Bakı Pedaqoji
Kadrların İxtisasartırma
və Yenidənhazırlanma İnstitutu
ilə British
Councilin əməkdaşlığı
uğurla davam edir
Fevralın 12-də Bakı Pedaqoji Kadrların İxtisasartırma
və Yenidənhazırlanma
İnstitutu (BPKİYİ) ilə
British Councilin əməkdaşlığının
iki illiyinə həsr olunmuş "Davamlı Peşəkar İnkişaf" (DPİ) pilot layihəsinə dair birgə beynəlxalq konfrans təşkil edilmişdir. Bakı şəhərinin "Hilton" otelində keçirilən
tədbirdə Azərbaycan
Respublikası Təhsil
Nazirliyinin İnsan resursları şöbəsinin müdiri
Fərzəli Qədirov,
BPKİYİ-nin rektoru,
professor Asəf Zamanov,
Britaniya Şurasının
direktoru xanım Yelizavet Vayt, Norviç Dil Təhsili İnstitutunun
(NİLE) direktor müavini,
professor Alan Pulverness, təlimçilər,
həmçinin təlim
və layihələrin
iştirakçısı olmuş
200-ə qədər ingilis
dili müəllimi iştirak etmişlər. Britaniya Şurasının
direktoru xanım Yelizavet Vayt konfransı açaraq
BPKİYİ ilə Britaniya
Şurası arasında
mövcud əməkdaşlığın səviyyəsindən,
ingilis dilinin tədrisində keyfiyyət
standartlarının təkmilləşdirilməsi
məqsədi ilə birgə fəaliyyətdən,
tədrisdə innovasiyaların
tətbiqindən, təlim
metodologiyalarının səviyyəsindən
razılığını ifadə etdi.
Təhsil Nazirliyinin
şöbə müdiri
Fərzəli Qədirov
pilot layihənin tətbiqi
mərhələsində təmsil
etdiyi nazirliyin strateji dəstəyindən
və nailiyyətlərdən söz
açdı, təkliflərini
bildirdi və layihənin əsas tərəfdaşı olan
BPKİYİ-də Davamlı
Peşəkar İnkişaf
üzrə resurs mərkəzinin yaradılmasının
əlavə imkanlar açacağını, təlimçi
müəllimlərin imkanlarından
istifadə etməklə
daha çox ingilis dili müəlliminin
DPİ kurslarından keçməsinin
mümkün ola biləcəyini xüsusi vurğuladı. O, özünü
təkmilləşdirmə və inkişaf etdirmənin müəllimin
əsas məqsədi
olmasının vacibliyini
qeyd edərək, konfransın işinə uğurlar arzuladı.
Konfransda institutun
rektoru, professor Asəf
Zamanov Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu
ilə British Council arasında
2012-ci ilin yanvar ayında imzalanmış anlaşma memorandumunun uğurlu nəticələrindən,
bu əməkdaşlıq
çərçivəsində ingilis dili müəllimlərinin
pilot layihə əsasında
təlim kursu keçmələrindən, həmin
layihə üzrə təlim keçmiş müəllimlərin keyfiyyət
göstəricilərindən, "İngilis dilinin intensiv tədrisi layihəsi" çərçivəsində
görülən uğurlu
işlərdən söz
açdı. Rektor qeyd
etdi ki, bu layihə əsasında Bakı şəhərində fəaliyyət
göstərən orta
məktəblərin 400-dən çox ingilis dili müəllimi Davamlı Peşəkar İnkişaf kurslarını
müvəffəqiyyətlə bitirmişdir. Professor Asəf
Zamanov bu layihə çərçivəsində
Böyük Britaniya,
Belarus, Gürcüstan, Özbəkistan
və digər ölkələrin mütəxəssislərinin
iştirak etdiyi 30-31 oktyabr 2013-cü il tarixlərdə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun
Britaniya Şurası ilə birgə "Xarici dillərin tədrisində yeni tendensiyalar: mövcud təcrübə və inkişaf strategiyaları"
mövzusunda keçirilmiş
beynəlxalq elmi-praktik
konfransın əhəmiyyətini,
British Councilin dəstəyi
ilə treninqlərə
cəlb edilmiş beynəlxalq təlimçilərin
rolunu da vurğuladı. Britaniya Şurası ilə
birgə görülmüş
işlər, həyata
keçirilmiş layihələr
haqqında dolğun təqdimat tədbir iştirakçılarının xüsusi marağına səbəb oldu.
