Bakı Slavyan
Universitetinin
beynəlxalq əlaqələri genişlənir
Bakı Slavyan
Universiteti hər zaman Azərbaycanda təhsilin inkişafına öz
töhfəsini verməkdədir. Bu təhsil ocağının bir sıra xarici ölkə universitetləri
ilə sıx əlaqələri var. Bu günlərdə
BSU-nun rektoru, AMEA-nın
müxbir üzvü,
professor Kamal Abdullayevin
rəhbərlik etdiyi nümayəndə heyəti
Türkiyənin İstanbul
şəhərindəki Kadir
Has Universitetinin qonağı
olub. Universitetlə tanışlıqdan sonra dəvətə görə təşəkkür
edən professor Kamal Abdullayev türkiyəli həmkarını Bakı
Slavyan Universitetinə
dəvət edib.
Kadir Has Universitetinin rektoru, prof.dr. Mustafa Aydın da
öz növbəsində
tanışlıqdan məmnunluğunu
ifadə edib və universitetlər arasında qarşılıqlı
əlaqələrin bütün
mümkün istiqamətlərinin
müzakirə olunmasının
vacibliyini vurğulayıb.
Görüşdə Bakı Slavyan Universiteti ilə Türkiyənin Kadir Has Universiteti arasında anlaşma memorandumu imzalanıb. Sözügedən müqaviləyə görə, universitetlər
arasında bakalavr və magistratura səviyyəsində tələbələrin,
eyni zamanda müəllim və tədqiqatçıların mübadiləsi
nəzərdə tutulub.
Bundan başqa, Bakı Slavyan Universiteti ilə Kadir Has Universiteti arasında birgə tədqiqatlar aparılacaq və layihələr gerçəkləşdiriləcəkdir,
birgə yay məktəblərinin təşkili
də universitetlər
üçün prioritet
məsələlərdəndir.
Sonda Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullayev səmimi qəbul üçün Kadir Has Universitetinin rektoru, professor dr. Mustafa Aydına təşəkkürünü
bildirib.
Onu da qeyd
edək ki, Kadir Has Universiteti geniş beynəlxalq əlaqələri və yüksək səviyyəli
kadr hazırlığına
görə Türkiyədə xüsusi
nüfuza malik universitetlərdəndir.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2014.- 7 fevral.- S.4.