AMEA Nizamnamə
Komissiyasının yekun iclası
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət
Heyətində AMEA Nizamnamə Komissiyasının yekun iclası keçirildi.
İclası giriş sözü ilə
Nizamnamə Komissiyanın sədri, AMEA-nın vitse-prezidenti,
akademik İsa Həbibbəyli
açaraq komissiyanın fəaliyyəti
ilə bağlı məlumat verdi. Akademik İsa Həbibbəyli AMEA-nın Nizamnaməsinin
yenidən işlənilməsi barədə AMEA Rəyasət
Heyətinin 18 sentyabr 2013-cü il tarixli qərarının
yerinə yetirildiyini bildirdi,
bu müddətdə xeyli
sayda təklif və mülahizələrin
komissiyaya təqdim olunduğunu
xatırladaraq qarşıda duran vəzifələrdən danışdı. Qeyd
edildi ki,
akademiyanın Nizamnaməsinin daha təkmil
variantı yeniləşdirilməli, ölkəmizin və elmimizin müasir tələbləri
səviyyəsinə uyğunlaşdırılmalı və burada bir neçə prinsipial məsələyə aydınlıq
gətirilməlidir ki, bu
da Azərbaycanda elmin
inkişafının, onun prioritet istiqamətlərinin müəyyənləşdirilməsində
mühüm əhəmiyyətə malikdir.
Ölkə
Prezidenti cənab İlham
Əliyevin elm və təhsilə diqqət
və qayğısını önə çəkən akademik İsa Həbibbəyli
akademiya üzvlərinin də fəal
yaradıcılıq istiqamətlərinin müəyyən
edilməsinə, ölkəmizdə elmin
inkişafının daha da
yüksəldilməsinə, o cümlədən dünya elminə inteqrasiya proseslərinin
sürətləndirilməsinə zəmin
yaradıldığını xüsusi
vurğuladı. O, bu məqsədlə yeni dövrdə akademiyada
aparılan islahatlarda, bu
ali elmi qurumun işinin məcrasının
müsbət mənada dəyişərək yeni
mərhələyə qədəm qoymasında, bəzi prioritet sahələrin
yaradılmasında AMEA rəhbərliyinin, şəxsən akademik Akif Əlizadənin
böyük əzmkarlıqla fəaliyyət
göstərdiyini nəzərə çatdırdı. Akademik İsa Həbibbəyli
dedi ki, akademiyada aparılan islahatlar,
əhəmiyyətli dəyişikliklər bir
sıra mətləbləri ortaya
çıxarmışdır ki, bu sırada AMEA
Nizamnaməsinin bəzi əlavə və dəyişikliklərlə
yenidən qəbul edilməsi zərurəti də dayanır. Bu məqsədlə
yaradılmış Nizamnamə Komissiyasının və İşçi qrupunun fəaliyyətini
yüksək dəyərləndirən akademik
komissiyaya daxil olmuş təklif və mülahizələrin
diqqətlə təhlil edildiyini nəzərə
çatdırdı, bu zaman
ölkə qanunvericiliyi çərçivəsində
Rusiya, Polşa, Belarus, Qazaxıstan, Çexiya,
Bolqarıstan, Özbəkistan və bir
sıra qabaqcıl Avropa ölkələrinin
elmi qurumlarının Nizamnamə təcrübələrinin
öyrənilməsi diqqət mərkəzində olmuşdur.
Komissiyanın
üzvü, AMEA-nın akademik-katibi,
müxbir üzv Rasim Əliquliyev akademiyada
yeni sənədlərin qəbulu və bəzilərinin
yenidən işlənməsinin vacib əhəmiyyət
kəsb etdiyini bildirərək bunu akademiyanın inkişafında yeni mərhələnin qarşıya
çıxardığı bir məsələ
kimi dəyərləndirdi. XXI əsrin
ideologiyasının Azərbaycana da
sürətlə nüfuz etdiyini qeyd edən Rasim
Əliquliyev texnoparkların yaradılmasının, biliklər
iqtisadiyyatının formalaşdırılmasının, yeni dünya
çağırışlarına qoşulmağın vacibliyini önə çəkdi, qloballaşma mühitində elmlərin
qarşısında mühüm vəzifələrin
qoyulduğunu diqqətə
çatdırdı. O, bəzi əlavə və dəyişikliklərlə
yenidən formalaşmalı olan Nizamnamənin
böyük əhəmiyyət kəsb edəcəyini
bildirdi, dövlət tərəfindən
qəbul edilən qanunların inikası olan
sənəddə elmin maliyyələşdirilməsi,
informasiya-telekommunikasiya
texnologiyalarının tətbiqi və s. kimi məsələlərə də yol açılacağına ümid
etdiyini nəzərə
çatdırdı.
Müzakirədə
komissiyanın üzvləri - akademiklər Asəf Nadirov, Vaqif Fərzəliyev,
müxbir üzv Pərviz
Məmmədov, fizika-riyaziyyat elmləri doktoru Əminağa Sadıqov, Hüquqi
təminat şöbəsinin rəisi, hüquq
üzrə fəlsəfə doktoru Azər Namazov da çıxış etdilər. İclasda elmin maliyyələşdirilməsi, akademiyanın "Mərkəzi
icra hakimiyyəti orqanı" statusu alması, ümummilli
lider Heydər Əliyevin "Elmlər
Akademiyasına Azərbaycan Milli Elmlər
Akademiyası adının verilməsi haqqında" 15 may 2001-ci il tarixli Fərmanına əsasən 15 may tarixinin ölkədə
"Elm günü"
kimi təsis olunması, magistr
sisteminin yaradılması və s. məsələlər müzakirə edildi. Həmçinin bölmələrin
adlarına və strukturuna yenidən
baxılması, yeni bölmələrin təşkili
təklif olundu.
Sonda akademik İsa
Həbibbəyli yekun sözü
ilə çıxış edərək əlavə və dəyişikliklərin
yer aldığı Nizamnamənin yenidən
işlənərək son variantının
10 gün müddətinə AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə təqdim
olunacağını bildirdi.
Ağahüseyn ŞÜKÜROV,
AMEA Nizami adına Ədəbiyyat
İnstitutunun
Mətbuat xidmətinin rəhbəri
Azərbaycan
müəllimi.- 2014.- 7 fevral.- S.2.