Azərbaycan Dövlət
Pedaqoji
Kollecinin 95 illik yubileyi keçirildi
Dekabrın
25-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında
ölkəmizin ilk orta
ixtisas təhsili müəssisələrindən
biri, fəaliyyət göstərdiyi illərdə
Azərbaycan təhsilinin inkişafına dəyərli
töhfələr vermiş Azərbaycan
Dövlət Pedaqoji Kollecinin
95 illik yubileyi qeyd olunub.
Yubiley mərasiminə dəvət olunmuş
qonaqlar, kollecin müəllim
və tələbə kollektivlərinin üzvləri öncə
Fəxri Xiyabana gələrək
xalqımızın dahi oğlu,
ümummilli lider Heydər
Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı
önünə əklil qoyublar. Görkəmli oftalmoloq
alim, akademik Zərifə
Əliyevanın məzarı da ziyarət
olunub.
Təhsil
Nazirliyi rəsmilərinin, müxtəlif
dövlət və hökumət qurumları təmsilçilərinin,
Milli Məclis üzvlərinin, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbər
işçilərinin, təhsil ictimaiyyəti nümayəndələrinin
iştirak etdikləri yubiley
mərasimi bu təhsil ocağının
ilk müəllimlərindən olmuş görkəmli təhsil, elm və mədəniyyət xadimlərinin,
habelə ulu öndər Heydər
Əliyevin təhsilin əhəmiyyəti, kollecin
fəaliyyəti ilə bağlı fikirlərinin səslənməsi
ilə açılıb. Kollecin tələbələri
yubilyar təhsil ocağının himnini ifa ediblər. Sonra Azərbaycan Dövlət Pedaqoji Kollecinin 95 illik fəaliyyət yolundan
bəhs edən "Xalq Cümhuriyyətinin
yadigarı" sənədli filmi nümayiş olunub.
Yubiley mərasimində çıxış
edən təhsil nazirinin müavini
Firudin Qurbanov nazirliyin təbrikini kollektivə
çatdırıb. Təhsil naziri
cənab Mikayıl Cabbarovun
imzaladığı təbrik məktubunda kollecin
xalqımızın maariflənməsi, məktəblərin
ixtisaslı pedaqoji kadrlarla
təmin olunması, Azərbaycanın fəxri sayılan bir çox
ziyalıların yetişməsindəki böyük
rolu və tarixi xidmətləri
yüksək qiymətləndirilir, kollecin
bu gün ölkədə
aparılan təhsil islahatlarında fəal iştirak
etməsi, illərlə yaranmış mütərəqqi ənənələri
qoruyub saxlaması və inkişaf
etdirməsi qeyd olunur.
Çıxışında
yubileylə əlaqədar təhsil nazirinin
əmri ilə kollecin təhsil
uğurları ilə fərqlənən bir
qrup müəlliminin "Azərbaycan
Respublikası qabaqcıl təhsil işçisi"
döş nişanı və nazirliyin fəxri fərmanları ilə təltif
olunduğunu bildirən nazir
müavini mükafatları təltifolunanlara
təqdim edib.
Sonra kollecin IV kurs tələbəsi Aygün
Kərimli doğma tədris ocağına
həsr etdiyi şeirini
söyləyib.
Azərbaycan Dövlət
Pedaqoji Kollecinin direktoru, filologiya elmləri
doktoru, professor,
"Şöhrət" ordenli, əməkdar
müəllim Nurlana Əliyeva kollecin keçdiyi şərəfli
tarixi yol, bugünkü fəaliyyəti və
qazanılan uğurlarla bağlı geniş məruzə edib.
Yubiley mərasimində təbrik
çıxışları olub. Milli Məclis
sədrinin müavini Bahar
Muradova, Yasamal Rayon İcra Hakimiyyətinin
başçısı İbrahim Mehdiyev, Bakı Dövlət Universitetinin
rektoru, Milli Məclisin
deputatı, akademik Abel
Məhərrəmov, Bakıdakı 132-134 nömrəli təhsil
kompleksinin direktoru Sara Xanlarova və
başqaları şərəfli yubiley
münasibətilə kollecin müəllim
və tələbə kollektivini təbrik
edib, onlara ən xoş arzularını çatdırıblar.
Təbrik çıxışlarında kollecin açılmasında Azərbaycan Demokratik Cümhuriyyətinin rolu,
bu təhsil ocağının
yarandığı dövrdən bəri ölkənin orta ixtisas təhsili müəssisələri
arasında həmişə öncül
mövqedə olması, təhsilimizə on
minlərlə yüksək hazırlıqlı müəllim
kadrları verməsi, həmişə innovativ ideyalar və təşəbbüslər
mərkəzi kimi tanınması xüsusi qeyd olunub, dövlətimizin
başçısı Prezident İlham Əliyevin təhsilə göstərdiyi
böyük diqqət və
qayğıdan söz açılıb.
Çıxış edənlər uzun
illərdir ki, bu
şöhrətli təhsil müəssisəsinə rəhbərlik
edən Nurlana Əliyevanın böyük təşkilatçılıq
bacarığını, yüksək insani
keyfiyyətlərini, ölkənin ictimai-siyasi
həyatında fəal iştirakını yüksək dəyərləndiriblər.
Mərasimdə ölkənin müxtəlif təhsil müəssisələrindən yubilyara ünvanlanmış təbrik teleqramları diqqətə çatdırılıb.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2014.- 26 dekabr.- S.3.