Mentorluq sisteminin yaradılması

 

Təhsil Nazirliyi vətəndaş cəmiyyəti institutları və ayrı-ayrı tədqiqatçılar ilə təhsil sahəsində mövcud olan problemlərin araşdırılması və həll edilməsi yönündə sıx əməkdaşlığın qurulması məqsədilə Azərbaycan Respublikası təhsil nazirinin 11 oktyabr 2013-cü il tarixli, 842 nömrəli əmrinə əsasən təşkil olunmuş "İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə-müsabiqə"də Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinin təşəbbüs qrupu   "Tədris keyfiyyətinin yüksəldilməsi üçün mentorluq yanaşması" mövzusunda təqdim etdiyi layihə ilə qalib olmuşdur. 

Layihənin yazılmasında məqsəd Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının ikinci strateji istiqamətində qeyd olunan təhsil sahəsində insan resurslarını müasirləşdirilmək, müasir təhsil fəlsəfəsinin dərk edilərək fənn kurikulumlarının tətbiqində müəllimlərə dəstək vermək, onların peşəkar inkişafları üçün şəxsi və təşkilati qabiliyyətlərin təkmilləşdirilməsinə kömək göstərmək; müəllim fəaliyyətinin effektivlik səviyyəsini aydınlaşdırmaq, onların  praktik fəaliyyətini təkmilləşdirmək  üçün dürüst informasiyalar vermək,  mentorluq sisteminin  tətbiqi ilə müəllimin peşəkar inkişafını təmin etməkdir.

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında təhsil sisteminin bütün pillələrində müəllimlərin bilik, bacarıq və peşəkarlıq qabiliyyətlərinin müasir tələblərə uyğun yüksəldilməsi xüsusi olaraq qeyd olunmuşdur. Bu baxımdan, əksər müəllimlərin tədris prosesində tətbiq etdiyi metodlar müasir tələblərdən geri qalır. Bir çox hallarda təhsilalanlara əldə etdiyi bilikləri tətbiq etmə və müstəqil yaradıcı düşünmə qabiliyyətləri aşılanmır. Fənn kurikulumları tətbiq edilən siniflərdə artıq keyfiyyətli təlim mühitinin yaradılmasında, məzmun standartları vasitəsilə uşaqların inkişafına nail olunmasında, təlim prosesinin uşaqların inkişaf səviyyələrinə, fərdi ehtiyaclarına və müxtəlif qavrama üslubuna görə təşkilində, valideynlərin öz uşaqlarının təhsilinə cəlb olunmasında müəyyən nailiyyətlər əldə edilmişdir. Lakin peşəkarlığın müxtəlif inkişaf səviyyələrində olan müəllimlərin davamlı professional inkişafını təmin etmək üçün konkret bir nəticə yoxdur. Fənn kurikulumlarının tələblərinə uyğun bilik və bacarıqlara yiyələnmiş, təfəkkürün inkişafına yönəlmiş təhsil təşkil olunmur. Problem məhz müəllimin məzmun standartlarını reallaşdırmaq, öyrədici, inkişafetdirici, tədqiqata yönəlmiş  təlim mühiti yaratmaq, valideyn-məktəb-uşaq münasibətlərinin qurulması işini düzgün tənzimləməməsindədir.

Aydındır ki, təhsilin səviyyəsi müəllimin səviyyəsindən yüksək ola bilməz. Deməli, problemləri həll etmək, tədrisin səviyyəsini yüksəltmək üçün, ilk növbədə, müəllim hazırlığının keyfiyyətini təmin etmək lazımdır. Tədris keyfiyyətinin yüksəldilməsi üçün mentorluq sisteminin yaradılması ideal variantlardan biridir. Qeyd etmək yerinə düşər ki, müasir dövr üçün mentorluq  universal bir yanaşmadır   nəinki fənn kurikulumları tətbiq edən müəllimlər, həmçinin interaktiv metod priyomlarla işləməyə çalışan digər müəllimlər üçün yararlıdır. Mentorluq yanaşması müəllim üçün ən vacib olan etibarlı münasibətin qurulması, bilik bacarıqların artırılması  özünütəhlil üzərində qurulmuş vacib təqdirəlayiq bir yanaşmadır. Mentorluq təlimdə yeni metod yanaşmaları öyrənən pedaqoqlarla prosesini necə qurmağın ümumi müddəalarını özündə cəmləşdirmişdir. Öyrənənin  güclü tərəflərinə əsaslanan mentorluq sisteminin yaradılması müəllimlərin innovasiyaları tədricən mənimsəmələrinə doğru yönəlmiş bir prosesdir.

