Bakı Slavyan Universiteti Rusiyanın Ural Federal

Universitetində Azərbaycanşünaslıq Mərkəzi açıb

 

 Azərbaycanşünaslığın inkişafı, xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alan gənclərin Azərbaycanın ictimai-siyasi sosial-mədəni həyatı, iqtisadi yüksəlişi ilə bağlı həqiqətlərlə tanış edilməsi, xalqımızın qədim tarixi zəngin mədəniyyətinin, dili ədəbiyyatının bu ölkələrdə təbliği tədrisi beynəlxalq əlaqələri daim genişlənən Bakı Slavyan Universitetinin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biridir. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayevin təşəbbüsü ilə bu gün Rusiya, Ukrayna, Belarus Bolqarıstanın aparıcı universitetlərində BSU tərəfindən yaradılmış Azərbaycan tədris-mədəniyyət mərkəzləri uğurla fəaliyyət göstərir, bu mərkəzlər vasitəsilə xarici ölkə gənclərinə Azərbaycan dili tədris edilir, universitetlər arasında müəllim-tələbə mübadiləsi, təcrübələr təşkil olunur, azərbaycanşünaslığın tədqiqi istiqamətində elmi layihələr həyata keçirilir.

Rusiya Elmi gününə təsadüf edən fevralın 8-də Rusiyanın yüksək elmi potensiala malik ən nüfuzlu təhsil ocaqlarından biri kimi tanınan Rusiya Federasiyasının birinci prezidenti B.Yeltsin adına Ural Federal Universitetində Bakı Slavyan Universiteti tərəfindən yaradılmış Azərbaycanşünaslıq Mərkəzinin təntənəli açılış mərasimi keçirilmişdir.

Mərkəz 2012-ci ildə BSU-nun rektoru K.Abdullayev UrFU-nun rektoru V.Koşkarov tərəfindən imzalanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq fəaliyyətə başlamışdır.  

Sverdlovsk vilayətinin paytaxtı Yekaterinburq şəhərinin mərkəzində, UrFU-nun Sosial Siyasi Elmlər İnstitutunun binasında yerləşən Azərbaycanşünaslıq Mərkəzinin açılışında universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, həmin institutun direktoru, professor M.Xomyakov, Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru, professor A.Hacıyev tərbiyə işləri üzrə prorektoru, dosent O.Səmədov, Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğunun konsulları M.Əhmədov İ.İskəndərov, Ümumrusiya Azərbaycan Konqresinin Ural şöbəsinin sədri Ş.Şıxlinski, Sverdlovsk vilayətinin qubernatoru yanında Millətlər İşləri üzrə Məşvərət Şurasının üzvü işçi qrupunun rəhbəri N.Tümenseva, UrFU Sosial Siyasi Elmlər İnstitutunun Beynəlxalq münasibətlər departamentinin direktor müavini A.Buynasov, Avropa araşdırmaları kafedrasının müdiri, professor A.Nesterov, Ukrayna, Tacikistan, Gürcüstan Başqırdıstan milli icmaları regional şuralarının sədrləri, Sverdlovsk vilayəti ictimaiyyətinin Azərbaycan diasporunun nümayəndələri, burada təhsil alan azərbaycanlı tələbələr, Azərbaycan dili tədris olunan V.Tatişev adına 108 nömrəli gimnaziyanın müəllim şagirdləri iştirak etmişlər.

BSU-nun prorektoru, professor A.Hacıyev tədbir iştirakçılarını Bakı Slavyan Universitetinin rektoru, professor K.Abdullayevin adından salamlayaraq onun təbriklərini Ural Federal Universitetinin rəhbərliyinə mərasimə dəvət olunmuş qonaqlara çatdırdı. Qeyd edildi ki, Bakı Slavyan Universiteti fəaliyyətə başlayan Mərkəzə xüsusi diqqətlə yanaşmış, onu Azərbaycan Respublikasının dövlət atributları ilə, elmi tədris ədəbiyyatı, xalqımızın qədim tarixi zəngin mədəniyyətinə dair məlumatlarla, müasir texniki avadanlıqla təmin etmişdir. Gələcəkdə Mərkəz vasitəsilə universitetlər arasında müəllim tələbə mübadiləsinə, birgə elmi araşdırmalara, müştərək layihələrin gerçəkləşməsinə xüsusi önəm veriləcəkdir.

UrFU-nun Sosial Siyasi Elmlər İnstitutunun direktoru, professor M.Xomyakov BSU tərəfindən Ümumrusiya Azərbaycan Konqresinin fəal iştirakı ilə yaradılan Azərbaycanşünaslıq Mərkəzinin təkcə iki ali məktəb arasında əməkdaşlıq əlaqələrinin deyil, həm xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayacağına əmin olduğunu bildirdi, onun BSU tərəfindən qısa bir müddətdə tərtib edilərək Azərbaycana maraq göstərən rusiyalı tədqiqatçıların tələbələrin istifadəsinə verilməsini yüksək qiymətləndirdi.

Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğunun konsulu İ.İskəndərov Ümumrusiya Azərbaycan Konqresinin Ural şöbəsinin sədri Ş.Şıxlinski Ural Federal Universitetində fəaliyyətə başlayan Azərbaycanşünaslıq Mərkəzinə gələcək elmi araşdırmalarda uğurlar dilədilər.

Açılış mərasiminin yüksək səviyyədə təşkili və keçirilməsi Mərkəzin yaxın gələcəkdə Azərbaycanı təbliğ və tədqiq edən müasir tədris məkanına və maraqlı mədəniyyət guşəsinə çevriləcəyinə əminlik yaradır.

 

BSU-nun Mətbuat xidməti

 

Azərbaycan müəllimi.- 2014.- 14 fevral.- S.4.