Şagirdlərin şəxsiyyət kimi

formalaşmasında riyaziyyatın rolu

  

Fənn kurikulumlarının səciyyəvi cəhətlərindən biri onun şəxsiyyətyönümlü olması, təhsilalanın fəaliyyəti əsasında həyati bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılmasıdır.

İnsan şəxsiyyət kimi doğulmur, şəxsiyyətə tədricən çevrilir. İradəsi, müstəqilliyi, ağlı və yaradıcı təfəkkürü ilə. Bura, həmçinin, gen, tarixi şərait, müəyyən dövr ərzində yaradıcı və qurucu fəaliyyət də daxildir. Sosial mühüt də şəxsiyyətin formalaşmasında zəruridir. Şagirdlər sosial normaları əldə etmələrinə çalışmalıdırlar. Şəxsiyyəti müəyyən edən amillərdən biri də xarakterlə bağlıdır. Hər bir insanda xarakter təlim-tərbiyənin nəticəsində formalaşır. Düzgün təlim və tərbiyə düzgün xarakteri müəyyən edir ki, nəticədə şəxsiyyət olmağa doğru mühüm addımlardan biri atılır. Ümumtəhsil məktəblərində müəllimlərin şagirdlərə aşıladığı biliklər, ideyalar şəxsiyyət olmağa təsir edən amillərdəndir.

Bu baxımdan ümumtəhsil məktəblərində tədris olunan ən mühümvacib fənlərdən olan riyaziyyatın şəxsiyyətin formalaşmasında daha mühüm rolu vardır. O, zehni inkişafın əvəzedilməz vasitəsi, müasir ixtisas sahələrinin çoxu ilə birbaşa bağlıdır. Riyaziyyat fənni idraka əsaslanan elmdir. Məktəbdə riyaziyyat tədrisinin ən başlıca məqsədlərindən biri şagirdlərə hadisə və faktları düzgün dərk etməyi öyrətməkdir. Başqa fənlərdə olduğu kimi, riyaziyyat dərslərində də maraqlı qurulmuş  motivasiya şəxsiyyət kimi formalaşmaqda olan şagirdin təfəkkürünü inkişaf etdirir.   Dərs dediyim şagirdlərdə materialları yeni yanaşmalar nöqteyi-nəzərindən təqdim etməklə, riyazi nəzəriyyələrin məntiqini və mahiyyətini göstərməklə elmi müddəaları eksperimental əsaslandırmaqla yanaşı onların şəxsiyyət kimi inkişaf etməsinə də çalışıram.  Məsələn, şagirdlərin şəxsiyyət kimi formalaşmasında, onların təfəkkürünün inkişafında riyazi məntiqin rolunu nəzərə alaraq bu istiqamətdə müvafiq aparıram.

Riyazi məntiq şagirdlərin müstəqil fikir yürüdə bilmək, faktları seçib ayırmaq, öz ideyasını əsaslandırmaq, yaradıcılıq, tənqidi yanaşma kimi bacarıqlarını  üzə çıxarır.  Şagirdlərə həndəsə kursunun başlanğıcında olan "Nöqtə,  düz xətt, şüa, düz xətt parçası" mövzusuna uyğun belə bir tapşırıq verirəm. Kağız üzərində doqquz nöqtə qoyun. Qələmi kağız üzərindən çəkmədən elə dörd ədəd düz xətt çəkin ki, düz xətlər bütün nöqtələrdən keçsin. Tədqiqat sualını belə qoymaq olar: nöqtə,  düz xətt, şüa, düz xətt parçası kimi fiqurlardan   hansı həndəsi fiqurları düzəltmək olar?

II tapşırıq:   "sual işarəsinin" yerinə hansı ədəd olmalıdır? 4-25, 5-36, 8-81, 10-?

Cavab: a)100, b)101, c)121, d)144, e)131.      Tədqiqat sualını isə belə qoymaq olar:  "Ədədlərin kvadratları kubu"nu bilmək nəyə lazımdır? 

Şəxsiyyətin formalaşmasında motivasiyalardan istifadənin rolu.

Məqsədəuyğun  qurulmuş  motivasiya, düzgün qoyulmuş  tədqiqat   sualı da şagirdin şəxsiyyətinin formalaşmasına müsbət təsir göstərən amillərdən biridir.

Məsələn, "Şifahi hesablama" mövzusunu  təkrar edərkən şəkildən orada yazılmış misaldan  motivasiya yaratmaq üçün istifadə edirəm. Əvvəlcə şagirdləri məlumatlandırıram ki,  rus rəssamı  N.P.Boqdanov-Belskinin   "Xalq məktəbinin  riyaziyyat dərsində şifahi hesablama"   adlanan əsəri  real insana, Moskva Dövlət Universitetinin riyaziyyatçı professoru S.A.Raçinski kəndli şagirdlərə həsr olunub. Rəssam özü həmin müəllimin şagirdi olub. Şəklə baxan şagirdlər misaldan əvvəl onu diqqətlə izləyirlər, özlərini onların yerində hiss edirlər.