Konfransda Norviç
Dil Təhsili İnstitutunun direktor müavini, professor Alan Pulvernessin "Sinifdə tədqiqatlar və əsl müəllim" başlıqlı təqdimatı
iştirakçıların böyük marağına
səbəb oldu. Təqdimatda dil tədrisində müəllimin rolunun bu prosesi asanlaşdıran
bir şəxs kimi qəbulu, sinif tədqiqatlarının
prinsipləri, praktiki sinif tədqiqatları və bu tədqiqatların
müəllimin inkişafına
potensial təsiri məsələlərinə toxunuldu.
Tədbirdə Britaniya
Şurasının İngilis
dili mərkəzinin rəhbəri Qari Bruks, həmçinin peşəkar təlimçilər
tərəfindən DPİ layihəsinin mahiyyəti,
DPİ-də başlanğıc
və son təşəbbüslər,
mövcud təcrübə
və perspektivlər,
DPİ-də dilin yeri və digər
aktual məsələlərə
aydınlıq gətirən
təqdimatlar edildi.
İngilis dili
müəllimləri üçün
Davamlı Peşəkar
İnkişaf Pilot layihəsinə
həsr olunmuş konfransda məruzələrdə
qeyd olunan məsələlərə dair
müzakirələr aparıldı
və iştirakçıları
maraqlandıran suallar cavablandırıldı. British Councilin layihə rəhbəri Gülşən
Hüseynova beynəlxalq
konfransın uğurla
başa çatması
münasibətilə iştirakçıları
təbrik etdi və tədbiri yekunlaşdırdı.
Beynəlxalq
konfrans iştirakçılarının
bir qrupu İctimai Televiziyanın
"Açıq dərs"
layihəsinin müəllim
inkişafı məsələlərinə
həsr edilmiş buraxılışının qonağı
oldular.
***
Fevralın 13-də BPKİYİ-nin rektoru, professor Asəf Zamanov Norviç Dil Təhsili İnstitutunun direktor müavini, professor Alan Pulvernessi qəbul etdi. Rektor Asəf Zamanov qonağa institutun strukturu, fəaliyyət
istiqamətləri, o cümlədən
beynəlxalq əməkdaşlıq sahəsindəki
uğurları barədə geniş məlumat
verdi. Qeyd etmək
yerinə düşər ki, 11 mart 2013-cü il tarixdə
NİLE ilə BPKİYİ arasında elm
və təhsil sahəsində əməkdaşlıq
müqaviləsi imzalanmışdır. Müqavilə
çərçivəsində tərəflər elmi-pedaqoji kadr
potensialı, həmçinin maddi-texniki
bazalarından istifadə edərək elmi-tədqiqat, elmi-metodik məsləhət və informasiya, pedaqoji
kadrların və təhsil müəssisələrinin rəhbərlərinin
ixtisaslarının artırılması, beynəlxalq elmi konfransların, simpoziumların, treninqlərin
təşkili, yeni pedaqoji
texnologiyaların tətbiqi, müxtəlif beynəlxalq təşkilatların
maliyyə köməyi ilə təhsil layihələrinin
reallaşdırılmasında birgə iştirak
nəzərdə tutulmuşdur.
Professor A.Pulverness də institutumuzda
Heydər Əliyev muzey-lektoriyası, Beynəlxalq əlaqələr
şöbəsi, tədris prosesi, kompüter mərkəzləri ilə
tanış oldu, həmçinin Bakı
şəhərində fəaliyyət göstərən orta məktəblərin direktorları, eləcə
də ingilis dili
müəllimləri üçün təşkil
edilmiş ixtisasartırma kurslarında müdavimləri
maraqlandıran sualları cavablandırdı. Qonaq
səmimi qəbula görə rektor, professor Asəf Zamanova minnətdarlığını
bildirərək gələcəkdə də əməkdaşlığın
genişlənəcəyinə əminliyini ifadə etdi.
Sevinc QULİYEVA,
BPKİYİ-nin mətbuat katibi
Azərbaycan müəllimi.- 2014.- 21 fevral.- S.5.