Azərbaycan Dillər Universitetinin

Mətbuat xidməti 5 yaşını qeyd edib

 

Fevralın 21-də Azərbaycan Dillər Universitetində universitetin İctimaiyyətlə əlaqə mətbuat xidməti şöbəsinin yaranmasının 5 illiyi münasibətilə tədbir  keçirilib. Tədbirdə millət vəkilləri, ölkənin tanınmış jurnalistləri, ali təhsil müəssisələrinin dövlət orqanlarının analoji strukturlarının rəhbərləri iştirak ediblər.

Tədbir ADU-nun Mətbuat xidmətinin 5 illik fəaliyyətindən bəhs edən videoslaydın nümayişi ilə başlayıb. ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov giriş sözü söyləyib. İctimaiyyətlə əlaqə mətbuat xidməti şöbəsinin müdiri Zeynəb Kazımova isə  çıxışında yeni çapdan çıxmış "Azərbaycan Dillər Universiteti 2008-2013 (KİV materialları əsasında)" adlı  kitab haqqında danışıb. Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun, Azərbaycan  Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının, Təhsil Nazirliyinin nümayəndəsi Sevinc Səfərovanın, "İki sahil" qəzetinin baş redaktoru Vüqar  Rəhimzadənin  təbrikləri  səslənib.

Sonda ADU-nun fəaliyyətini geniş işıqlandıran KİV-lər mükafatlandırılıb ki,  onların arasında  "Azərbaycan müəllimi" qəzeti  olub.

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2014.- 28 fevral.- S.8.