tələbə memarların yeni layihələri ilə tanış olublar.
Memarlıq
ixtisasının tələbələri ilə görüş zamanı Azərbaycan
Memarlıq və İnşaat Universitetinin beynəlxalq əlaqələr
üzrə prorektoru, memarlıq doktoru, professor Nərgiz Abdullayeva Azərbaycanın zəngin
memarlıq ənənələrindən, Naxçıvan
memarlıq məktəbinin dünyaca məşhur
nümunələrə
malik olmasından, müasir
memarlıq və şəhərsalma sahəsində
qazanılan nailiyyətlərindən bəhs edib.
Çıxışda universitetlərarası təcrübə
mübadiləsi, müştərək layihələrin təşkili
ilə bağlı maraqlı təkliflər səsləndirilib.
Nərgiz Abdullayeva gənc memarları Azərbaycan
Memarlar İttifaqının yeni yaradılan Naxçıvan Bölməsinin
fəaliyyətində yaxından iştirak
etməyə çağırıb.
Azərbaycan
Memarlar İttifaqı İdarə Heyətinin
sədri, Azərbaycanın əməkdar
memarı, "Şöhrət" ordenli
Elbəy Qasımzadə sivilizasiyanın beşiyi
Naxçıvanda qədim və orta əsrlər
dövrünə məxsus nadir tarixi abidələrin olmasından
danışıb, Naxçıvanda keçirilən plenumun memarlığın inkişafı və
memarlar
arasında qarşılıqlı əlaqələrin
qurulması baxımından faydalı olacağını qeyd edib.
Azərbaycan
Memarlıq və İnşaat Universitetinin professoru Ramiz Əbdülrəhmanov memarlıq
ixtisasının tədrisi ilə bağlı əməkdaşlığın
əhəmiyyətindən bəhs edib, tələbələrə
zəngin bilik və təcrübəyə
yiyələnməyi tövsiyə edib, sərgidəki
işləri yüksək
qiymətləndirib.
Sonda Azərbaycanın tanınmış
memarları kafedraya və tələbələrə
beş cildlik "Azərbaycan
memarlıq tarixi" kitabını, monoqrafiya və dərsliklər hədiyyə
ediblər. Naxçıvan Dövlət Universitetinin memarlıq kafedrasının müdiri, memarlıq üzrə fəlsəfə
doktoru, dosent Qadir Əliyev və memarlıq üzrə fəlsəfə
doktoru, dosent Gülnarə
Qənbərova da müəllifləri
olduqları yeni elmi nəşrləri
həmkarlarına təqdim ediblər.
Mehriban
SULTAN
Azərbaycan müəllimi.-
2014.- 26 dekabr.- S.8.