Dilimizi sevək və sevdirək
21 fevral
- Beynəlxalq Ana Dili günü münasibətilə BSU Məktəb-Lisey
Kompleksində maraqlı bir tədbir keçirildi. Tədbirin təşkilində liseyin V, VIII və X sinif
şagirdləri yaxından iştirak etdilər.
Tədbirin aparıcıları VIII sinif
şagirdləri Həmidəxatun Əlixanlı və Kamran Əliyev iştirakçılarla bərabər
Azərbaycan Respublikasının Dövlət himnini
ifa etdikdən sonra tədbiri
açıq elan etdilər. Söz Azərbaycan dili və
ədəbiyyat
kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru,
dosent Akif Məmmədova verildi.
O, çıxışında bu günün təsis olunması və dilimizin tarixi haqqında
şagirdlərə məlumat verdi. Tədbirin
aparıcıları bu misralarla
sözlərinə davam etdilər:
Mənim ana dilim-dinim, imanım
Qədim əcdadımın
sədası dilim
Mənim ana dilim şəhdi-zəbanım
Anamın
ən şirin laylası dilim.
Dil fikrin ən incə cəhətlərini,
qəlbin ən dərin hisslərini ifadə edə bilir. Dilimiz musiqiyə yol
açmış, onun
şəninə gözəl
mahnılar bəstələnmişdir.
"Şirin dil" musiqi nömrəsi məktəb
xorunun ifasında səsləndirildi.
Dilin cəmiyyətdəki
vəzifələri:ünsiyyət
vasitəsi, cansız,
konkret və mücərrəd
varlıqları, hətta ən zərif emosional duyğuları adlandırmaqdır.
Məhz bu səbəbdən də şagirdlər aqillərimizin dil haqqında fikirlərini səsləndirdilər.
Bir
həqiqət inkaredilməzdir
ki, hər bir dövrdə yazıçılarımız, şairlərimiz, alimlərimiz
dili yüksək qiymətləndirmiş, onu
müqəddəs saymışlar. Beşincilər Bəxtiyar Vahabzadənin
"Mənim dilim"seirini
ifadəli şəkildə söylədilər. X sinif şagirdi Asiman Məmmədli isə "Dilimizin dialektləri" mövzusunda
təqdimat etdi. Ayrı-ayrı
bölgələrdə işlənən dialekt
sözlərin mənalarını izah
etdikcə bunlar dinləyicilər tərəfindən
maraqla qarşılanırdı. Daha sonra milli
rəqslərimiz "Nəlbəki", "Ağ
çiçəyim" şagirdlər tərəfindən nümayiş etdirildi.
Azərbaycan dilinin hərtərəfli
inkişafı onun təkcə sözdə
deyil, gündəlik təcrübədə
də ümumişlək dilə - dövlət dilinə
çevrilməsi, diplomatiya aləminə
yol açması ümummilli
liderimiz Heydər Əliyevin uzaqgörən
siyasəti, möhtərəm Prezident İlham Əliyevin sərəncamı ilə
təsdiqlənmiş Dövlət dilinin
inkişafı proqramı ilə bağlıdır. "Dilini sevən millətini, xalqını, vətənini
də sevər" söyləyib vətənpərvərlik ruhunda musiqi səsləndirildi.
Daha sonra "O olmasın, bu olsun", "Ana dilim" adlı səhnəciklər
şagirdlər tərəfindən məharətlə təqdim
olundu, dil haqqında
bir-birindən gözəl şeir
parçaları səsləndirildi.
"Çırpınırdı Qara dəniz"
musiqi nömrəsi bütün
salonu riqqətə gətirdi.
Hamı bir ağızdan Azərbaycan
bayrağının Qarabağda
dalğalanmasını arzu etdi.
Ruhəngiz QƏRİBOVA,
BSU Məktəb-Lisey Kompleksinin müəllimi
Azərbaycan müəllimi.- 2014.- 28 fevral.- S.8.