Şəkildəki yazı lövhəsində yazılmış misal isə belədir:

Tədqiqat sualını belə qoyuram:   Siz bu misalı hansı əlverişli üsulla həll edə bilərsiniz?

Şagirdlərdən hansısa misalı yazılı şəkildə həll etmək istədikdə şərti ("Şifahi hesablama") ona xatırladıram.

Şəxsiyyətin formalaşmasında dahi şəxsiyyətlərin həyat yaradıcılıqlarından söhbətlərin mühüm rolu vardır.

Bu məqsədlə tanınmış riyaziyyatçıların həyatından misallar gətirirəm. Məsələn, rəvayətə görə, bir nəfər yunan riyaziyyatçısı Pifaqordan onun məktəbində neçə şagird oxuduğunu soruşanda Pifaqor ona belə cavab verir: "Şagirdlərimin yarısı riyaziyyatı,  hissəsi təbiəti öyrənir,  hissəsi dinməz-söyləməz düşüncələrə dalır qalan 3 nəfəri isə qızlardır". Pifaqorun neçə şagirdi var idi?

Yaxud başqa bir misal: Bir otlaq sahəsini 70 inək  24 günə, 30 inək 60 günə yeyə bilər.  Neçə inək 96 günə bu otlaq sahəsini yeyib qurtara bilər? (Cavab: 20 inək)

Tarixi, sənədli, bədii,  fantastik filmlərin lazımi məqamda şagirdlərə göstərilməsi onların şəxsiyyətinin inkişafına müsbət təsir göstərir.

Əbəs deyil ki, Rusiya Federasiyasının Təhsil Nazirliyi dərs cədvəlinə həftədə bir saat kinofilm dərsi salıb. Filmi bütövlükdə, ya da ondan bir hissəni göstərmək  şagirdlərin şəxsiyyət kimi böyüməsinə təsir edir, həm onlarda keçilən mövzuya marağı artırır.

Həndəsədən şagirdlərə "Pifaqor teoremi" mövzusunu izah edərkən  "Elektronikin macəraları" kinofilmindan riyaziyyat dərsində robot şagirdin-Elektronikin  Pifaqor teoreminin 20 cür isbatı olan hissəsini göstərirəm. Tədqiqat sualını belə qoymaq olar:  "Pifaqor teoremi"ni bilmək  üçün lazımdır? (Məlumat üçün demək olar ki, bu filmi motivasiya kimi ana dili, musiqi, bədən tərbiyəsi digər dərslərdə göstərmək olar). Riyaziyyat müəllimləri yaxşı bilir ki, teoremin, lemmanın  müxtəlif üsullar ilə isbatını vermək şagirdlərdə yaradıcılıq meylini artırır. Təcrübəmdən deyə bilərəm ki, şagirdlər dərslikdə olan teoremin bir isbatı ilə qane olmayıb, özləri yeni isbat metodları axtarırlar.

Riyaziyyat dərslərində şagird şəxsiyyətinin formalaşdırılması zamanı gündəlik həyatımızdan götürülmüş problemlər onların həlli yollarını araşdırmaq yaxşı effekt verir. Yeddinci sinif cəbr  dərsliyində "Birhədlinin çoxhədliyə vurulması"  mövzusunu şagirdlərə izah edərkən fəvvarənin prinsipini yada salıram.

Sonra şagirdlərə fərq oxşarlığı aydınlaşdırıram. Tədqiqat sualı belə ola bilər: vurma əməlinin paylama xassəsini bilmək nəyə lazımdır?

Altıncı sinif riyaziyyat dərsliyində "Tənliklərin həlli" mövzusunu izah edərkən şagirdlərdən soruşuram: turist bir ölkənin sərhədindən digər ölkənin sərhədinə hansı şərtlərlə  keçə bilər?  Tədqiqat sualı olaraq lövhədə tənlik yazıram. Şagirdlər isə onun həlli yollarını araşdırırlar. 

Riyaziyyat dərslərində şəxsiyyətin formalaşmasını müəyyən edən amillərdən çox danışmaq olar. Fikrimcə, dərs əsnasında müəllim riyaziyyat fənninin mühümlüyündən həyati əhəmiyyətindən, müasir elmin nailiyyətlərindən söhbət açmaqla bərabər, şagirdlərin daxili aləmini, xarakterini, iradəsini tədricən formalaşan şəxsiyyətini inkişaf etdirməlidir.

 

Şəfəq FAZİLOVA,

Şabran  şəhəri T.Abbasov adına

1 nömrəli tam  orta məktəbin

riyaziyyat informatika müəllimi

 

Azərbaycan müəllimi.- 2014.- 28 fevral.- S.10.