Əsl müəllim
necə olmalıdır?
Psixoloq məsləhəti
Yaxşı bir müəllim ola bilmək üçün peşəmizə və ümumiyyətlə, insanlara xas olan bir çox xüsusiyyətlərə sahib olmalı, malik olduğumuz bu xüsusiyyətləri də hər gün artırmalı və çox üstün bir şəkildə peşəmizi təmsil etməliyik. Çünki bizim hər şeyimiz: malımız, dövlətimiz, canımız və s. şagirdlərimizdir. "Sizin varlığınız axşam evə gedər, sabah isə gələr. Ümidləri, sıxıntıları vardır. Onların beyin qıvrımlarındakı məlumatlar bütün zənginliyinizdir". İndi isə yaxşı bir müəllim necə, hansı xüsusiyyətlərə sahib olmalıdır, nəzərdən keçirək:
*Öz
sahəsində kifayət qədər məlumat sahibi olmalı;
*Bütün
yeniliklərdən xəbərdar olmalı;
*Tərbiyə etmək
xüsusiyyətinə malik olmalı;
*Tərbiyəçi
xüsusiyyətinə uyğun, mədəni
səviyyəsi yüksək olmalı;
*Peşəsini sevməli;
* İdarəçilik
və rəhbərliklə əlaqəli bütün
rəsmi qaydaları bilməli;
* Gülərüz və
təvazökar olmalı;
*Hərəkətləri
və danışığı təsiredici olmalı;
*Hər bir hərəkəti ilə nümunə
olmalı;
*Zamandan
şüurlu bir şəkildə
istifadə etməli;
*Prinsipli
və şüurlu hərəkət etməli;
*Xitab
etdiyi kütləni ruhlandırmalı, motivasiya etməli;
*Problem çıxaran deyil, problemləri həll
edən olmalı;
*Bütün şagirdləri
bərabərhüquqlu görməli
və rəftar etməli;
*Özünü dəyişdirə,
inkişaf etdirə,
yeniləyə bilməli;
*Dünyaya açılan
qapılardan istifadə
edə bilməli;
*İnkişafda olan
texnologiyadan istifadə
edə bilməli;
*Şagird və
tələbələrə soruşmaq imkanı verməli;
*Soruşulan mövzuda
məlumatı olmadığını
deməkdən çəkinməməli, ancaq bir sonrakı
gün onu araşdırıb suala cavab verməli;
*Taraz, müsbət
və tutarlı
davranışlar nümayiş etdirməli;
*Düşüncələri ilə davranışları
uyğun gəlməli;
*Natiqlik bacarığına
sahib olmalı;
*Özünə inamlı
və cəsarətli
olmalı;
*Etimad edilən
olmalı;
*Problemləri həll
edən və müəyyən
nəticəyə gələ bilən olmalı;
*Səhv etdiyi zaman səhvini qəbul etməli;
*Müvəffəqiyyətləri həssas və ədalətli şəkildə qiymətləndirməli;
*Cəza və mükafatlardan konstruktiv
(faydaverici) və təşviqedici formada istifadə etməli;
*Tənqidləri qəbul
edə bilməli;
*Rəhbərlik, iş yoldaşları,
şagirdlər və valideynlərlə
müsbət əlaqələr qurmalı;
*Humanist olmalı;
*Nikbin olmalı;
*Mövzuları mənəviyyatdan,
elmdən və məntiqdən
istifadə edib müsbət və ümidverici şəkildə
izah etməli;
*Şagirdlərlə tez-tez görüşməli
və dərdlərinə şərik
olmalı;
*Qarşısında duran şəxsə mütləq dəyər verməli;
* "Özünüzə qarşı hörmət
görmək istəyirsinizsə, ilk əvvəl siz hörmət
edin" prinsipi ilə hərəkət etməli;
*Şagirdləri tənqid
etdiyi zaman onların
şəxsiyyətini deyil, mənfi hərəkətlərini
tənqid etməli;
*Şagirdini tənqid etməyi zəruri hesab edirsə, bunu dostları
içində deyil, təklikdə və sakit bir şəkildə
etməlidir.