Layihənin reallaşdırılması üçün ilkin olaraq Təhsil Problemləri İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində peşəkar müəllimlər təlimçilər arasından mentorluq yanaşması üçün müvafiq namizədlər seçilmiş, on günlük təlim kursuna cəlb olunmuşdur. Kurs müddətində mentor üçün vacib olan keyfiyyətlər (ünsiyyət müşahidə bacarıqları), şəxsiyyətlərarası münasibət, mentorun əsas funksiyaları (fasilitator, tədqimatçı, məsləhətçi, məşqçi) barədə müzakirələr aparılmışdır. Təlimin planlaşdırılmasında intellektin tiplərinin təfəkkürün növlərinin nəzərə alınmasına dair nəzəri praktik bacarıqlar  verilmişdir. Təlimin tamlığını təşkil edən əsas komponentlərlə əlaqədar təqdimatlar edilmişdir. Kursu müvəffəqiyyətlə başa vuran iştirakçılara institutun direktoru Qulu Novruzov tərəfindən sertifikatlar təqdim olunmuşdur. Mentorluq sisteminin yaradılması üçün səmərəli çevik fəaliyyət planı hazırlanmışdır. Layihənin Bakı şəhərinin müvafiq ümumtəhsil məktəblərində həyata keçirilməsi planlaşdırılmışdır.

Layihənin icra planında nəzərdə tutulan məsələlərin həlli öyrədənlərdə yeni düşüncə tərzinin formalaşmasına təkan verəcək. Yeni vərdişlər əldə edən müəllimlər müşahidə, təcrübə, təlim metodlarından müstəqil istifadə bacarıqlarına yiyələnəcəklər. Bu da onların peşəkarlıq baxımından özünüinkişafa sövq edəcək. 

Mentorlar müəllimlərin hər gün üzləşdikləri problemlərdən baş açmaqla, təlim prosesinin yeniləşdirilməsi üçün əldə etdikləri biliklərdən istifadə etməkdə yardımçı olacaqlar. Onlar fənn kurikulumlarını tətbiq etməkdə çətinlik çəkən müəllimlərin daha təcrübəli həmkarlarının təcrübəsini öyrənmələrinə imkan yaradacaqlar. Beləliklə, mentorluq - pedaqoji uğurların ifadə olunması və mübadiləsi üçün səmərəli mexanizm olacaqdır.

Bu model belə bir zəminə əsaslanacaq  ki, mentorun köməyi ilə müəllimlər tədris prosesini dərk etməyə və yeni informasiyaya əsaslanmaqla yüksək keyfiyyətli təlimi reallaşdırmağa qadir olacaqlar. Mentorlar müəllimlərin intellektual inkişafına və təlim prosesi üçün vacib olan qərarları qəbul edə bilmə bacarıqlarının möhkəmləndirilməsinə xidmət edən strategiyalara xüsusi diqqət yetirəcək, məhz uşaqlar üçün səmərəli təlim metodları və priyomlardan istifadə etmələrinə kömək göstərməklə təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olacaqlar. Müəllimlər  təlim standartları və proqramlar, istedadlı və ya xüsusi qayğıya ehtiyacı olan uşaqların fərdi ehtiyacları  əsasında işlərini planlaşdırmağı bacaracaqşagird nailiyyətlərini, onun inkişaf sürətini nəzərə alaraq sistemlidüzgün qiymətləndirmə metodlarından istifadə edəcəklər.

Müəllimlər fəaliyyətlərinin keyfiyyət və səmərəliliyini müntəzəm dəyərləndirəcək və davamlı peşəkar inkişafa diqqət yetirəcəklər.

 

Afaq ƏLİYEVA,

layihə rəhbəri

 

Azərbaycan müəllimi.- 2014.- 14 fevral.- S.4.