"Ali təhsil müəssisəsində təhsilalanların elmi

tədqiqat işinin təşkili haqqında Əsasnamə"nin

və "Tələbə Elmi Cəmiyyəti haqqında Nümunəvi

Əsasnamə"nin təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

  

Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli 295 nömrəli sərəncamı ilə təsdiq edilmiş "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın Tədbirlər Planının 2.46-cı bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin  13.5-ci  bəndini rəhbər tutaraq 

 

ƏMR EDİRƏM:

 

1. "Ali təhsil müəssisəsində təhsilalanların elmi tədqiqat işinin təşkili haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. "Tələbə Elmi Cəmiyyəti haqqında Nümunəvi Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

3. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin əlavələri ilə birlikdə "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və Nazirliyin İnternet saytında yerləşdirilməsini təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilsin.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

27 iyun 2014-cü il

 

Azərbaycan müəllimi.- 2014.- 4 iyul.- S.2.