Müəllimlikdə
müvəffəqiyyətin həssas nöqtələri
*Yaxşı bir müəllim hər nə səbəb
olursa olsun, dərsə hazırlıqsız girməməlidir.
Bütün mövzulara hakim olmalıdır.
Yaddan çıxarmamaq lazımdır ki,
hazırlıqsız keçilən dərsi şagird hiss edər.
Belə olan halda, sizə qarşı olan
etimadı zədələndiyindən, şagird dərsə
diqqət yetirməz. Özünün qəbul etmədiyin,
razılaşmadığın bir mövzuda qarşı tərəfi
qaneedici olmayan fikirlər ilə razılaşdırmaq olmaz;
*Dərs izah edildiyində lazımsız
cümlələrdən istifadə edilməməlidir;
*Əsas anlayışlar
və mövzular izah edildiyində şagirdin başa düşməkdə çətinlik
çəkəcəyi elmi
yollardan istifadə edilməməlidir;
*Mövzu izah edildiyində həll olunacaq məsələlərin
sxemlərini əzbərdən
qurmalı. Bu sizin mövzuya hakim olduğunuzu göstərər.
Beləliklə, həm
zaman itirilməz, həm də şagirdin etimadını
qazanmış olarsınız;
*Dərsi izah edən zaman təkcə dilimiz deyil, eyni zamanda
"bədən dilimiz"
də danışmalıdır.
Yəni müəllim sinifdə dərsi izah edərkən şagirdlərin
diqqətini cəlb etməli, jest və mimikalardan düzgün istifadə etməyə çalışmalıdır. Təbii ki, "bədən dilimiz"dən istifadə
etdiyimizdə süni deyil, edəcəyimiz hər bir hərəkət
təbii olmalıdır.
"Bədən dili"
ilə ruhumuz və bədənimiz, sanki çayın içindəki şəkər
kimi əriməli, birləşməlidir;
*Hər mövzunun
əsas olan bir məntiqi var və bu
məntiqdən şagirdi
yayındırmamaq lazımdır.
İzah edilən mühüm anlayış
və mövzular sual-cavab vasitəsi ilə möhkəmləndirilməlidir;
*İzah edilən əsas ifadənin qavranılması
üçün çalışmalar
asandan çətinə
doğru həll olunmalıdır. Hər bir
çalışma həll
edildiyində əsas əlaqəni və ya məntiqi izah etmək yaddan çıxarılmamalıdır.
"Başa sala bildimmi?" - deyə sinfə
müraciət edilməli
və şagirdlər
dərsə istiqamətləndirilməlidir.
Başa düşməyənlər olarsa,
mövzu bir dəfə də izah edilməlidir. Mütləq şagirdlərə
yaxın olunmalı, kürsüyə və ya lövhəyə yapışıb qalınmamalıdır;
*İzah edilən mövzunun başa düşülüb-düşülmədiyni
şagirdin hərəkətlərindən
sezə bilərsiniz. Şagird başa düşmədən mövzunun
üzərindən keçilməməlidir;
*Hərdənbir səsimizi
yüksəldərək, alçaldaraq,
fərqli tonlarda danışmağımız diqqəti
cəlb etməkdə
bizə kömək edəcəkdir;
*Tez-tez sinfə
yönələrək hamıya
xitab edəcək şəkildə suallar soruşulmalıdır. "Nə idi?", "bu halda", "elə isə" kimi sinifdən gələn tək-tük
cavablara əhəmiyyət
verilmədən israrla
hamının bir ağızdan xor şəklində səslənməsini
tələb etmək lazımdır. Bütün sinfin
razılığı mütləq
nəzərə alınmalıdır.
Bu halda sinfin çox
hissəsinin dərsi başa düşdüyünü
anlamaq olar;
*Sinfə arxanızı
çevirməyin, izah
edilən mövzunun görünüşünü bədəninizlə örtməyin.
