Məktəblilərin əl işlərinə aid sərgi

 

Bakıdakı 219 nömrəli evdə təhsil tam orta məktəbində  31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə  həsr olunmuş  məktəblilərin  əl işlərinə  aid   sərgi keçirilib.

Tədbiri giriş sözü ilə açan   məktəbin direktor əvəzi  Tahirə Ağayeva  bildirib ki,  sərgidə   16 şagirdin  əl işləri nümayiş  etdirilir.  Məqsəd   məktəbdə  oxuyan  istedadlı şagirdlərin yaradıcılıq potensiallarının üzə  çıxarılması, inkişaf etdirilməsi üçün stimulların yaradılması və respublikada   onların tanınmasıdır.

Sərgidə əl işləri qiymətləndirilərkən onların estetik tərtibatına və milliliyinə   üstünlük verilib. Nəticədə şagirdlərdən Murad Qurbanov,Turan Umarov, Aydan Cəfərova və Şeyda Məmmədovanın əl işləri daha çox  fərqlənib.

Tədbirdə  iştirak edən müəllimlərdən Rəna Kərimova, Sevinc Məmmədova,  Lalə Əliyeva, valideynlərdən Bəhruz Zeynalov, Nuranə Qurbanova və başqaları təşkil olunan   sərgini  yüksək qiymətləndiriblər.

Sonda  məktəb  rəhbərliyi tərəfindən əl işləri sərgilənən  şagirdlərin hamısına hədiyyə  təqdim olunub.  

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2014.- 26 dekabr.- S.11.