"Ali təhsil müəssisələrinin bakalavriatmagistratura

səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi,

bərpa olunması və akademik məzuniyyət götürülməsinə

dair müvəqqəti Qaydalar"ın təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

 Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.08.1996-cı il tarixli 402 nömrəli əmri ilə təsdiq olunmuş "Ali orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi bərpa olunması, akademik məzuniyyət alması təkrar kursda saxlanılması haqqında Əsasnamə"nin müddəalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları" ilə ziddiyyət təşkil etdiyini, o cümlədən akademik uğursuzluq dərslərə davamiyyətə görə tələbələrin xaric olunması tələbinin aradan qaldırıldığını nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2011-ci il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin 3.9-cu bəndini rəhbər tutaraq 

 

ƏMR EDİRƏM:

 

1. "Ali təhsil müəssisələrinin bakalavriatmagistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar" təsdiq edilsin (əlavə olunur).

2. Ali təhsil müəssisələrinin rəhbərləri "Ali təhsil müəssisələrinin bakalavriatmagistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar"ı işdə rəhbər tutsunlar.

3. Elmali təhsil şöbəsi (G.Hüseynova) bu əmrdən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin.

4. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.08.1996-cı il tarixli 402 nömrəli əmri ilə təsdiq olunmuş "Aliorta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə" ali təhsil müəssisələrinə münasibətdə qüvvədən düşmüş hesab edilsin.

5. Əmrin ali təhsil müəssisələrinə göndərilməsi, eləcə də "Azərbaycan müəllimi" qəzetində dərc edilməsi İnformasiya şöbəsinə (E.Əliyev) həvalə olunsun.

6. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova tapşırılsın.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

14 fevral 2014-cü il

 

Azərbaycan müəllimi.- 2014.- 21 fevral.- S.2.