Şagirdə arxanızı çevirmək
onunla olan əlaqənizin kəsildiyini
göstərir. Əgər
sinfə nəzarəti
itirsəniz, nüfuzunu
bərpa etməkdə
çətinlik çəkərsiniz;
*Şagirdə yerində sual verilməli və yerində də cavab alınmalıdır. "Bu
məsələni kim izah
edə bilər" deyərək, şagird
lövhəyə gətirilərək məsələnin həlli
istənilməməlidir. Çünki izah edilən mövzunu başa düşə bilməyən və
yenidən izah etməyinizi istəyən biri ola bilər. Bezmədən mövzunu
bir dəfə də izah
etməyə çalışmalısınız. "Diqqətli
olardın, təkrar eləmək məcburiyyətində deyiləm"
kimi ifadələr şagirdi
sizdən uzaqlaşdırar;
*Mövzu
ilə heç bir əlaqəsi
olmayan suallar verərək
diqqəti yayındırmaq istəyən, dərsin əsl məqsədini
dəyişdirməyə çalışan şagirdlərə
əsla imkan verməmək
lazımdır;
*Psixoloji cəhətdən "bədən
dili"nə görə dərsdə lovğa,
özündən razı olan tiplərin
yerdən danışmalarını və hərəkətlərini
ilk dərslərdə anlayışla
qarşılamaq, əsla hirslənməmək, nəzarəti
itirməmək lazımdır;
*Sinif
daxilində və ya sinif
xaricində ikili münaqişələrə
icazə verilməməlidir;
*Eyni
zamanda, sinifdə baş
verən hadisələrə görə şagirdlə
münaqişəyə girmək uyğun
deyildir. Çünki
müəllim hər hansı xoşagəlməz nöqsana görə dərsin
gedişatını pozmamalıdır;
*Müəllim
lövhədə məsələni izah
edərkən mexaniki
olaraq səhv etmiş
və ya mübahisəli bir
mövzuda səhv məlumat vermiş ola bilər. Şagird: "Müəllim, bu
hissə belə olmalı deyildimi?" -
deyə xəbərdarlıq etdikdə səhvinizdə
inadkarlıq göstərmədən:
"Yoldaşınızı təbrik edirəm", - deyərək
səhvinizi düzəltməlisiniz;
*Tez-tez
təkrarlanmamaq şərti ilə qeyd
edilməsi lazımlı olan yerlərdə
bəzən bilərək səhv edilə bilər. Beləliklə,
həm də səhvlərimizi ört-basdır etmiş olacağıq;
Bu şagirddə: "Müəllim yenə
bilərək səhv elədi" düşüncəsi meydana gətirər;
*Diqqət edilməli olan məsələlərdən biri də zəng vurulduğu
zaman müəllimin sinfə daxil olması və dərsi vaxtında bitirməsidir;
*Sinif
daxilində və xaricində şagirdlərlə əlaqələrinizdə
səmimiyyət və sərbəstlik sərhədi
açıq və aydın şəkildə müəyyən
edilməlidir;
*Şagirdlər sizin yanınızda müəllimi tənqid
etdikdə özünüzü şagirdin səviyyəsinə endirməməlisiniz.
Əksinə: "Sən olsaydın, nə edərdin,
necə davranardın?" - kimi mülayim ifadələrdən istifadə edərək
müəllim yoldaşınızı müdafiə etməlisiniz.
Əgər müəllim yoldaşınızın səhvi
müdafiə edilməyəcək qədər
böyükdürsə, o zaman
onun özü ilə
və ya müdiriyyətlə
danışaraq mövzunu
bağlamalısınız;
*Şagird
təhqir olunmamalı, alçaldılmamalı və ona qarşı kobud rəftar
edilməməlidir.
Hüseyn XƏLİLOV,
Qafqaz Universitetinin psixoloqu
Azərbaycan
müəllimi.- 2014.- 28 fevral.- S.6.