Təhsil Nazirliyinin Telefon Məlumat
Mərkəzinin
və Vətəndaşların Qəbulu Mərkəzinin
açılışı olub
Fevralın 6-da Təhsil
Nazirliyinin Telefon Məlumat
Mərkəzinin ("Qaynar xətt"
xidməti) və Vətəndaşların Qəbulu Mərkəzinin
əsaslı yenidənqurmadan sonra
açılış mərasimi keçirilib.
Mərkəzlər
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin "Dövlət
orqanlarında elektron xidmətlərin
göstərilməsi haqqında" fərmanından və
"Vətəndaşların müraciətlərinə
baxılması qaydası haqqında" Azərbaycan Respublikasının
Qanunundan irəli gələn vəzifələrin icrası işinin
səmərəliliyinin artırılması məqsədlərinə
xidmət edir.
Müasir avadanlıqlarla və sürətli kommunikasiya sistemləri ilə təchiz edilmiş hər iki mərkəz
Təhsil Nazirliyinin struktur
bölmələri və müvafiq təhsil
qurumları ilə elektron qaydada
əlaqələndirilib. Mərkəzlər təhlil
imkanına malik informasiya
sistemləri ilə təmin olunub.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların
Qəbulu Mərkəzinə müraciət edən vətəndaşlara
metodiki və maarifləndirici məlumatlar
verilir, onlara müxtəlif
növ hüquqi
yardımlar göstərilir. Azərbaycan, rus
və ingilis dillərində fəaliyyət
göstərən mərkəzlər həftənin 5 günü saat 09:00-dan
18:00-dək fasiləsiz olaraq vətəndaşlara
xidmət edir.
Mərkəzlərə
daxil olan müraciət,
şikayət və təkliflər xüsusi
məlumat bazasına daxil edilir,
elektron formada Təhsil
Nazirliyinin müvafiq struktur bölmələrinə yönəldilir.
Müraciət, şikayət və təkliflər
araşdırıldıqdan sonra vətəndaşlara
rəsmi cavab verilir.
Məlumat bazasında qeydlər aparılır
və müraciətlər bazanın arxivinə yönləndirilir.
Bundan əlavə, məlumat bazasında
axtarış sistemi yaradılıb. Burada hər bir vətəndaşın
müraciətini və onun Təhsil
Nazirliyinə müraciətlərinin sayını
axtarış meyarları əsasında tapmaq
mümkündür.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların
Qəbulu Mərkəzinə daxil olan müraciətlərin gündəlik
statistikası aparılaraq təhlil edilir.
Hər iki mərkəzin fəaliyyəti
üzrə toplanan statistik
məlumatlar əsasında müvafiq hesabatlar hazırlanır.
Mərkəzlərə
xüsusi təlim keçmiş
əməkdaşlar cəlb olunub. Xidmət
səviyyəsinin və keyfiyyətin yüksəldilməsi üçün müasir
avadanlıqlar vasitəsilə video-audio nəzarət
aparılır və hər bir əməkdaşın
fəaliyyəti xüsusi meyarlar
əsasında qiymətləndirilir.
Azərbaycan müəllimi.- 2014.-
7 fevral.- S.1.