Yubiley təbrikləri

 

"Azərbaycan müəllimi" - 80

 

Cahangir MƏMMƏDLİ,

İctimai Teleradio Yayım Şurasının sədri,

filologiya elmləri doktoru, professor

 

Dünyanın ən böyük şəxsiyyətlərindən, ünlü alimlərindən, məşhur sənət adamlarından tutmuş adi insanlara qədər hər kəs öz həyatı, uğurları, tutduğu mövqeyinə görə müəllimə minnətdar olduqlarını etiraf edir. Özünün 80 yaşını tamamlamaqda olan və müəllimlər müəllimi olan bir müəllim də var: "Azərbaycan müəllimi" qəzeti. Yola çıxdığı zamandan bu günədək böyük sınaqlardan, ideoloji, siyasi təsirlərdən uğurla çıxmış "Azərbaycan müəllimi" bizi tərbiyə edib cəmiyyətə yetirən müəllimlərimizin müəllimi rolunda böyük xidmətlərə imza atmışdır. Müasir Azərbaycanın media sistemində özünün aydın tipoloji xarakteri ilə xüsusi yer tutan bu qəzetin xalqa, cəmiyyətə xidmət missiyasında maarifçilik kimi müqəddəs bir vəzifə yer alıb. Qəzet bu missiyanı polifonik - çoxsahəli tematikası ilə, yeni formatları və layihələri ilə, Azərbaycan məktəbinin uğur və qayğılarını, problemlərini gündəmə gətirməyi ilə və nəhayət, redaksiya kollektivinin peşəkarlıq səviyyəsi ilə yerinə yetirməkdədir. Bütün yaradıcılıq tarixi boyuncabu gün xüsusi olaraq gurultulu hay-küydən uzaq, sakit üslubu ilə media sistemində böyük oxucu auditoriyasına malik "Azərbaycan müəllimi" tədris prosesinə göstərdiyi elmi - metodoloji-praktik köməyi ilə məktəblidən tutmuş qocaman professora qədər hər kəsin nəsə öyrəndiyi bir mətbuat orqanıdır. Mən bu qəzetin 1950-ci illərdən bir şagird kimi bizim günlərimizin bir professor oxucusuyam. "Azərbaycan müəllimi" dünənimizin , bu günümüzün əvəzolunmaz məktəbidir. Bu məktəbin 80 il bundan öncə bünövrəsini qoyanlara  onu bu gün uğurla davam etdirən yaradıcı kollektivə dərin minnətdarlığımızı bildiririk. İçində, ürəyində müəllim məhəbbəti gəzdirən "Azərbaycan müəllimi"nin 80 yaşı mübarək olsun!

 

Ənvər ÖZƏRƏN,

Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi

Təhsil Şurasının sədri, "Çağ" Öyrətim

İşlətmələri Şirkətinin prezidenti, dosent 

 

Azərbaycanın hər bir ziyalısının stolüstü mətbu orqanı  kimi özünə layiq yer tutmuş "Azərbaycan müəllimi" qəzeti özünün 80-ci yaşını qeyd edir.

Bir qəzet üçün bu ömür o qədər uzun olmasa da keçdiyi yol olduqca uzun görünür. Repressiyalar dalğası, İkinci Dünya müharibəsi, sovet dövrü, yenidənqurma s. O proseslərin içində olub onları yaşamaq, yaşayaraq da ayaqda qalmaq dövlət orqanının təhsil sahəsinin tribunası üçün, əlbəttə, o qədər asan olmamışdır.

  bugünkü müstəqillik dövrü. Müstəqillikdən əvvəlki dönəmlərdə qəzet qədər öz dəst-xəttini qoruyub saxlamışdısa, respublikamız müstəqilliyə qədəm basdığı ilk illərdə daha da pərvazlandı, daha da yeniləndi. İndi "BİZİM QƏZET" (kollektivimizin üzvləri arasında "Azərbaycan müəllimi" qəzetini belə adlandırırıq) əvvəlki illərin müsbət ənənələrini özündə saxlamaqla onlara söykənərək yenilənmiş, daha oxunaqlı olmuş, müəllimlərin, bütün təhsil işçilərinin, valideynlərin maraqla izlədiyi bir mətbu orqana çevrilmişdir.

Biz respublikamızda xarici ölkələrdə təhsil sahəsində baş verən yenilikləri "Azərbaycan müəllimi" qəzetindən ("BİZİM QƏZET"-dən) öyrənir, təhsil müəssisələrində baş verən müsbət varsa, istədiyimiz məlumatları oradan götürürük. Bu qəzet məktəb-universitet-valideynlər  arasında bir körpüyə çevrilmiş, sözün həqiqi mənasında Azərbaycan müəllimlərinin tribunası  rolunu oynayır.

Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi Təhsil Şurasının çoxminli şagird, tələbə, professor-müəllim heyəti valideynlərimiz adından şəxsim adımdan qəzetin əməkdaşlarını yubiley münasibətilə səmimi-qəlbdən təbrik edir, yorulmaz fəaliyyətinizdə uğurlar diləyirəm.

 

Azərbaycan müəllimi.- 2014.- 21 fevral.- S.4.